Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-442/2025 02.10.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnmə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh X1 ona məxsus olan Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 31 saylı evin 24 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul ounmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnmə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 31 saylı evin 24 saylı mənzili tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. X10 ilə cavabdeh X4 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 17 aprel 2015-ci ildə İlkin və 11 sentyabr 2018-ci ildə Xədicə adlı iki uşaqları doğlumşudur. Aralarında olan narazılığa görə ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. Oğlu Tural cavabdeh Aynurə Abbasova ilə bir müddət barışmış və cavabdehi iki azyaşlı uşaqları ilə birlikdə həmin evə gətirmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş 22 iyun 2023-cü il tarixli 4Ə-1255 nömrəli Daşınmaz Əmlakın alqısatı müqaviləsinin surətindən görünür ki, X3 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 31 saylı evin 24 saylı mənzilini İddiaçı 17000 manata satmışdır. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)- 153/2025 saylı qətnaməsindı qeyd edilmişdir ki, 2 saylı Gəncə “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-73 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı DƏDRXnin Gəncə Ərazi İdarəsi tərəfindən 11 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, mənzili hədiyyə alan X5 bağışlamışdır. İşə əlavə olunmuş 12 sentyabr 2024-cü il tarixli müqavilənin ləğvinə dair müqavilənin surətindən görünür ki, 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində notariat ofisdə rəsmiləşdirilmiş 4Ə-73 reyestr nömrəli xx.xx.2024-cü il tarixli ünvan 2 ünvanında yerləşən mənzilə dair bağlanmış bağışlanma müqvailəsi bu müqaviləyə əsasən ləğv edilmişdir. İşə əlavə olunmuş daşınmaz əmlakın Dövlət reyestrindən 24 sentyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri İ. Qayıbov küçəsi 32 saylı evin 24 saylı mənzili tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə iş üzrə sübutlarla müəyyən olunur ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 32 saylı evin 24 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. O, həmin mənzili notarial qaydada təsdiq edilmiş 22 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Cavabdeh X4 iddiaçının oğlu Abbasov Tural ilə 29 may 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki uşaqları doğulmuşdur. Onların nikahı Daşkəsən Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli 2(030)- 370/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Göründüyü kimi, iddiaçı mənzili 22 iyun 2023cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bundan sonra mənzili xx.xx.2024cü il tarixli bağışlama müqaviləsinə əsasən oğlu Abbasov Turala hədiyyə etmişdir. xx.xx.2024-cü il tarixli müqavilənin ləğvinə dair müqavilə əsasında tərəflər xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsini ləğv etmişlər. 24 sentyabr 2024-cü il tarixli çıxarış əsasında mənzil mülkiyyət hüququ əsasında yenidən İddiaçı adına qeydə alınmışdır. Göründüyü kimi Cavabdeh 2014-2018-ci illərdə mübahisəli mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvülərinin tərkibində olmuşdur. Mənzil isə 22 iyun 2023-cü il tarixdən sonra iddiaçıya məxsus olmuşdur. Cavabdeh nikahın pozulmasından sonra iddiaçının oğlu ilə barışıb müəyyən vaxtlarda həmin mənzildə yaşamış olsa da, rəsmi nikaha daxil olmamış və ailə üzvü sayılmamışdır. Eyni zamanda mənzilin mülkiyyətçisi ilə iddiaçı arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma əldə etməmişdir. Cavabdeh İddiaçı qeyd edilən mənzilə dair hər hansı bir hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, ayşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə olunmuş 11 iyun 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X4 əşyaları ilə bilrikdə İddiaçı mülkiyyətində olan Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 32 saylı evin 24 saylı mənzilindən çıxarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-442/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-442/2025
02.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver