Məhkəmə qərarları › İş №2(030)-414/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-414/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-414/2025 02.06.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz оğlu, İddiaçı Əliyar qızının Cavabdeh qarşı cavabdehdən istifadə olunmuş suyun dəyəri kimi 872,92 manat pulun tutulub ona ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Əliyar qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən istifadə olunmuş suyun dəyəri olaraq 872,92 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əliyar qızının iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdehnn qeydiyyat ünvanı Abşeron rayonu Saray qəsəbə ərazi dairəsi Saray qəsəbəsi təzə məhəlləsi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda İddiaçı Əliyar qızının iddiası üzrə iş ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən İddiaçı Əliyar qızının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Əliyar qızına qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar