Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-449/2024 08.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçı Ərizəçi hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, 22 avqust 2022-ci ildə Göygöl rayonu Yeni Qızılca kəndində bir oğlan uşağının doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib göstərdi ki, X2 ilə 2021-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları dövrdə 22 avqust 2022-ci ildə Ömər və 06 fevral 2024-cü ildə Emin adlı iki uşaqları doğulmuşdur. 22 avqust 2022-ci ildə doğuş ani olduğu üçün oğlunun doğum vaxtı xəstəxanaya gedə bilməmiş, uşaq yaşadıqları Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evdə həkim köməyi olmadan doğulmuşdur. Uşağın doğumu haqqında tibbi sənədi olmadığı üçün hal-hazıra kimi doğum haqqında şəhadətnamə ala bilməmişdir. Hal-hazırda uşaq onun himayəsindədir. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, doğum haqqında tibbi arayış olmadığına görə imtina edilmişdir. Hazırda qeyd edilən faktın məhkəmədən kənar qaydada həll edilməsi mümkün deyildir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdi ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçi iki uşağı vardır. Böyük oğlu Ömərin 2 yaşı vardır. O, doğuş zamanı Səbinənin yanında olmuşdur. Doğuş ani olduğu üçün Ərizəçi qayınanası onu köməyə çağırmış, uşaq Göygöl rayonu Yeni Qızılca kəndində həkim köməyi olmadan doğulmuşdir. 22 avqust 2022-ci ildə doğulmuş Ömər hazırda sağ-salamat olmaqla, anası Səbinənin himayəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçi iki uşağı vardır. Böyük oğlu Ömərin 2 yaşı vardır. O, doğuş zamanı Səbinənin yanında olmuşdur. Doğuş ani olduğu üçün Ərizəçi qayınanası onu köməyə çağırmış, uşaq Göygöl rayonu Yeni Qızılca kəndində həkim köməyi olmadan doğulmuşdir. Uşağın köbəyini ərizəçinin qayınanası kəsmişdir. 22 avqust 2022-ci ildə doğulmuş Ömər hazırda sağ-salamat olmaqla, anası Səbinənin himayəsindədir. Ərizəçi baldızı xəstə olduğundan və maddi imkansızlıqdan doğuş zamanı xəstəxanaya gedə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçi iki uşağı vardır. Böyük oğlu Ömərin 2 yaşı vardır. Doğuş ani olduğu üçün Ərizəçi qayınanasını çağırmış, uşaq Göygöl rayonu Yeni Qızılca kəndində həkim köməyi olmadan doğulmuşdir. Uşağın köbəyini ərizəçinin qayınanası kəsmişdir. 22 avqust 2022-ci ildə doğulmuş Ömər hazırda sağ-salamat olmaqla, anası Səbinənin himayəsindədir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 06 fevral 2024-cü ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. X1, anası Ərizəçidır. Bu barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 19 fevral 2024-cü il tarixdə 380 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 29 fevral 2021-ci il tarixli 5-16-5/8-Q-69/1-107/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2023-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinin müddəalarına əsasən doğumun qeydə alınması üçün doğum faktının, vaxtının və yerinin təsdiq edən tibb müəssisəsindən sənədf, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən 2.5-ci bənddə nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən əriçəçinin ərizəsi təmin edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edildi ki, Ərizəçi ilə X2 2021-ci ildə faktiki nikah münasibətləri əsasında ailə qurmuşlar. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları dövrdə 22 avqust 2022-ci ildə Ömər və 06 fevral 2024-cü ildə Emin adlı iki uşaqları doğulmuşdur. 22 avqust 2022-ci il təvəllüdlü uşaq Göygöl rayonu Yeni Qızılca kəndində yaşadıqları evdə doğulmuşdur. Uşaq doğulduqdan sonra onun adına tibbi sənəd verilməmiş, bu səbəbdən də uşağın adına doğum haqqında şəhadətnamə alınmamışdır. 22 avqust 2022-ci ildə doğulmuş Ömər adlı uşağın adına heç bir hüquqi müəyyənedici sənəd olmadığı üçün ərizəçi doğum haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq ərizə ilə müraciət etmiş, tibb müəssisəsinin sənədi olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edildiyi izah olunmuş, doğum haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideyinləri kimi qeyd olunurlar. Qanunvericilik uşağın doğulmasını təsdiq edən tibbi sənəd olmadıqda doğum faktının da məhkəmə qaydasında müəyyən olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideyinlər öz aralarında nigahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarl əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təstiq edən sənədlər, nigah haqqında şəhadətnamə və uşaq tibbi müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu (yəni hüquqi əhəmiyyəti olan) faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalma üçün əsasdır. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışında ərizəçinin izahatı, şahidlərin ifadələri və digər sübutlarla Ərizəçi 22 avqust 2022-ci il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində bir oğlan uşağının doğulması faktı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 2006-cı ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində doğulmuş Ərizəçi xx.xx.2022 (iyirmi iki avqust iki min iyirmi ikinci) il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində bir oğlan uşağının doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideyinlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideyinləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2022 (iyirmi iki avqust iki min iyirmi ikinci) il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndində bir oğlan uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-449/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-449/2024
08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver