Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-346/2023 17.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətlərində olan ünvan 1 evin 36 saylı mənzilinin ona məxsus olan ½ hissəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 evin 36 saylı mənzilinin ona məxsus olan ½ hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********52-05101-093013 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 evin 36 saylı mənzili paylı mülkiyyət hüququ ilə ½ hissə ilə ona, ½ hissə ilə qardaşı Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzilə dair öz adına Çıxarış və Texniki pasport almışdır. Qeyd edilən mənzil valideynlərindən miras qalmış, valideynlərinin vəfatından sonra mənzili vərəslik hüququ əsasında əldə etmişlər. Hazırda həmin mənzildə heç kim yaşamır. O, mənzildən ona düşən payın naturada ayrılıb verilməsini istəyir. Cavabdeh olan qardaşı isə mənzilin satılmasına və ya payının ayrılıb verilməsinə və yaxud mənzildən ona düşən hissənin pul ilə kompensasiya edilməsinə razılıq vermir. Dəfələrlə bununla bağlı kompromis variant əldə etməyə çalışsa da, bu mümkün olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib göstərmişdir ki, valideynləri mübahisəli mənzili onun oğluna vermişlər. Buna baxmayaraq məhkəmə qətnaməsi ilə mənzilin ½ hissəsi iddiaçının, ½ hissəsi isə onun mülkiyyətinə verilmişdir. Mənzilə dair hər ikisi öz adına çıxarış almışdır. O, validyenlərindən miras qalmış məzilin satılmasına razı deyildir. Mənzil 3 otaqdan ibarətdir. Kompensasiya kimi mənzildən iddiaçıya düşən paya 1000-1500 manata verə bilər. Məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********52-05101-093013 reyestr nömrəli Çıxarışın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsində 23 oktyabr 2019-cu il tarixli 5016 inventar nömrəli, **********52-05101-093013 reyestr nömrəli “Mənzilin Texniki Pasport”nun surətlərindən görünür ki, ünvan 1 evin 36 saylı mənzili tam mülkiyyət hüququ ilə ½ hissə ilə İddiaçı və ½ hissə ilə Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli 10/4768 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 evin 36 saylı ünvanında yerləşən mənziılin tərəflər arasında ½ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinə və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********52-05101-093013 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 evin 36 saylı mənzili paylı mülkiyyət hüququ ilə ½ hissə ilə İddiaçı Telman qızının, ½ hissə ilə isə Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilən mənzil tərəflərlə valideynlərindən miras qalmış, valideynlərinin vəfatından sonra mənzili vərəslik hüququ əsasında əldə etmişlər. Hazırda qeyd edilən mənzildə heç kim yaşamır. İddiaçı mənzilin ½ (iki də bir) hissəsinin naturada ayrılmasını xahiş etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddaçının tələbi paylı mülkiyytədə olan əmlakın naturada bölünməsi ilə bağlı olduğundan həmin münasibətlərə Mülki Məcəllənin ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ünvan 1 evin 36 saylı ünvanında yerləşən mənzilin tərəflər arasında ½ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinə və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə ekspertiza xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətilərində olan ünvan 1 evin 36 saylı mənzilinin ona məxsus olan ½ hissəsinin naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı məhkəmə ekspertizasının xərci olaraq 100 (bir yüz) məbləğində pul vəsaiti tutulub Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, Adı: Dövlət xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-346/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-346/2023
17.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver