Məhkəmə qərarları › İş №2(030)-343/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-343/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-343/2025 08.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X17 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərzəçi Ərizəçi etibarnamə üzrə nümayəndəsi iştirakı ilə, Ərzəçi Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərzəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, 1930-cu ildə Gədəbəy rayonu Arıqıran kəndində doğulmuş X6 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi öz tələbini müdafiə edib ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, o, xx xxxxxx 1965-ci ildə Gədəbəy rayonu Arıqıran kəndində doğulmuşdur. X4, anası X7 olmuşdur. Valideynləri arasında nikah olmadığından onun adına verilmiş doğum haqqında şəhadətnamədə yalnız anasının adı yazılmışdır. X3 03 mart 2011-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra Gədəbəy rayonu Arıqıran kəndində torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Miras əmlakı öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat Ofisinə müraciət etdikdə, ona doğum haqqında şəhadətnamədə anasının soyadının “İbrahimova” əvəzinə, səhvən “Allahverdiyeva” yazıldığı bildirilmiş və mirasın qəbul edilməsi haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. O, doğum haqqında yol verilmiş yanlışlığın düzəldilməsi üçün Gədəbəy rayonu Qeydiyyat şöbəsinə müraciət etdikdə ona bununla əlaqədar olaraq məhkəməyə müraciət etməsi izah edilmişdir. Qeyd edilən faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi qeyri-mümkündür. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Gədəbəy rayon Notariat Ofisinin notariusu 19 iyun 2025-ci il tarixli 246 nömrəli məktubla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi ilə uzun müddətdir qonşudurlar. Ərizəçi X4, anası X7 olmuşdur. Həmən İbrahimova sağlığından ölənədək oğlu Ərizəçi ilə bilrikdə yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 və Şahid3 Şahid2 ilə eyniməzmunlu ifadə verib qeyd olunan xüsusatları təsdiq etdilər. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə Gədəbəy rayonu Arıqıran kəndində doğulmuşdur. X1r. Bu barədə Gədəbəy rayonu İnəkboğan kənd sovetində doğum haqqında akt qeydləri kitabında 29 yanvar 1966-cı il tarixdə 22 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 03 mart 2011-ci ildə vəfat etmişdir. Bu barədə Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Arıqıran inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 03 mart 2011-ci ildə 06 nömrəli qeyd edilmişdir. İşə əlavə edilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Arıqıran inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 aprel 2025-ci il tarixli 5-44/2-38/2025 saylı məktubundan görünür ki, Arıqıran kənd sakini Ərizəçi mərhum anası X7 03 mart 2011-ci il tarixdə ölmüşdür və öldüyü günədək Gədəbəy rayonu Arıqıran kəndində yaşamışdır. Mərhumun ölümündən başqa yerdə yaşayan və ayrı təsərrüfatda ailə üzvü 15 yanvar 1965-ci il təvəllüdlü oğlu Ərizəçidur. İşə əlavə edilmiş Gədəbəy rayon notariat ofisinin 17 aprel 2025-ci il tarixli 497 nömrəli məktubundan görünür ki, Ərizəçi ilə mərhum X7 arasında olan qohumluq faktı müəyyən olunmalıdır. Göstərilənləri nəzərə alaraqa, məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Gədəbəy rayon Qeydiyyat şöbəsinin 17 aprel 2025-ci il tarixli 05/09-288/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, 01 mart 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər, bərpa və ləğv edilməsinə kifayət qədər əsaslar verən sənədlər olmaması səbəbindən Ərizəçi anası X5 ölüm haqqında şəhadətnaməsində və akt qeydində soyadına düzəliş edilməsi barədə ərizəsinin qeydiyyat orqanında təmin edilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək, işin faktik hallarını nəzərə alaraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə Gədəbəy rayonu Arıqıran kəndində doğulmuşdur. X4, anası X7 olmuşdur. Valideynləri rəsmi nikah qeydiyyatından keçmədikləri üçün ərizəçinin adına aparılmış doğum akt qeydində ata adı qeyd edilməmişdir. X8 03 mart 2011-ci ildə vəfat etmişdir. Həmən İbrahimovanın vəfatından sonra Gədəbəy rayonu Arıqıran kəndində yerləşən miras əmlaka vərəsəlik açılmışdır. Ərizəçi miras əmlakı öz adına sənədləşdirmək üçün Gədəbəy rayon Notariat Ofisinə müraciət etdikdə, ona doğum haqqında şəhadətnamədə anasının soyadının “İbrahimova” əvəzinə, səhvən “Allahverdiyeva” yazıldığı bildirilmiş və mirasın qəbul edilməsi haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Qeyd edilən faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi qeyri-mümkün olduğu üçün ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Pposessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə əhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsində görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1930-cu ildə Gədəbəy rayonunun Arıqıran kəndində doğulmuş, 03 mart 2011-ci ildə Daşkəsən rayonunda vəfat etmiş X6 Ərizəçi doğma anası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. 1930-cu ildə Gədəbəy rayonunun Arıqıran kəndində doğulmuş, 03 mart 2011-ci ildə Daşkəsən rayonunda vəfat etmiş X6 Ərizəçi anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar