Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-427/2025 19.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, avtomobildən istifadəyə görə 640 manat, cavabdeh tərəfindən avtomobildən istifadə zamanı yol verilmiş pozuntulara görə ödənilmiş cərimələrin əvəzi olaraq 700 manat, qəza törədilən zaman tərəfindən ödənilən 50 manat dəbbə pulunun, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddianın dəyişdirərək cərimələrə görə 769,60 manat məbləğin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, 17 noyabr 2024-cü il tarixdə Grand Park vasitəsilə tərəfindən "xxxx" MMC şirkətinə məxsus “Chevrolet Cobalt LTZ” markalı **-YE-*** nişanlı nəqliyyat vasitəsini taksi fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh 17 noyabr 2024-cü il tarixdən 20 fevral 2025-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmiş, 20 fevral 2025-ci il tarixdə qəza törətdikdən sonra avtomobili öz yaşadığı həyətdə qoyaraq başqa şəxsin avtomobili ilə taksi fəaliyyətini davam etdirmişdir. Cavabdeh avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman yol hərəkəti qaydalarını pozduğu üçün dəfələrlə cərimə edilmiş, lakin cərimələri ödəməmişdir. Bununla əlaqədar olaraq cavabdehə rəsmi və şifahi qaydada xəbərdarlıq etməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Cavabdehə protokollar üzrə tətbiq olunmuş cərimələrin icra edilməməsi səbəbindən avtomobilin cərimə meydançasına aparılması təhlükəsi yarandığı üçün cərimlər onun tərəfindən ödənilmişdir. Hal-hazıra cavabdehin ona 640 manat icarə haqqı, cərimlər üçün ödənilmiş cəmi 796,60 manat, qəzanın törədilməsi üçün ödənilmiş 50 manat dəbbə pulu və ödənilmiş 34 manat dövlət rüsumu olmaqla, cəmi 1520,60 manat məbləğində borcu yaranmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş 17 oktyabr 2024-cü il tarixli AZL-4623 nömrəli X2nə 1 saylı əlavənin surətindən görünür ki, Chevrolet Cobalt LTZ markalı **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh verilmiş 18 noyabr 2024-cü il tarixli POA********** nömrəli etibarnamənin surətindən görünür ki, “AZƏRMAŞ LİZİNQ MMC” ilə İddiaçı arasında bağlanmış xx.xx.2024 il tarixli AZL-4623 saylı “X2” əsasında lizinqə verilmiş 1 (bir) ədəd Chevrolet Cobalı LTZ markalı, 90YE542 qeydiyyat nişanlı avtomobili idarə edilməsində səlahiyyətlidir. İşə əlavə olunmuş "AZƏRMAŞ LİZİNQ” MMC tərəfindən Cavabdeh verilmiş 17 dekabr 2024-cü il tarixli POA********** nömrəli etibarnamənin surətindən görünür ki, o, Chevrolet Cobalı LTZ markalı, 90YE542 qeydiyyat nişanlı avtomobili idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2024-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh verilmiş 21 yanvar 2025-ci il tarixli POA********** nömrəli etibarnamənin surətindən görünür ki, o, Chevrolet Cobalı LTZ markalı, 90YE542 qeydiyyat nişanlı avtomobili idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh verilmiş 19 fevral 2025-ci il tarixli POA********** nömrəli etibarnamənin surətindən görünür ki, o, Chevrolet Cobalı LTZ markalı, 90YE542 qeydiyyat nişanlı avtomobili idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarix daxil olmaqla etibarlıdır. İşə əlavə olunmuş diskdən və “Whatsapp” yazışmalarından görünür ki, Cavabdeh İddiaçı 640 manat məbləğində icarə haqqı borcu olmasını etiraf etmişdir. İşə əlavə olunmuş bildirişlərin və 16 may 2025-ci il tarixli xəbərnaməndən görünür ki, İddiaçı tərəfindən Cavabdeh İşə əlavə olunmuş mədaxil qəbzlərindən görünür ki, Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli protokol üzrə 36 manat, EQ27608644 nömrəli protokol üzrə 52,40 manat, EQ27608647 nömrəli protokol üzrə 65,50 manat, EQ27608589 nömrəli protokol üzrə 65,50 manat, EQ27608523 nömrəli protokol üzrə 131 manat, EQ27608532 nömrəli protokol üzrə 52,40 manat, EQ27608536 nömrəli protokol üzrə 26,20 manat, EQ27608526 nömrəli protokol üzrə 131 manat, EQ27608534 nömrəli protokol üzrə 26,20 manat, EQ27608593 nömrəli protokol üzrə 65,50 manat, EQ27608583 nömrəli protokol üzrə 13,10 manat, EQ27608521 nömrəli protokol üzrə 52,40 manat və EQ27608538 nömrəli protokol üzrə 52,40 manat olmaqla, cəmi 769,60 manat məbləğində cərimələr və iddia tələbində ayrıca tələb olunan İXP ******* nömrəli protokol üzrə ödənilmiş 50 manat İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə olunmuş 17 iyun 2025-ci il tarixli D**********00960 nömrəli çatdırılma vərəqəsinin və xəbərnamənin surətindən görünür ki, Cavabdeh 17 iyun 2025-ci il tarixdə bildiriş çatdırılmışdır. İşə əlavə olunmuş 26 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki İddiaçı tərəfindən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddisaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edimişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 oktyabr 2024-cü il tarixli AZL-4623 nömrəli X2nə əsasən ağ rəngli Chevrolet Cobalı LTZ markalı, 90YE542 qeydiyyat nişanlı avtomobil İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. “AZƏRMAŞ LİZİNQ MMC” tərəfindən verilmiş etibarnamələr əsasında Cavabdeh Chevrolet Cobalı LTZ markalı, 90YE542 qeydiyyat nişanlı avtomaşını idarə etmək səlahiyyəti verilmişdir. Cavabdeh tərəfindən avtomobil idarə edilərkən müxtəlif vaxtlarda yol hərəkəti qaydaları pozulmuş, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati cərimə növündə tənbeh növü tətbiq edilmişdir. Lakin cavabdeh tərəfindən avtomobilin icra haqqı və cərimələr ödənilməmişdir. Həmçinin avtomobildən istifadəyə görə də götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir. Odur ki, Cavabdeh avtomobildən istifadəyə görə ödənilməmiş 640 manat, ödənilmiş cərimələrin əvəzi olaraq 769,60 və 50 manat tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1-ci maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 431.1-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin: Cavabdeh avtomobildən istifadəyə görə ödənilməmiş 640 manat, ödənilmiş cərimələrin əvəzi olaraq 769,60 və 50 manat və ödənilmiş 34 manat dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-427/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-427/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver