Məhkəmə qərarları › İş №2(030)-424/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-424/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-424/2023 21.06.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Şəmsi оğlu, İddiaçı X1 Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onun evinin bir otağında yerləşdirilən Cavabdeh məxsus əmlakın götürülüb Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı X2 evinin bir otağında yerləşdirilən Cavabdeh məxsus əmlakın götürülüb Hicran Nuriyevaya (Əsgərovaya) verilməsini tələb etsə də, iddia ərizəsində əşyaların adları, qeyd edilən əşyaların hansı ünvanda yerləşməsi, evin hansı əsaslarla ona məxsus olması ilə bağlı tələbin əsaslandığı halları qeyd etməmişdir. İddiaçı mücərrəd olaraq harada yerləşdiyi və hansı hüquqi əsasla iddiaçıya məxsus olduğunu göstərmədiyi evdən cavabdehə məxsus qeyri-müəyyən əşyaların çıxarılmasını tələb edir. Göründüyü kimi iddia ərizəsində tələb və onun əsaslandığı hallar aydın deyildir. Məhkəmə qeyd edir ki, içərisindəki əşyaların çıxarılması tələb edilən evin harada yerləşməsi mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi baxımından da əhəmiyyət kəsb edir. Həmin məlumatlar olmadan iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X1 Cavabdeh qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar