Məhkəmə qərarları › İş №2(030)-391/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-391/2023

26.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-391/2023 26.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, paylı mülkiyyətdə olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,21 ha torpaq sahəsi üzərində 1/3 hissədə payının naturada ayrılaraq onlara tıhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsinə əlavə olunan sənədlərə Daşınmaz əmlak tərəfindən verilmiş çıxarışın, qətnamənin, torpaq sahəsinin planı və ölçüsünün surətləri və dövlət rüsumunun ödənilməsnə dair qəbz əlavə edildiyi göstərilsə də, heç bir sənəd əlavə edilməmişdir. Eyni zamanda, iddia ərizəsinin tərtib edilməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunun tələblərinə riayət edilməmiş, iddia ərizəsinə İddiaçı3 tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunan nöqsanlar ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun hazırlanmamasını ehtiva edir, belə olan halda isə MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar