Məhkəmə qərarları › İş №2(030)-327/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-327/2024

15.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-327/2024 15.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 vəkili X3 və X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılmaqla iddiaçıya təhvil verilməsi, cavabdehlərin mülkdən çıxarılması tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 İddiaçı qarşı fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarış üzrə qeydiyyatın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, mülkiyyət hüququ üzrə ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,075 ha torpaq sahəsinin və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus mülkdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1i ünvanda yerləşən onunla Cavabdeh2 arasında bağlanmış AN-1 № ******* reyestrli 16 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, AN-İ № ******* reyestr nömrəli fərdi yaşayış evinə dair bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və 14 iyul 2023-cü il tarixli mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2023-cü il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 14 iyul 2023-cü il tarixli mülkiyyət hüququna dair qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavebdeh Cavabdeh2 arasında bağlanmış 25 iyun 2023-cu il tarixli alıq-satqı müqaviləsi əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində 0.075 ha torpaq sahəsini və üzərində mövcud olan fərdi yaşayış evini satın almışdır. Alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən öz adına 14 iyul 2023-cü il tarixli çıxarış almışdır. Hazırda qeyd edilən torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Alqı-satqı zamanı evdə cavabdehlərə məxsus köhnə əşyalar olmuş, cavabdeh əşyaları yaxın zamanda çıxaracağını bildirsə də, hal-hazıradək əşyaları çıxarmamışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona əhəmiyyət verməmişdir. Cavabdehlər onun mülkiyyət hüququnu pozaraq, ona mülkiyyətində olan əmlakdan sərbəst istifadə etməyə imkan vermirlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 25 iyun 2023-cu il tarixində bağlanılmış alqı-satqı müqaviləsi əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində 0.075 ha torpaq sahəsini və üzərində uydurma əqd olmaqla başqa bir əqdi pərdələmək niyyəti ilə bağlanılmışdır. Belə ki, Cavabdeh1 ilə Cavabdeh2 24000 manat məbləğində borc pul almış, tərəflər arasında borca dair akt tərtib edilmiş və hazırda mübahisə predmeti olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinə dair 16 aprel 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq girov qoyulmuşdur. Məhkəmə iclasında ilkin tələb üzrə İddiaçı qarşılıqlı iddia tələbinin qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, onunla cavebdeh Cavabdeh2 arasında bağlanmış 25 iyun 2023-cu il tarixli alıq-satqı müqaviləsi əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində 0.075 ha torpaq sahəsini və üzərində mövcud olan fərdi yaşayış evini satın almışdır. Alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən öz adına 14 iyul 2023-cü il tarixli çıxarış almışdır. Hazırda qeyd edilən torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Alqı-satqı zamanı evdə cavabdehə məxsus köhnə əşyalar olmuş, cavabdeh əşyaları yaxın zamanda çıxaracağını bildirsə də, hal-hazıradək əşyaları çıxarmamışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona əhəmiyyət verməmişdir. Cavabdeh1 tanımır. Cavabdeh1 hazırda həmin evdən çıxmamaqla yaşamaqla, evin açarını dəyişmiş və onun öz mülkində istifadə etməsinə maneə yaradır. Cavabdehlər onun mülkiyyət hüququnu pozaraq, ona mülkiyyətində olan əmlakdan sərbəst istifadə etməyə imkan vermirlər. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Odur ki, məhkəmədən iddia tələbinin təmin ounmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili X3 iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərərək göstərmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında pul ilə bağlı öhdəlik münasibəti olmuşdur. Belə ki, Cavabdeh1 Cavabdeh2 24000 manat məbləğində borc pul almış, tərəflər arasında borca dair akt tərtib edilmiş və hazırda mübahisə predmeti olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evinə dair 16 aprel 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq girov qoyulmuşdur. Cavabdeh1 Cavabdeh2 olan borcunu ödəyib qurtardıqdan sonra Cavabdeh2 qeyd edilən əmlakı Cavabdeh1 qaytaracağı barədə öhdəlik götürmüşdür. Həmin akta əsasən Cavabdeh1 Cavabdeh2 olan borcunu hissə-hissə olaraq tam ödəmişdir. Bu barədə ödəniş qəbzləri də mövcuddur. Buna baxmayaraq, Cavabdeh2 hüququndan sui-istifadə edərək 2022-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evini Cavabdeh1 xəbəri olmadan digər cavabdeh İddiaçı satmışdır. Bu baxımdan hesab edir ki, cavabdehlər Cavabdeh2 ilə digər cavabdeh İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsızdır. Göründüyü kimi hər iki cavabdehlər iddiaçı Cavabdeh1 aldatmaqla ona məxsus olan evi mənimsəmişlər. Qeyd olunan torpaq sahəsini və evi Cavabdeh2 satmaq niyyəti olmamışdır. Cavabdeh1 evini girov qoyaraq Cavabdeh2 borc pul almışdır. Cavabdeh2 və İddiaçı da bu barədə məlumatları olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlər arasında bağlanmış müqavilə etibarsızdır. Odur ki, məhkəmədən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iştirak edərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 25 iyun 2023-cu il tarixində bağlanılmış alqı-satqı müqaviləsi əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində 0.075 ha torpaq sahəsini və üzərində mövcud olan fərdi yaşayış evini İddiaçı 25000 manata satmışdır. Lakin, Cavabdeh1 həmin evdə əşyaları qalmışdır, həmçinin o, evin kilidini dəyişdiyindən iddiaçı həmin evdən istifadə edə bilmir. İşə əlavə edilmiş 2 saylı Notariat ofisində təsdiq edilmiş 16 aprel 2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, ümumi sahəsi 0,075 ha torpaq sahəsini Cavabdeh2 24000 manata satmışdır. İşə əlavə edilmiş 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat ofisində təsdiq edilmiş 25 iyun 2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, **********66 reyestr nömrəli, ********** qeydiyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, ümumi sahəsi 0,075 ha torpaq sahəsini İddiaçı 25000 manata satmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 iyul 2023-cü il tarixli,********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,075 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrindən 11 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə ilkin iddianın hüquqi əsasları ilə bağlı aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 646.1 -ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə görə, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, notariat ofisində təsdiq edilmiş 16 aprel 2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2012-ci il tarixli, ********** qeydiyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, 0,075 ha torpaq sahəsini Cavabdeh2 24000 manata satmışdır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat ofisində təsdiq edilmiş 25 iyun 2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, **********66 reyestr nömrəli, ********** qeydiyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən , 0,075 ha torpaq sahəsini İddiaçı 25000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 iyul 2023-cü il tarixli, **********65 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,075 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrindən 11 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Lakin, iddiaçı həmin əmlakdan istədiyi kimi istifadə edə bilmir. Tərəflər həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin mövcudluğunu təsdiq edirlər. Məhkəmə qeyd edir ki, İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olduğundan və həmin yaşayış evinin yerləşdiyi ərazi torpaq sahəsinin tərkib hissəsi sayılır və evin yerləşdiyi ərazi onun mülkiyyətidir. Odur ki, iddiaçı həmin torpaq sahəsinin üzərində yerləşən tikili də daxil olmaqla ərazinin bütünlüklə boşaldılmasını tələb etmək hüququna malikdir. Bundan başqa, ilkin iddia üzrə iddiaçı cavabdehlərin ona məxsus mülkdən çıxarılmasını, fərdi yaşayış evinin və torpaq sahəsini ona təhvil verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin təhvil verilməsi Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyidir və bu öhdəliyi o, yerinə yetirilməlidir. Fərdi yaşayış evi müqavilənin predmeti olmamışdır. İlkin iddianın cavabdehlərin iddiaçıya məxsus mülkdən çıxarılması hissəsinə gəldikdə isə məhkəmə onu qeyd edir ki, mülk ifadəsi mülkiyyətdə olan əmlak anlamını verir. Odur ki, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. Yuxarıda qeyd olunanlardan əlavə ilkin iddianın hüquqi əsaslarını təşkil edən qanunvericiliyin aşağıdakı müddəaları mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir Avropa İnsan Hüquqları Məhkəməsi “Akimova Azərbaycana qarşı iş üzrə” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir; o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədlən üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, iddiaçı subyektiv hüquqa malik olduqda məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı mübahisə ilə bağlı məhkəmə onu qeyd edir ki, müqavilə onu bağlamış tərəflərin vəziyyətinə birbaşa təsir göstərən razılaşmadır. Mübahisəsiz haldır ki, iddiaçı həmin müqavilədə iştirak edən şəxs olmamışdır. Onun üçüncü şəxs kimi əqdi mübahisələndirmək hüququnun olmamasına dair məhkəmə onu qeyd edir ki, etibarsız əqdlər hüquqi nəticə yaratmadığından bu əqdlərin bağlanması üçüncü şəxslərin qanuni mənafelərinin pozulmasına səbəb ola bilmir, bu kimi əqdlər digər şəxslərin fəaliyyətinə mane törətmək qüvvəsinə malik olmur. Qarşılıqlı iddiaçı əmlakın əvvəlki mülkiyyətçisi olmuş, notarial qaydada təsdiq edilmiş müqavilə əsasında əmlakı özgəninkiləşdirmişdir. Qeyd olunanlar iddiaçının dəlillərinə əsasən onun subyektiv hüququnun olmamasını ehtiva edən hallardır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,075 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə qanunsuz sahiblikdən azad edilməklə boşaldılsın. Cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsi Cavabdeh2 tərəfindən iddiaçıya təhvil verilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar