Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-407/2023 31.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və oğlu Turala qarşı cavabdehlərin 0,03 ha torpaq sahəsinə gedən yolda çəpərin sökülməklə yolun bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh və oğlu Turala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh və oğlu Tural ona məxsus 0,03 ha torpaa sahəsinə gedən yolun çəpərini sökməklə yolun bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsi 1 nüsxə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.0.1-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinə onun cavabdehlərin və üçüncü şəxslərin sayına görə surətləri əlavə edilməlidir. Eyni zamanda, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında qəbz və ya iddiaçının dövlət rüsumundan azad edilməsi barədə sənəd əlavə edilməmişdir. Bu da Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsaslardan biridir. İddiaçı iddia ərizəsində Cavabdeh ata adının və oğlu Turalın soyadını, ata adını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 149.2.3 və 150.0.5-ci maddələrinə görə, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir. Lakin İddiaçı iddia ərizəsinə tələbini əsaslandırdığı hallara dair heç bir sənəd əlavə etməmişdir. Həmçinin, iddia ərizəsinin tərtib edilməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunun tələblərinə riayət edilməmiş, iddia ərizəsinə iddiaçının və cavabdehlərin rəsmi qeydiyyatda olduğu yer barədə Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPŞ şöbəsindən arayış və ya cavabdehin şəxsiyyət vəsiqələrinin surəti əlavə edilməmişdir. Qeyd olunan nöqsanlar ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun hazırlanmamasını ehtiva edir, belə olan halda isə MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh və oğlu Turala qarşı cavabdehlərin 0,03 ha torpaq sahəsinə gedən yolda çəpərin sökülməklə yolun bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-407/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-407/2023
31.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver