Məhkəmə qərarları › İş №2(030)-398/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-398/2023

09.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-398/2023 09.08.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab olunma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh Şəhid övladı X36 ləyaqətsiz vərəsəsi hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək izahatında göstərmişdir ki, övladı X61 həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2018ci ildən Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində “N” saylı hərbi hissədə MAXE kimi xidmətini davam etmişdir. X87 2-ci Qarabağ müharibəsində iştirak etmiş və 30 oktyabr 2020-ci il tarixdə Şəhidlik zirvəsinə ucalmışdır. Xidməti cənab Ali Baş Komandanımız tərəfindən yüksək qiymətləndirilərək torpaqlarımızın azad olunmasına görə medallarla təltif edilmişdir. X87 bir yaş yarımı olarkən keçmiş əri olan Cavabdeh ilə nikahları pozulmuş və övladı onun himayəsində qalmışdır. Cavabdeh heç vaxt bir ata kimi övladı ilə maraqlanmamış, onun saxlanılması üçün aliment ödəməkdən boyun qaçırmış, bununla əlaqədar olaraq icra məmurunun təqdimatı əsasında dəfələrlə həbs edilmişdir. Barəsində cinayət işi açılacağı barədə xəbərdarlıq edildikdən sonra qismən ödəniş etmişdir. X87 şəhid olan günü ağsaqqalar tərəfindən cavabdehə zəng edib məlumat verildikdə cavabdeh onun Eşqin adlı oğlu olmadığını bildirmişdir. Şəhid ailələrinə 11000 manat və 36420 manat məbləğində pul vəsaiti verilməsini eşitdikdən sonra cavabdeh Kəlbəcər Rayon Məhkəməsinə vərəsə hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Kəlbəcər Rayon Məhkəməsi tərəfindən iddia rədd edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Cavabdeh ½ vərəsə hesab edilməsinə dair qətnamə qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün kassasiya şikayəti vermiş, kassasiya şikayəti 2(102)-xx-xx/2022 saylı iş Ali Məhkəmənin Mülki Kollegiyasının icraatına götürülmüş və mülki iş mübahisələndirilməsi üçün Azərabyacn Respublikasının Konstitusiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 21.5-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 130-cü maddəsinin Vİ-cı hissəsinin tələbi baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda baxılıb, müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 dekabr 2022-ci il tarixli qərarı dərc edildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 19 mart 2023-cü il tarixli 2(102)-19/2023 saylı qərardadı ilə cavabdeh olaraq onun kassasiya şikayəti təmin olunmuşdur. Cavabdeh X87in yas mərasimlərində iştirak etməmişdir. Oğlunun qəbr üstü və qəbr üstünə çəkilən çardağın xərci onun tərəfindən ödənilmişdir. Şəhid anası kimi dəvət aldığı “SPECE” kanalında Amil Xəlilinin apardığı verilişdə oğlunun keçdiyi həyat yolu işıqlandırılmış, həmin verlişdə Cavabdehlə canlı bağlantı yaradılarkən cavabdeh X71 yaş yarımından üzünü görmədiyini, hətta Şəhidin dəfnində və bu günə kimi təşkil olunmuş il dönümü mərasimlərində iştirak etmədiyini etiraf etmiş və “onun qapısında nə işinin olduğunu, Eşqin adlı övladının olmadığını, hal-hazırda ikinci ailə qurduğunu” bildirmişdir. Cavabdeh X87in yalnız bioloji atasıdır. Cavabdeh “Şəhud atası” statusundan şəxsi mənafeyi üçün istədiyi kimi sui istifadə etməklə, Xüsusi Təyinatlı Şəhid ailələrinə veriləcək 36420 manat pul kompensasiyası ödənişində yararlanmaq, bütün imtiyazlardan istifadə etməkdir. Ona görə də, cavabdeh X87in vərəsəsi ola bilməz. Məhkəmədən Cavabdeh Şəhid övladı X47 münasibətdə vərəsəlik hüququndan məhrum olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X20 ifadəsində göstərmişdir ki, 17 ildir ki, Kəlbəcər Rayoin İcra Hakimiyyəti başçısının Dəmirçidam inzibati ərazi dairəsi üzrə nümayəndəliyində işləyir. İddiaçı tanıyır, qohumdurlar. Cavabdeh 1994cü ildən tanıyır. Dursun ilə Asif 2001-ci ildə məhkəmə qətnaməsi əsasında ayrılmışlar. İddiaçının oğlu X17 olan vaxt, şəhid nəşini gətirmək üçün Asifə məlumat verilsə də, Asif “şəhid nəşini gətirməyəcəyini və elə oğlu olmadığını” bildirmişdir. Şəhidi aparmaq üçün anasına məlumat verilmişdir. Şəhidin dəfn və yas mərasimlərində yaxından iştirak etmişdir. Lakin bu müddət ərzində Eşqinin atasını yas mərsimlərində görməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X37 ifadəsində göstərmişdir ki, Göygöl Rayoin İcra Hakimiyyəti başçısının Üçtəpə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyir. İddiaçı tanıyır. Cavabdeh isə tanımır. İddiaçının oğlu X17 olan vaxt dəfnində bələdiyyə sədri ilə yaxından iştirak etmişdir. Lakin bu müddət ərzində Eşqinin atasını yas mərsimlərində görməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X48 ifadəsində göstərmişdir ki, 1999-cu ildə Göygöl rayonu Üçtəpə kəndində yaşayır. 2003-cü ildən İddiaçı tanıyır. İddiaçı moruq, çiyələk, lobya sataraq uşaqlarını böyütmüşdür. X75 gözlərinin önündə böyümüşdür. Eşqinin atası Cavabdeh heç zaman görməmişdir. 30 oktyabr 2020-ci ildə X17 olmuşdur. Şəhid atası dəfn mərasimlərində iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X38 ifadəsində göstərmişdir ki, 2002-ci ildə İddiaçı tanıyır. Cavabdeh tanımır. X75 babası və dayısının yanında böyümüşdür. Cavabdeh heç vaxt görməmişdir. Eşqin Tağıyev 2020-ci ildə şəhid olmuşdur. Şəhidin yasında nə Cavabdeh, nə də ki, qohumları iştirak etməmişlər. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X39 ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudurlar. Cavabdeh isə tanımır. Cavabdeh heç vaxt uşaqları ilə maraqlanmamışdır. Eşqin Tağıyev 2020-ci ildə şəhid olmuşdur. Dəfnində və yas mərasimlərində Cavabdeh iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, İddiaçı 2005-ci ildən tanıyır. Cavabdeh isə tanımır. Cavabdeh heç vaxt uşaqları ilə maraqlanmamışdır. Eşqin Tağıyev 2020-ci ildə şəhid olmuşdur. Dəfnində və yas mərasimlərində Cavabdeh və qohumları iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X40 ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudurlar. Cavabdeh isə tanımır. Cavabdeh heç vaxt uşaqları ilə maraqlanmamışdır. Eşqin Tağıyev 2020-ci ildə şəhid olmuşdur. Dəfnində və yas mərasimlərində Cavabdeh iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X41 ifadəsində göstərmişdir ki, İddiaçı ilə həmkəndli və qonşudurlar. Cavabdeh isə tanımır. Dursun və Dursunun atası çətinliklə uşaqları böyütmüşlər. Cavabdeh heç vaxt uşaqları ilə maraqlanmamışdır. Eşqin Tağıyev 2020-ci ildə şəhid olmuşdur. Dəfnində və yas mərasimlərində Cavabdeh iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X27 ifadəsində göstərmişdir ki, İddiaçı ilə yaxın münasibətləri olmuşdur. İddiaçı bir qızı və bir oğlu olmuşdur. Eşqin Tağıyev 2020-ci ildə şəhid olmuşdur. Həmin vaxt Eşqin Tağıyevin atasının yaşadığını bilmişdir. Cavabdeh tanımır. Asif oğlunun dəfn və yas mərasimlərində iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, 2003-cü ildə İddiaçı ilə qonşudurlar. Cavabdeh heç vaxt görməmişdir. Cavabdeh mərhum oğlu X36 dəfnində iştirak etməmişdir. Eşqinin şəhid olması barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, “uşaq məndən çıxıb” deyə dəfində iştirak etməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X53 ifadəsində göstərmişdir ki, 2000-ci ildən İddiaçı ilə qonşudurlar. Cavabdeh tanımır. X16 30 oktyabr 2020-ci ildə şəhid olmuşdur. Həmin vaxt Eşqinin atası Cavabdeh oğlunun şəhid olduğu bildirilmiş, lakin Asif dəfində iştirak etməkdən imtian etmişdir. Eşqinin 40 mərasiminə kimi iddiaçının evinə gedib-gəlmişlər. Lakin nə Eşqinin atası, nə də ki, ata qohumları yasda iştirak etməmişlər. Əvvəllər elə bilmişlər ki, Eşqinin atası ölmüşdür. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X32 ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudurlar. İddiaçı oğlu X16 30 oktyabr 2020-ci ildə şəhid olmuşdur. Şəhidin nəşi götürülən zaman, şəhidin atasını çağırmaq üçün taksi tutaraq Cavabdeh yaşadığı Gəncə şəhəri Sevinc qəsəbəsinə getmişdir. Asif Tağıtevi həyətə çağırmış, Asif qapıya çıxamamış, pəncərədən “o qapıya gedə bilmərəm, mənə o qapıda yaxşı baxmazlar” demişdir. O, Asifə oğlunun Şəhid oğlunu bildirmişdir. Bir qonşu kimi Şəhidin dəfnində iştirak etmişdir. Lakin cavabdeh Şəhidin dəfninə gəlməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı ilə qonşudurlar. X5 ilə birlikdə böyümüş və dost olmuşlar. Eşqinin atasını görməyib. Atası barədə maraqlandıqda sağ olması barədə heç bir məlumat verməmişdir. X16 30 oktyabr 2020-ci ildə şəhid olmuşdur. O, da Şəhidin dəfnində iştirak etmişdir. Lakin Cavabdeh Şəhidin dəfnində gəlməmişdir. İşə əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Hazırda müvəqqəti olaraq Göygöl rayonu Üçtəpə kəndində məskunlaşmışdır. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 15 noyabr 2001-ci il tarixli 2-57 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxx 1973-cü ildə doğulmuş X13 ilə xx xxxx 1977-ci ildə doğulmuş Cavabdeh arasında olan 25 yanvar 1998-ci il tarixdə Daşkəsən rayon Zəylik kənd ərazi üzrə icra nümayəndəıliyində 02 sayla qeyd edilmiş nikah pozulmuşdur. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(030)-273/2010 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1998-ci ildə anadan olmuş X36 və xx.xx.1999-cu ildə andan olmuş X33 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 oktyabr 2010-cu il tarixdən başlayaraq hər ay borclu – Daşkəsən rayonu Xoşbulaq kənd sakini Cavabdeh hər uşaq üçün 30 (otuz) manat olmaqla cəmi 60 (altmış) manat sabit pul məbləğində aliment tutulub tələbkar – Göygöl rayonu Üçtəpə kənd sakini İddiaçı ödənilməsi barədə əmr verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin 22 avqust 2013-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Daşkəsən rayon Məhkəməsinin 2(030)273/2010 nömrəli 15 oktyabr 2010-cu il tarixli icra sənədi üzrə 22 avqust 2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İşə əlavə edilmiş 29 avqust 2013-cü il tarixli 4296/2013 nömrəli iş üzrə tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Cavabdeh Daşkəsən rayon Məhkəməsinin 2(030)-273/2010 nömrəli 15 oktyabr 2010-cu il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İşə əlavə edilmiş 30 sentyabr 2013-cü il tarixli 4296/13 saylı borclunun məcburi gətirilməsi barədə təqdimatın surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-273/2010 nömrəli 15 oktyabr 2010-cu il tarixli icra vərəqəsinə əsasən Cavabdeh 18 mart 1998-ci il təvəllüdlü X36 və 10 iyun 1999-cu il təvəllüdlü X33 yektinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İcra vərəqəsi 22 avqust 2013-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Borclu Cavabdeh icra sənədində göstərilən tələbi icra edilməsi üçün 10 gün könüllü icra müddəti verilmişdir. Lakin həmin müddətdə borclu alimentin ödənilməsi üçün heç bir hərəkət etməmiş və borcundan ödəniş etməmişdir. Cavabdeh 894 manat aliment borcu yığılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə 29 avqust 2013-cü il tarixdə borclu Cavabdeh izahatı alınmışdır. Borclu izahatında məhkəmə qərarının icrasından imtina edəcəyi və ya icra məmurunun qanuni tələblərinə tabe olmayacağı halda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyacağı qeyd edilmişdir. Borclu izahatında Azərbaycam Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinin ona izah olunduğunu qeyd etmişdir. Lakin bundan sonra Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələblərinə əməl etməyərək, çağırışlara cavab verməmiş və üzürsüz səbəbdən Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən xx xxxx 1977-ci ildə Daşkəsən rayonu Əhmədli kəndində anadan olmuş, halhazırda Gəncə şəhəri Məhsəti (keçmiş Sevinc) qəsəbəsində yaşayan Cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilməsi məsələsinə baxılması üçün təqdimat Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 01 iyul 2014-cü il tarixli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli 3(044)-328/2014 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsi tətbiq edilməklə Cavabdeh həmin Məcəllənin 24-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh növü olan xəbərdarlıq elan edilmişdir. İşə əlavə edilmiş Cavabdeh ünvanlanmış 05 noyabr 2014-cü il tarixli 4296/13 saylı məsuliyyətə cəlb olunması haqqında xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh aliment borcunu ödəmədiyi təqdirə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1 və 84.1-ci maddələrinə əsasən barəsində İnzibati xəta haqqında protokol tərtib edilib Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə təqdim olunacağı, məhkəmə qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə əsasən 500 manatdan 1000 manatadək cərimə və ya 30 gün müddətinədək inzibati həbs tətbiq olunacağı bildirilmişdir. İşə əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 iyul 2015-ci il tarixli borclunun məcburi gətirilməsi barədə təqdimatın surətindən görünür ki, xx xxxx 1977-ci ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuş, Daşkəsən rayonu Gurbulaq kəndində qeydiyyatda olan faktiki olaraq Gəncə şəhəri Sevinc (Məhsəti Gəncəvi) qəsəbəsində yaşayan Cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydad gətirilməsinə dair təqdimat Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli 8(044)-482/2015 saylı qərardadın surətindən görünür ki, təqdimat təmin edilmiş, Gəncə şəhəri Sevinc qəsəbəsində yaşayan Cavabdeh məcburi qaydada Gəncəı şəhəri üzrə İcra İdarəsinə gətirilməsi, qərardadın icrasının Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş borclunun axtarılması haqqında 19 fevral 2016-cı il tarixli qərarın surətindən görünür ki, xx xxxx 1977-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Daşkəsən rayonu Gurbulaq kəındində qeydiyyatda olan, sonuncu yaşayış yeri Gəncə şəhəri Məhsəti Gəncəvi (sevinc) qəsəbəsi olan Cavabdeh barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İşə əlavə edilmiş Kəlbəcər Rayon Polis Şöbəsinin 05 noyabr 2016-cı il tarixli 170- 3775-1216 nömrəli məktubundan görünür ki, aliment verməkdən boyun qaçıran Daşkəsən rayon sakini Cavabdeh 05 noyabr 2016-cı il tarixdə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin 07 noyabr 2016-cı il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-273/2010 nömrəli 15 oktyabr 2010-cu il tarixli icra vərəqəsinə əsasən Cavabdeh 18 mart 1998-ci il təvəllüdlü X36 və 10 iyun 1999-cu il təvəllüdlü X33 yektinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan icra vərəqəsi 22 avqust 2013-cü il tarixdə icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına qəbul olunmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək məhkəməyə və tərəflərə göndərilmişdir. Borclu Cavabdeh icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddət verilməsinə dair bildiriş və məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq göndərilmişdir. Cavabdeh hal-hazırda aliment borcu cəmi 1328 manat təşkil edir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə və ya icera məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 3(043)-522/2016 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. İnzibati həbsdə olmanın əvvəli 07 noyabr 2016-cı il tarixdən saat 17:30-dan hesablanmışdır. İşə əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 10 oktyarb 2017-ci il tarixli borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatın surətindən görünür ki, xx xxxx 1977-ci ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuş, Daşkəsən rayonu Gurbulaq kəndində qeydiyyatda olan, sonuncu yaşayış yeri Gəncə şəhəri Məhsəti Gəncəvi (Sevinc) qəsəbəsi olan Cavabdeh ölkədən getmək hqüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərara qəbul edilməsi barədə təqdimat baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş X19 Mülki kollegiyasının 30 oktyabr 2017-ci il tarixli 8(044)- 947/2017 saylı qərardadın surətindən görünür ki, təqdimat təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(030)-273/2010 saylı icra sənədi üzrə borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırlmışdır. İşə əlavə edilmiş ölüm haqqında Şəhidətnamənin surətindən görünür ki, X61 30 oktyabr 2020-ci il tarixdə Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, ürəyin travması nəticəsində Xocavənd rayonunda vəfat etmişdir. Bu barədə İmişli regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 17 noyabr 2020-ci il tarixdə 221 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş 03 noyabr 2020-ci il tarixli vəsiqənin surətindən görünür ki, X24na Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 03 noyabr 2020-ci il tarixli 0184T nömrəli əmri ilə Azərbaycan Resdpublikasının “Şücaətə görə” medalı ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-9243 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2718 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-9297 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-3119 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci ill 30 dekabr tarixli 2374 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-4099 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-11965 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-622 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 05 noyabr tarixli 2987 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Azərbaycan Bayrağı” orderi ilə təltif olunmuşdur. İşə əlavə edilmiş 002421 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsinin üzvülük vəsiqəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respubılikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin T.İ 4296/2013 nömrəli 19 may 2021-ci il tarixli arayışından görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-273/2010 nömrəli 15 oktyabr 2010-cu il tarixliu icra vərəqəısinə əsasən 18 mart 1998-ci il təvəllüdlü X36 10 iyun 1999-cu il təvəllüdlü X42 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 14 oktyabr 2010-cu il tarixdən başlayaraq hər ay bir uşaq üçün 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh icra məmurunun qanuni çağırışlarına gəlmədiyindən və onun yaşayış yerini müəyyən etmək mümkün olmadığından barəsində axtarış qərarı qəbul edilmiş və Kəlbəcər rayon Polis Şöbəsində 22 fevral 2016-cı il tarixdə 500009 saylı axtarış işi açılmışdır. Həmçinin, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 8(044)-482/2015 nömrəli 31 iyul 2015-ci il tarixli qərardadına əsasən Cavabdeh məcburi gətirilməsi qərara alınmışdır. Cavabdeh qalıq aliment borcu 1400 manat təşkil edir və həmin borcu ödəməkdən yayınır. Cavabdeh aliment ödəmədiyindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-522/2016 nömrəli 07 noyabvr 2016-cı il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati həbs edilmişdir. İşə əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(040)- 462/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X4 və Göygöl rayon Notariat Ofisinə qarşı Göygöl rayon notariat ofisi tərəfindən verilmiş 28 dekabr 2020ci il tarixli vərəsəlik hüququ haqqında Şəhidətnamənin qanunsuz və əsassız olduğuna görə ləğv edilməsi, mərhum oğlu X34 qalan miras əmlakın, yəni Azərbaycan Respublikası Müdafiəı Nazirliyti tərəfindən ayrılmış 36420 manat pul kompensasiyasının cavabdeh və onun tərəfindən qəbul edilməsi barədə hər birinə ayrı-ayrılıqda vərəsəlik hüququ haqqında Şəhidətnamə verilməklə mirasın qəbul edilməsi tələbinə dair iddiası rədd edilmiş, cavabdeh İddiaçı Cavabdeh qarşı Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 2-ci qarabağ müharibəsi zamanı 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuş 18 mart 1998-ci il təvəllüdlü X34 miras qalmış əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli 2(104)-3532/2021 saylı qətnaməsinin surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(040)-462/2021 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(104)- 794/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(040)-462/2021 nömrəli qətnaməsi ilk iddianın təmin edilməməsi hissədə qismən – Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11000 manat sığorta ödənişinin ½ hissəsinin ilkin iddia üzrə iddiaçı Cavabdeh aid olunmasının təmin edilməməsi hissədə ləğv edilməsi, həmin hissədə ilkin iddia təmin edilməsi, Cavabdeh 30 oktyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar zamanı şəhid olması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı verilmiş 11000 manat sığorta ödənişinin ½ hissəsi, yəni 5500 manat Cavabdeh aid edilməsi, İddiaçı 5500 manat alınıb Cavabdeh verilməsi, ilkin iddia təmin edilməyən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N may 2022-ci il tarixli 1407 nömrəli məktubundan görünür ki, X23 N nömrəli hərbi hissədə müddətdən artıq hərbi xidmət etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2-ci Qarabağ müharibəsi zamanı 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. X77 xidmət etdiyi dövrdə, özünün və onunla xidmət etmiş hərbi qulluqçu yoldaşlarının bildirmələrinə görə onu anası Dursun və dayısı Firdovsi saxlayıb boya-başa çatdırmış, onunla tez-tez anası Dursun və dayısı Firdovsu maraqlanmış, daim onlarla görüşmüş, problemi və çətinliyi olanda onlara bildirmişdir. Atası Cavabdeh isə övladı Eşqinlə maraqlanmasını, onunla görüşməsini görməmişlər. Eşqin Tağıyev şəhid olduqdan sonra onun yas mərasimində iştirak edən xidmət yoldaşlarının bildirdiklərinə görə, atası Cavabdeh övladı ilə maraqlanmamış, yas mərasimlərində onu görməmişlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2022-ci il tarixli 2(102)-4483/2022 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdehlər X4 və vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul olunması və qanun üzrə vərəslik hüququ haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair ilk, X1 Cavabdeh qarşı məcburi pay almaq hüququndan məhrum edilməsi tələbi barədə qarşılıqlı iddia üzrə işin icraatı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 115.1, 1152, 1243, 1255 və 1231-ci maddələri ilə əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinin tələbi baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda baxılıb, müvafiq qərar qəbul edilənədək dayandırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2023-cü il tarixli 2(102)-19/2023 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmiş, X19 Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli qətnaməsi qismən, ilkin iddianın qismən təmin edilərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ilkin iddia üzrə cavabdehə verilmiş 11000 manat sığorta ödənişinin ½ hissəsinin, yəni 5500 manat ilkin iddia üzrə iddiaçıya aid edilərək cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi və iddia həmin hissədə rədd edilməsi barədə qərar verilmişdir. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı mərhumun atası olsa da, uzun müddət onunla birgə təsərrüfat şəraitində yaşamadığından, mərhuma münasibətdə valideyn kimi öhdəliklərini yerinə yetirmədiyindən onun ölümünə görə verilən sığorta ödənişini almaq hüququ olan ailə üzvü hesab edilə bilməz. İşə əlavə edilmiş Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Dəmirçidam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 28 mart 2023-cü il tarixli aktından görünür ki, Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Dəmirçidam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakini Şəhidin dayısı X14ölunun, Çıraq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakini şəhid qardaşı X6, Yellicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakini Şəhid atası X21 iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, həqiqətən Göygöl rayon Murovdağ qəbristanlığında Şəhidlərimizin dəfn olunduğu ərazidə yerləşən qəbr daşlarının üstünə dam örtüyü vurulmuşdur. Həmin dam örtüyünün xərcini Şəhid ailələri özləri çəkmişdir. O, cümlədən X8 qəbr daşının üstünə çəkilmiş dam örtüyünün xərcini X8 anası İddiaçı çəkmişdir. X8 atası Tağıyev X50 yas mərasimlərinin heç birində iştirak etməmişdir. Aktın doğruluğu imzalar və Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Dəmirçidam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. İşə əlavə edilmiş Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Dəmirçidam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 mart 2023-cü il tarixli 07 nömrəli arayışından görünür ki, Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Dəmirçidam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakini Şəhid anası İddiaçı ilə keçmiş əri Cavabdeh arasında olan nikah 18 dekabr 2002-ci il tarixdə pozulmuşdur. Məhkəmənin qərarına əsasən iki azyaşlı övladları X61 (xx.xx.1998) və X54 (xx.xx.1999) anası İddiaçı himayəsində qalmışdır. 27 sentyabr 2020-ci ildə başlanmış 21-ci Qarabağ müharibəsi zamanı İddiaçı oğlu X61 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Şəhidin nəşini gətirmək üçün SHXÇDX-nin Kəlbəcər rayon bölməsinin əməkdaşları tərəfindən Dəmirçidam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məlumat verilmişdir. Şəhidin nəşini gətirmək və tanınması üçün şəhidin dayısı X7 və Dəmirçidam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X15 iştirak etmişdir. Şəhidin yas mərasimlərində atası X49 iştirak etməmişdir. X8 büküldüyü Bayraq şəhidin dayısı X2 təqdim edilmişdir. İşə əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 mart 2023-cü il tarixli 257 nömrəli arayışından görünür ki, Göygöl rayon Üçtəpə kəndində məskunlaşan müvəqqəti Kəlbəcər köçkünü X71 anası İddiaçı övladları X61 və X43 uşaqlıqdan təkbaşına əzab-əziyyətlə boya-başa çatdırmışdır. İkinci Qarabağ müharibəsi zamanı X61 30 oktyabvr 2020-ci il tarixdə Şəhid olmuşdur. Şəhidin dəfn mərasimi Üçtəpə kəndində təşkil edilmişdir. Nümayəndə olaraq ailə ilə tez-tez əlaqə saxlanılmış və Şəhidin bütün mərasimlərində iştirak etmişdir. Şəhidin bütün yas mərasimi anası İddiaçı və dayışı X7 tərəfindən təşkil olunmuşdur. Ümumiyyətlə atası Tağıyev X25 yas mərasimlərinin heç birində iştirak etməmişdir. Hal-hazıradək də, Şəhidimizin atasını bu günə kimi görməmiş və tanımırlar. İşə əlavə edilmiş Kəlbəcər rayon 115 nömrəli tam orta məktəbin 30 mart 2023-cü il tarixli arayışından görünür ki, məktəbin məzunu şəhid X55 İ-Xİ sinfi oxuduğu müddətdə onun atası Cavabdeh valideyn kimi bir dəfə də, olsun məktəbdə görməmişlər. Şagirdin tərbiyəsi və dərsləri ilə mütamadi olaraq onun anası İddiaçı və dayısı X7 maraqlanmışdır. İşə əlavə edilmiş 01 aprel 2023-cü il tarixdə tərtib edilmiş 01 aprel 2023-cü il tarixli aktdan görünür ki, X28, X56, X41, X57, X9, X44, X60, X39 və X22 iştirakı ilə tərtib edilmişdir ondan ötrü ki, X23 ilə bir kəndlidirlər. X84 yaş yarımından anası Durun Hümbətovanın himayəsində olmuşdur. İddiaçı həyat yoladşı ilə ayrıldıqda Şəhid Eşqin yaşyarımında olmuşdur. İddiaçı tək ana kimi övladını zülüm və əziyyətlə böyüdüb boyabaşa çatdırmışdır. X71 böyüməsində ata kimi Cavabdeh heç bir maddi və mənəvi qayğısını görməmişlər. Onun böyüyüb boya-başa çatmasında atası kimi Cavabdeh oğlunun heç bir xidməti olmamışdır. Şəhidin nəşi gətirilən günü qonşu tərəfindən atası Cavabdeh oğlunun Şəhid olduğu barədə məlumat verilmiş, lakin Cavabdeh “mənlik deyil, mən onlarla əlaqəni tamamilə kəsmişəm” deyə bildirmişdir. Şəhidin yas mərasimlərinin heç birində iştirak etməmişdir. Kənd sakinilər bu günə kimi X71 atasını görməmişlər və tanımırlar. İşə əlavə edilmiş fotoşəkillərdən görünür ki, Cavabdeh X8 son zəng, dəfn və yas mərasimlərində iştirak etməmişdir. İş materialına əlavə edilmiş disk dinlənilərkən müəyyən edilmişdir ki, oğlu oğlu X8 yas mərasimində iştirak etməməsi ilə bağlı suala Cavabdeh “mənim o qapıda nə işim” var deyə cavab vermişdir. Məhkəmə iddiaçının, vəkilin və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək, müraciətin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə prosesində işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 1997-ci ildə ailə qurmuşlar. Aralarındakı nikahı 25 yanvar 1998-ci il tarixdə Daşkəsən rayon Zəylik kənd ərazi üzrə icra nümayəndəliyində 02 sayl akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 18 mart 1998-ci ildə X61 və 10 iyun 1999-cu ildə X54 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmış. Daşkəsən Rayon Məhkəməsinin 15 noyabr 2001-ci il tarixli 2-57 saylı qətnaməsi ilə X13 ilə doğulmuş Cavabdeh aralarında olan 25 yanvar 1998-ci il tarixdə Daşkəsən rayon Zəylik kənd ərazi üzrə icra nümayəndəliyində 02 sayla qeyd edilmiş nikah pozulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(030)-273/2010 saylı məhkəmə əmri ilə 18 mart 1998-ci ildə anadan olmuş X61 və 10 iyun 1999-cu ildə anadna olmuş X33 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 oktyabr 2010-cu il tarixdən başlayaraq hər ay borclu – Daşkəsən rayonu Xoşbulaq kənd sakini Cavabdeh hər uşaq üçün 30 (otuz) manat olmaqla cəmi 60 (altmış) manat sabit pul məbləğində aliment tutulub tələbkar – Göygöl rayonu Üçtəpə kənd sakini İddiaçı ödənilməsi barədə əmr verilmişdir. Daşkəsən rayon Məhkəməsinin 2(030)-273/2010 nömrəli 15 oktyabr 2010-cu il tarixli icra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 22 avqust 2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və 29 avqust 2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlə borclu Cavabdeh Daşkəsən rayon Məhkəməsinin 2(030)-273/2010 nömrəli 15 oktyabr 2010-cu il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Cavabdeh icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etmədiyi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən barəsində 30 sentyabr 2013-cü il tarixdə məcburi gətirilməsi barədə təqdimat verilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 01 iyul 2014-cü il tarixdə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokolla Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli 3(044)-328/2014 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsi tətbiq edilməklə Cavabdeh həmin Məcəllənin 24-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh növü olan xəbərdarlıq elan edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Cavabdeh məsuliyyətə cəlb olunması haqqında 05 noyabr 2014-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 02 iyul 2015-ci il tarixdə li borclu Cavabdeh məcburi gətirilməsi barədə təqdimat Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli 8(044)- 482/2015 saylı qərardad ilə Cavabdeh məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi, qərardadın icrasının Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar verilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən borclunun axtarılması haqqında 19 fevral 2016-cı il tarixli qərar ilə Cavabdeh barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aliment verməkdən boyun qaçıran Daşkəsən rayon sakini Cavabdeh 05 noyabr 2016-cı il tarixdə saxlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 07 noyabr 2016cı il tarixli Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 3(043)-522/2016 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. İnzibati həbsdə olmanın əvvəli 07 noyabr 2016-cı il tarixdən saat 17:30-dan hesablanmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin 10 oktyarb 2017-ci il tarixli Cavabdeh ölkədən getmək hqüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi barədə təqdimatı baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. X19 Mülki kollegiyasının 30 oktyabr 2017-ci il tarixli 8(044)-947/2017 saylı qərardad ilə təqdimat təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(030)-273/2010 saylı icra sənədi üzrə borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırlmışdır. 18 mart 1998-ci ildə anadan olmuş X61 30 oktyabr 2020ci il tarixdə Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, ürəyin travması nəticəsində Xocavənd rayonunda Şəhid olmuşdur. Bu barədə İmişli regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 17 noyabr 2020-ci il tarixdə 221 nömrə ilə qeyd edilmişdir. X24 ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 03 noyabr 2020-ci il tarixli 0184T nömrəli əmri ilə Azərbaycan Resdpublikasının “Şücaətə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2718 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci ill 30 dekabr tarixli 2374 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Vətən uğrunda” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 05 noyabr tarixli 2987 nömrəli Sərəncamı ilə X61 ölümündən sonra “Azərbaycan Bayrağı” orderi ilə təltif olunmuşdur. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddaçının tələbi vərəsəlik hüququndan məhrum etmə ilə bağlı olduğundan həmin münasibətlərə Mülki Məcəllənin vərəsəlik hüququndan məhrum etmə ilə bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən, valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Göründüyü kimi, mülki qanunvericilik miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslərin də, qanun üzrə vərəsə ola bilməməsini nəzərdə tutmuşdur, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 1997-ci ildə ailə qurmuşlar. Aralarındakı nikahı 25 yanvar 1998-ci il tarixdə Daşkəsən rayon Zəylik kənd ərazi üzrə icra nümayəndəliyində 02 sayl akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 18 mart 1998-ci ildə X61 və 10 iyun 1999-cu ildə X54 anadan olmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmış. Daşkəsən Rayon Məhkəməsinin 15 noyabr 2001-ci il tarixli 2-57 saylı qətnaməsi ilə X13 ilə doğulmuş Cavabdeh aralarında olan 25 yanvar 1998-ci il tarixdə Daşkəsən rayon Zəylik kənd ərazi üzrə icra nümayəndəıliyində 02 sayla qeyd edilmiş nikah pozulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(030)-273/2010 saylı məhkəmə əmri ilə 18 mart 1998-ci ildə anadan olmuş X61 və 10 iyun 1999-cu ildə anadna olmuş X33 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 oktyabr 2010-cu il tarixdən başlayaraq hər ay borclu – Daşkəsən rayonu Xoşbulaq kənd sakini Cavabdeh hər uşaq üçün 30 (otuz) manat olmaqla cəmi 60 (altmış) manat sabit pul məbləğində aliment tutulub tələbkar – Göygöl rayonu Üçtəpə kənd sakini İddiaçı ödənilməsi barədə əmr verilmişdir. Daşkəsən rayon Məhkəməsinin 2(030)-273/2010 nömrəli 15 oktyabr 2010-cu il tarixli icra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 22 avqust 2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və 29 avqust 2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişlə borclu Cavabdeh Daşkəsən rayon Məhkəməsinin 2(030)-273/2010 nömrəli 15 oktyabr 2010-cu il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Cavabdeh icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etmədiyi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən barəsində 30 sentyabr 2013-cü il tarixdə məcburi gətirilməsi barədə təqdimat verilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 01 iyul 2014-cü il tarixdə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokolla Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli 3(044)-328/2014 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsi tətbiq edilməklə Cavabdeh həmin Məcəllənin 24-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh növü olan xəbərdarlıq elan edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Cavabdeh məsuliyyətə cəlb olunması haqqında 05 noyabr 2014-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 02 iyul 2015-ci il tarixdə li borclu Cavabdeh məcburi gətirilməsi barədə təqdimat Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli 8(044)- 482/2015 saylı qərardad ilə Cavabdeh məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi, qərardadın icrasının Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar verilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən borclunun axtarılması haqqında 19 fevral 2016-cı il tarixli qərar ilə Cavabdeh barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aliment verməkdən boyun qaçıran Daşkəsən rayon sakini Cavabdeh 05 noyabr 2016-cı il tarixdə saxlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 07 noyabr 2016cı il tarixli Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 3(043)-522/2016 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 10 oktyarb 2017-ci il tarixli Cavabdeh ölkədən getmək hqüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi barədə təqdimatı baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. X19 Mülki kollegiyasının 30 oktyabr 2017-ci il tarixli 8(044)-947/2017 saylı qərardad ilə təqdimat təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(030)-273/2010 saylı icra sənədi üzrə borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırlmışdır. 18 mart 1998-ci ildə anadan olmuş X61 30 oktyabr 2020ci il tarixdə Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, ürəyin travması nəticəsində Xocavənd rayonunda vəfat etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, sadalanan hallar və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 3(043)-522/2016 saylı qərarı, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2023-cü il tarixli 2(102)-19/2023 saylı qərarı təsdiq edir ki, cavabdeh mərhum X10 münasibətdə valideyn kimi miras qoyanın saxlanması üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırmışdır və bu hal məhkəmə qərarları ilə təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh oğlu mərhum X10 münasibətdə valideyn kimi miras qoyanın saxlanması üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırdığı üçün vərəsəlik hüququndan məhrum edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmadığından, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh mərhum X10 münasibətdə vərəsəlik hüququndan məhrum edilsin. Qətnamədən 1 (bir) ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar