Məhkəmə qərarları › İş №2(030)-425/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-425/2024

29.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-425/2024 29.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Məmməd oğlunun, Cavabdeh Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq baxçasının nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq baxçasına və Cavabdeh2nə qarşı “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” Təlimatda göstərilən maaşın 15 faizinin və bir günlük əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi -uşaq baxçasının müdür əvəzi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü ilin sentyabr ayından ona verilməli olan 15 faiz pulun və 24 fevral 2024-cü il tarixədək gününə düşən 32 manatın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək 5 saylı Körpələr evi-uşaq baxçasının cavabdeh qismində, Cavabdeh2 isə əlavə cavabdeh qismində tanınmasının xahiş etmişdir. Həmin idarə əlavə cavabdeh kimi işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildən hal-hazıradək Daşkəsən şəhəri 5 nömrəli Körpələr-evi Uşaq baxçasında tərbiyəçi-müəllim vəzifəsində işləyir. “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1997-ci ilin Təlimatında göstərilən və iddiaçıya çatası olan 15 faiz pulu Körpələr-evi Uşaq baxçasına müvəqqəti müdür təyin olunan Cavabdeh1 2023-cü ilin sentyabr ayında kəsmişdir. Bundan başqa heç bir əsas olmadan iddiaçının bir günlük əmək haqqı olan 32 manat pulu kəsilmişdir. Belə ki, 24 fevral 2024-cü il tarixdə iddiaçı işdə olduğu halda həmin gün işdə olmadığı üçün əmək haqqı dövlət hesabına saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Məmməd oğlu iddia ərizəsinin məzmununa uyğun olaraq izahatında göstərmişdir ki, İddiaçı 2006-cı ildən hal-hazıradək Daşkəsən şəhəri 5 saylı Körpələr-evi Uşaq baxçasında tərbiyəçimüəllim vəzifəsində işləyir. “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1997-ci ilin Təlimatında göstərilən və iddiaçıya çatası 15 faiz pulu uşaq baxçasına təzə müvəqqəti müdür təyin olunan Cavabdeh1 2023-cü ilin sentyabr ayından kəsib özünə təyin etmişdir. İddiaçı bu haqda şikayəti olduqda isə ona təzyiq edərək heç bir əsas olmadan iddiaçının bir günlük əmək haqqı olan 32 manat manat pulunu kəsmişdir. Belə ki, 24 fevral 2024-cü il tarixdə iddiaçının oğlu evə gəldiyi üçün, evin açarı oğlunda olmadığına görə 5 dəqiqə ərzində açarı oğluna vermiş və geri qayıtmışdır. İddiaçı işdə olduğu halda iddiaçınnı həmin gün işdə olmadığı üçün əmək haqqı dövlət hesabına saxlanılmışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq baxçasının müdir əvəzi Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 əməkdaşları tərəfindən 24 fevral 2024-cü il tarixdə səhər saatlarında Daşkəsən şəhəri 5 saylı Körpələr evi-uşaq baxçasında monitorinq aparılan zaman iddiçının işdə olmadığı müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Belə ki, iş vaxt baxçada səhər saat 8-də başlayır. İddiaçı baxçada təbiyəçi-müəllim işləsə də, həmin gün saat 10-11 radələrində işə gəlmişdir. Bununla əlaqədar olaraq İddiaçı izahatı alınmışdır. 26 fevral 2024-cü il tarixli 07 nömrəli əmrə əsasən İddiaçı 24 fevral 2024-cü il tarixdə işdə olmadığı üçün əməkhaqqı dövlət hesabına saxlanılmışdır. Bundan başqa hər ilin sentyabr ayında baxçalarda tarifləşmə işləri aparılır. Baxçada 3 qrup böyük, orta və kiçik qruplar fəaliyyət göstərir. Kiçik qrupda olan 1-3 yaşlarında uşaqlara qulluğa görə tərbiyəçilərin əmək haqqı və vəzifə maaşlarına 15 faiz miqdraında əlavə pul verilir. Taarifləşmə zamanı böyük qrupda, orta qrupda və kiçik qrupda işləyən müəllimlər siyahısı verildikdən sonra, mühasibatlıqdan ona İddiaçı orta qrupda işlədiyi halda əvvəlki siyahıda səhvən kiçik qrupun tərbiyəçisi kimi göstərildiyi bildrilmişdir. Artıq ödənilmiş məbləğ Zenfura Qafarovdan geri tutulmadan ödəniş dayandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdhein iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Cavabdeh2 əməkdaşları tərəfindən Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq baxçasında tərtib edilmiş 24 fevral 2024-cü il tarixli aktın surətindən göstərilir ki, uşaq bağçasının tərbiyəçiləri Həsənova Ramilə, Quluyeva Xəyalə, İddiaçı, tibb baçısı Allahverdiyeva Aygün, sanitar-dayə Bəxtiyarova Nərmin, Süleymanova Vüsalə və aşpaz İsayeva Tahirə iş yerində aşkar olunmadı. Aktın doğruluğu GDRTİ – qrup rəhbəri İsayev Orxan, GDRTİ mühasibi Məmmədli Azər və Daşkəsən 5 nömrəli k/e uşaq bağçasının müdürü Cavabdeh1 tərəfindən imzalar və möhürlə təsdiq edilmişdir. İşə əlavə edilmiş Cavabdeh2 Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq baxçasında tərbiyəçi işləyən İddiaçı izahatından görünür ki, xx.xx.2024-cü ildə Regional idarənin əməkdaşları bağçanı yoxlamağa gəlmiş, həmin gün o, işdə olmuşdur. Amma oğlu hərbiçidir (gizirdir, müharibə iştirakçısıdır) evə gəldiyi üçün, evin açarı onda olduğuna görə 5 dəqiqə açarı oğluna vermiş və geri qayıtmışdır. Əməkdaşlar onu işdə görmüş, amma akta qeyd etmişlər. Nəzərə alınmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq baxçası üzrə 26 fevral 2024-cü il tarixli 07 nömrəli əmrdən çıxarışdan görünür ki, 24 fevral 2024-cü il tarixdə işdə olmadığı üçün İddiaçı bir günlük əmək haqqı dövlət hesabına saxlanılmışdır. İşə əlavə edilmiş 26 fevral 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı 24 fevral 2024cü il tarixdə işdə olmuş, oğluna açar vermək üçün 5 dəqiqə bağçadan kənara çıxmış, həmin vaxt özlərini Təhsil idarəsinin nümayəndələri olduqlarını bildirən şəxslər bağçanın inzibati binasına daxil olmuş, hətta İddiaçı ilə danışıq aparmışlar. Aktın doğruluğu xadimədayə Səidə Hqverdiyeva və aşpaz Şəhla Allahverdiyevanın imzası ilə təsdiq edilmişdir. İşə əlavə edilmiş Cavabdeh2 04 mart 2024-cü il tarixli 40 nömrəli məktubundan görünür ki, İddiaçı çalışdığı məktəbəqədər təhsi müəssisəsi körpələr evi uşaq bağçasıdır. İddiaçı həmin müəssisədə orta yaş qrupu üzrə tərbiyəçi vəzifəsində çalışır. Məktəbəqədər təhsil müəssisələrində (körpələr evi-uşaq bağçası) orta və kiçik yaş qrupları üzrə tərbiyəçimüəllim vəzifəsində çalışan şəxslərin əmək haqqı müəyyən edilmiş dərəcələrə uyğun hesablanır. İddiaçı əvvəlki əmək haqqına orta yaş qrupunun tərbiyəçisi kimi 12-ci dərəcə ilə orta ixtisas təhsilli kimi 17 il 11 ay pedaqoji iş stajına malik olduğu üçün 1 stavkaya görə 538 manat hesablanır. Əlavə aylar üzrə əmək haqqının kiçik yaş qrup tərbəyəçisi kimi (orta yaş qrupunun tərbiyəçinə ödənilən əmək haqqından 1596 çox) 1 stavkaya 618.70 manat məbləğində hesablanmışdır. 2023-cü ilin iyun ayında 1C proqramına keçid edildiyi üçün həmin ilin iyun, iyul və avqust aylarında ona kiçik qrupun tərbiyəçisi kimi 155 artıq əmək haqqı ödənilmişdir. Hal-hazırda əmək haqqı qanunvericiliyin tələbinə əsasən orta yaş qrup tərbiyəçisinin vəzifəsinə uyğun olaraq hesablanır. İşə əlavə edilmiş Cavabdeh2 04 aprel 2024-cü il tarixli 52/1 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 əməkdaşları tərəfindən Daşkəsən şəhər 5 nömrəli körpələr evi – uşaq bağçasında aparılmış yoxlama zamanı İddiaçı həmin gün işdə olmamışdır. İşə əlavə edilmiş Gəncə 2 saylı Mediasiya təşkilatının 13 may 2024-cü il tarixli MŞG/MT033/2024-00206 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı ənək haqqının saxlanılmasında dayandırılması tələbinə dair üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Daşkəsən şəhəri 5 saylı Körpələr-evi Uşaq baxçasının müdir əvəzi Cavabdeh1 13 may 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin olunmaqla, iddia tələbi əmək haqqına 15 faiz əlavənin ödənilməsinə dair hissədə edilməməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq baxçasında kiçik, orta və böyük yaş qrupları fəaliyyət göstərir. İddiaçı Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq baxçasında orta yaş qrupu üzrə tərbiyəçi vəzifəsində işləyir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli Qanununun 14.15-ci maddəsinə əsasən, təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin Qanunun 36.1-ci maddəsinə görə, dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, məktəbəqədər təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 8.2-ci maddəsinə görə məktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.3-cü maddəsinə əsasən məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. 11.10-cu maddəsinə görə məktəbəqədər təhsil müəssisəsi hüquqi şəxsdir, inzibati və maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir. 22.3-cü maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələri işçilərinin əmək haqqı (vəzifə maaşı) işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi məktəbəqədər təhsil müəssisəsində orta yaş qrupu üzrə işləyən tərbiyəçilərə əmək haqqının 15 faizi miqdarında əlavənin ödənilməsi qaydası nəzərdə tutulmamışdır. Bununla belə, iddiaçı tələbində “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1 yanvar 1997-ci il tarixdən tətbiq olunmuş Təlimata əsaslanır. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin Təlimat “Təhsil haqqında” Azərbaycan Respublikasının 07 oktyabr 1992-ci il tarixli Qanununun icrası ilə bağlı qaydaları müəyyən etmişdir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu qüvvəyə mindiyi tarixdən əvvəlki Təhsil Qanunu qüvvədən düşmüşdür. Qüvvədən düşmüş qanunun icrası ilə bağlı olmuş Təlimatın qaydaları aid olduğu qanun qüvvədən düşdükdən sonra tətbiq olunmur. Məhkəmə qeyd edir ki, iddia tələbi bir günlük əmək haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə ilk öncə iddiaçının Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq baxçası üzrə 26 fevral 2024-cü il tarixli 07 nömrəli əmrinin iddiaçıya aid hissədə mübahisələndirmədən əmək haqqının bərpasını tələb etməsinə aid aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Belə ki, müəyyən iş gününə görə əmək haqqının ödənilməməsi intizam tənbehi deyildir və yaxud əmək haqqından tutma sayılmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsində intizam təbehlərinin növləri göstərilmişdir. Həmin intizam tənbehləri sırasında əmək haqqının ödənilməməsi tənbeh növü mövcud deyildir. Həmçinin Əmək Məcəlləsinin 175-ci maddəsində əmək haqqından tutulmaya yol verilən hallar göstərilmişdir ki, bu məsələ həmin hallar sırasında yer almamışdır. Lakin, Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən işəgötürən iş vaxtının uçotunu aparmağa borcludur. Ona görə də işçilərə ödənilən əmək haqqı bu uçot əsasında həyata keçirilir. Əməyi vaxtamuzd sistem əsasında ödənilən işçinin əmək haqqı ay ərzində olan iş saatlarına görə hesablanıb ödənilməlidir. İşçinin işdə olmadığı saatlar olduğu halda, işdə olduğu saatlar müvafiq cədvəl əsasında rəsmiləşdirilməklə işçilərə həmin saatlara görə əmək haqqı hesablanmalıdır. İşçinin işdə olmadığı saatlar iş vaxtının uçotu nəticəsində bəlli olduğundan ona işləmədiyi saatlar çıxılmaqla əmək haqqı hesablanması mümkündür. Yəni, bu məsələ ayrıca əmr verilmədən də həll edilə bilər. Odur ki, əmrin mövcudluğu mübahisəyə baxılmasına mane olmur. İşin hallarından göründüyü kimi Cavabdeh2 əməkdaşları tərəfindən 24 fevral 2024cü il tarixdə, səhər saatlarında Daşkəsən şəhəri 5 saylı Körpələr evi-uşaq baxçasında monitorinq aparılan zaman iddiaçının işdə olmadığı müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Aktın tərtib edilmə saatı göstərilməmiş, yoxlamanın nə qədər vaxt ərzində davam etməsi təsdiqini tapmır. Bu akt əsasında iddiaçıya həmin tarixə görə bir günlük əmək haqqı ödənilməmişdir. İşin hallarından görünür ki, işçi bütün gün ərzində deyil, təhsil idarəsinin əməkdaşları səhər saatlarında uşaq bağçasına gələn vaxt iş yerində olmamışdır. İddiaçı izahatında bildirmişdir ki, yaşadığı evin açarını oğluna vermək üçün çıxmış və təqribən beş dəqiqədən sonra qayıtmışdır. Uşaq bağçasının müdiri isə onun saat 10-11 radələrində işə gəldiyini bildirir. Hər bir halda işçinin bütün gün ərzində işdə olmaması təsdiqini tapmır. Belə olan vəziyyətdə işçinin neçə saat ərzində işdə olmaması tam dəqiqliyi ilə müəyyən edilməklə işçinin əmək haqqı həmin saatlara uyğun saxlanıla bilərdi. Bu şərtlə ki, bu hal üzürsüz səbəbdən yaranmış olsun. Həmçinin işçinin iş yerində olmamasının üzürlü, yaxud üzürsüz səbəblərdən baş vermiş olması araşdırılmamışdır. Beləliklə, öncə işçinin iş vaxtının hansı saatlarında iş yerində olmaması tam dəqiqliyi ilə müəyyən olunmalı, bunun səbəbləri öyrənilməli və bundan sonra müvafiq tədbirin görülməsi məsələsinə baxılmalıdır. Cavabdeh2 əməkdaşlarının Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq baxçasına gələn zaman hər hansı bir işçinin iş yerində olmaması işçinin gün ərzində işdə olmaması anlamını vermir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əgər cavabdeh iddiaçının təqdim etdiyi faktları qəbul etmirsə o da öz növbəsində bu barədə sübutlar təqdim etməlidir. Mübahisənin vəziyyətindən göründüyü kimi işçi həddən artıq qısa müddət ərzində işdə olmadığını bildirir, belə olan vəziyyətdə onun nə qədər vaxt ərzində işdə olmamasını işəgötürən sübut etməlidir. Lakin, işəgötürən bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsiplərinə əsaslanır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 24 fevral 2024-cü il tarixə hesablanmamış bir günlük əmək haqqı ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tıləbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı 24 fevral 2024-cü il tarixə hesablanmamış bir günlük əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar