Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-4/2025 05.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri və X3 şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı zəbt olunmuş torpaq sahəsində çıxarılma tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri və X3 şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********9 nömrəli, ********** qeydiyyat nömrəli, **********30 nömrəli, ********** qeydiyyat nömrəli və **********31 nömrəli, ********** qedyiyyat nömrəli Çıxarışla Daşkəsən rayonu Tapan kəndində yerləşən kənd təsərrüfarı istehsalı üçün onlara verilmiş 1,6941, 1,266 və 0,7758 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsi üzərində qanunsuz apardıqları tikintilərin onların hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri və X3 şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəmə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-36/2023 saylı qərardadı ilə İddiaçı1 hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Mərhum İddiaçı1 hüquqi varisi tərəfindən məhkəməyə iddia tələbi ilə bağlı müraciət daxil olmamışdır. Digər cavabdehlər işə onların iştirakı ilə baxılmasını tələb etməmişlər. İşə əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş 24 dekabr 2021-ci il tarixli 4Ə-3321 nömrəli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 sentyabr 2020-ci il traixli, ********** qeydiyyat nömrəli, **********31 reyestr nömərli Çıxarışa əsasən Daşkəsən rayonu Tapan kəndində yerləşən 0,7758 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə X1 məxsus 1/6 hissə, İddiaçı3 məxsus 1/6 hissə, İddiaçı4 məxsus 1/6 hissə və İddiaçı5 məxsus 1/6 hissə payı İddiaçı1 bağışlanmışdır. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı1 04 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, İddiaçı1 04 sentyabr 2023-cü il tarixdə öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibət üzrə hüquq varisliyinə yol verilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-4/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-4/2025
05.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver