Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-39/2023 20.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı cavabdeh X6 tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən rayon Zağlı bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsini satın almışdır. Torpaq sahəsinə dair Azırbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2013-cü il traixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarış almışdır. Eynu zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsində 09 may 2013-cü il tarixli **********07 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənib hazırlanmışdır. Cavabdeh X4 məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsi qonşuluqda yerləşir. Hər ikisinin də, evi ictimai nəqliyyat yolunun üst tərəfindən yerləşir. Yol ilə evləri arasında yerləşən torpaq sahəsi isə Bələdiyyə mülkiyyətinə aiddir. Uzun illərdir ki, həmin yoldan gediş-gəlişi üçün istifadə edir. Bu yaxınlarda cavabdeh bələdiyyə sədrinin icazəsi və xəbəri olmadan həmin torpaq sahəsini öz torpaq sahəsinə qataraq gediş-gəlişi tamamilə bağlamışdır. Yolun açılması barədə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh heç kimə əhəmiyyət verməyərək yolu açmaqdan imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə qonşudurlar. İddiaçının gediş-gəlişi yol kimi istifadə etmək istədiyi torpaq sahəsi onun mülkiyyətindədir və o, öz torpaq sahəsindən iddiaçının yol kimi istifadə etməsinə razı deyildir. Eyni zamanda, kəndarası ictimai yoldan iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu nəzərədə tutulmamışdır. Odur ki, iddia tələbi əsasız olduğundan iddianın təmin edilməməsini xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2013-cü il traixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömərli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Zağalı kəndində yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsindən 09 may 2013-cü il tarixli **********07 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Daşkəsən rayon Zağalı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1684 nömrəli alqı-satqısına dair akta, Daşkəsən rayonu Zağalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarına və DTXK Daşkəsən rayon şöbəsinin xx.xx.2016-cü il tarixli TŞ-2129 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı (iddiaçı) 0,06 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Zağalı bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolundan çıxarışın və 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli qərarının surətindən görünür ki, Zağalı bələdiyyəsi fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən alqı-satqı qaydasında X5 həyətyanı torpaq sahəsinin satılması barədəı DT və XK-nin Daşkəsən rayon şöbəsinin hazırladığı sənədlər nəzərə alınaraq, Zağalı bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsənin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,02 hektar torpaq sahəsi X1 barədə qərar qəbul edilmişdir. İşə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində 30 noyabr 2007-ci il tarixdə 1686 nömrə ilə qeydiyyata alınmış torpaqların alqısatqına dair aktın surətindən görünür ki, X5 Daşkəsən rayon Zağalı bələdiyyəsi ərazisindən 0,02 hektar torpaq satılması barədə 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli qərar qəbul edilmişdir. İşə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin TŞ-07-1686 nömrəli arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq Daşkəsən rayon ərazisində Daşkəsən rayonu Zağalı Bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas ptokoluna əsasən fərdi yaşayış evi tikintisi üçün X2 torpaq sahəsi Daşkəsən- Gədəbəy dağlıq zonasına aiddir, sahəsi 0.02 ha olmaqla 13.2 manat dəyərindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 avqust 2023-cü il tarixli 21- 3-33/2-7491/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Zağalı kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə, cavabdeh X6 tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Torpaq islahatı zamanı tərtib olunmuş, ərazinin kompleks yerqurluşu layihəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasoya sistemi və AzCad məlumatlarına istinadən, sözügedən mübahisəli sahədə ictimai yol göstərilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ bəndində göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 175.1-ci maddəsinin məna və məzmununa görə, qonşu torpaq sahəsindən ictimai yola keçid açılması o zaman tələb oluna bilər ki, torpaq mülkiyyətçisinin öz torpağından ictimai yola birbaşa keçidi olmasın. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2013-cü il traixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömərli Çıxarış əsasən Daşkəsən rayonu Zağalı kəndində yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı ona məxsus olan 0,06 ha torpaq sahəsinə gedişgəliş yolunu cavabdeh X6 tərəfindən zəbt edildiyini bildirərək, gediş-gəliş yolunun boşaldılması tələb etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 avqust 2023-cü il tarixli 21- 3-33/2-7491/2023 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Zağalı kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdeh X6 tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Torpaq islahatı zamanı tərtib olunmuş, ərazinin kompleks yerqurluşu layihəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasoya sistemi və AzCad məlumatlarına istinadən, sözügedən mübahisəli sahədə ictimai yol göstərilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı cavabdeh X6 tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun boşaldılması tələb etsədə də, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Zağalı kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdeh X6 tərəfindən istifadə edilmədiyi və torpaqların elektron kadastr uçotu informasoya sistemi və AzCad məlumatlarında mübahisəli sahədə ictimai yol göstərilmədiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə ekspertiza xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X4 qarşı cavabdeh X6 tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun boşaldılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı məhkəmə ekspertizasının xərci olaraq 95 (doxsan beş) manat məbləğində pul vəsaiti tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, “Kapital Bank” Gəncə filialı Kodu: 200275, VOEN **********, Müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X, Alan müştəri: DƏDKR RHŞ-nin 3 saylı Gəncə Əİ VOEN: **********, H/h AZ73AİİB******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-39/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-39/2023
20.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver