Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-385/2023 20.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı zəbt edilmiş əmlakın boşaldılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 8 ünvanında yerləşən İddiaçı MMC-nin Qərb regional filialının Daşkəsən şöbəsinin balansında olan qonaq evinin 55 m2 yaşayış və 34,3 m2 yarımzirzəmi sahəsinin boşaldılması, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibatnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən rayonu İ.Qayıbov küçəsi 8 ünvanında yerləşən qonaq evi İddiaçı MMC-nin Daşkəsən filialına (əvvəlki X4) məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Ərazi İdarəsi tərəfindən 17 sentyabr 2018-ci il tarixli “Texniki Pasport”una əsasən qeyd edilən qonaq evi İddiaçı MMC-nin balansındadır. İddiaçı MMC-nin nizamnamə kapitalının 100 faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar dövlətə məxsusdur. Cavabdehlər tərəfindən dövlətə məxsus torpaq sahəsində yerləşən qonaq evinin 55 kv.metr yaşayış və 34,3 kv.metr yarımzirzəmisi zəbt edilmişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, heç bir mübət nəticə əldə edilməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada çməlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehləri və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış 17 sentyabr 2018-ci il tarixli, ***-*******5 nömrəli “Qeyri yaşayış binasının Texniki pasportun”un surətindən görünür ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 8 ünvanında yerləşən qonaq evi X2 balansındadır. İşə əlavə edilmiş 24 fevral 2022-ci il tarixli Aktın surətindən görünür ki, İddiaçı MMC-nin Daşkəsən filialının sahə rəisi X12, ƏM və T/T mühəndisi X13, Daşkəsən filialının balanslnda olan qonaq evində yaşayan Cavabdeh2 iştirakı ilə aktı tərtib edilmişdir ondan ötrü ki, həqiqətən uzun müddət rabitədə işləmiş və rabitədən pensiyaya çıxmış, mərhum X9 hüquqi varisləri olan Cavabdeh2 və oğlu X8 ailəsi ilə birlikdə qonaq evində oğlu ailəsi ilə birlikdə qonaq evində yaşayırlar. Yaşayış sahəsi 55,0 kv.metr və yaraımzirzəmi 34,3 kv.metrdir. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 syalı Gəncə Ərazi İdarəsinin 10 yanvar 2023-cü il tarixli 3-21-3-33/2-143/2023 saylı arayışından görünür ki, arxiv sənədlərinə istinadən ünvan 4 ünvanıdır. Lakin ünvan 5 İşə əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 yanvar 2023-cü il tarixli 3-27-108/2-220/2023 saylı pretenziya məktubundan görünür ki, X5 ərazini 7 təqvim günü ərzində Qərb regional filialının Daşkəsən şöbəsinin səlahiyyətli şəxslərinə təhvil verməsi tələb olunnuş, əks təqdirdə müvafiq olaraq məhkəməyə mürcaiət olunacaq və hüquqi tədbirlərin görülməsi üçün çəkiləcək xərclər də onlardan tutulacağı barədə xəbərdalıq edilmişdir. İşə əlavə edilmiş 19 sentyabr 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış 17 sentyabr 2018-ci il tarixli, ***- *******5 nömrəli “Qeyri yaşayış binasının Texniki pasportun”a əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 8 ünvanında yerləşən qonaq evi X2 balansındadır. Cavabdeh2 mərhum əri X10 uzun müddət X3 işləmiş və oradan pensiyaya çıxsmışdır. İddiaçı MMC-nin rənbərliyinin razılığı ilə Müzəffər Novruzov və ailə üzvüləri olan cavabdehlər ünvan 7 ünvanında yerləşən qonaq evində yaşamağa başlamışlar və qeyd edilən ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Halhazırda da Müzəffər Novruzovun arvadı Cavabdeh2 və oğlu X8 ailəsi ilə birlikdə qonaq evində yaşayırlar. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, cavabdehlər mübahisəli mənzildə 1989-cu ul tarixdən yaşamağa başladıqlarından həmin münasibətlərə 8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş mənzil məcəlləsinin müddəaları tətbiq edilməlidir. 8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin məcəllənin 103-cü maddəsinə əsasən, xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Həmin Məcəllənin 104-cü maddəsinə əsasən, müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. İş üzrə göründüyü kimi, Cavabdeh2 mərhum əri X10 uzun müddət X3 işləmiş və oradan pensiyaya çıxmışdır. Buna baxmayaraq, cavabdehlər Cavabdeh2 və X8 ailəsi ilə birlikdə X2 balansında olan Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 8 ünvanında yerləşən qonaq evində yaşamaqda davam edirlər. Hazırda cavabdehlər Cavabdeh2 və X6 həmin mənzildə yaşaması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, cavabdehlər Cavabdeh2 və X1 Telekommunikasiya Qovşağının işçiləri deyildir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış 17 sentyabr 2018-ci il tarixli, ***-*******5 nömrəli “Qeyri yaşayış binasının Texniki pasportun”a əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 8 ünvanında yerləşən yerləşən İddiaçı MMC-nin Qərb regional filialının Daşkəsən şöbəsinin balansında olan qonaq evinin 55 m2 yaşayış və 34,3 m2 yarımzirzəmi sahəsi boşaldılmalı və cavabdehlər həmin sahədən çıxarilmalidir. Məhkəmə iddia tələbinin torpaq sahəsindən çıxarılma hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin hissədə cavabdehlər tərəfindən istifadə edilən hər hansı torpaq sahəsinin olması ilə bağlı sənəd təqdim edə bilmədiklərindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 70 manatı cavabdehlərdən tutulub iddiaçıya ödənilməli, 30 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış 17 sentyabr 2018-ci il tarixli, ***-*******5 nömrəli “Qeyri yaşayış binasının Texniki pasportun”a əsasən X2 balansında olan Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 8 ünvanında yerləşən qonaq evinin 55 m2 yaşayış və 34,3 m2 yarımzirzəmi sahəsi boşaldılsın və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin sahədən çıxarilsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-385/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-385/2023
20.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver