Məhkəmə qərarları › İş №2(030)-451/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-451/2024

09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-451/2024 09.09.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçı Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, 01 fevral 2024-cü ildə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində bir oğlan uşağının doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahatında göstərmişdir ki, X1 el adəti İlə ailə qurmuşdur. Lakin rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları dövrdə üç övladırı doğulmuşdur. Uşaqların ikisinin doğumu dövləl qeydiyyatına alınmışdır. 01 fevral 2024 cü İl tarixdə doğuş ani olduğu üçün oğlunun doğum vaxtı xəstəxanaya gedə bilməmiş, uşaq yaşadıqları Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən evdə həkim köməyi olmadan doğulmuşdur. Hal-hazırda uşaq onun himayəsindədir. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, doğum haqqında tibbi arayış olmadığına görə imtina edilmişdir. Hazırda qeyd edilən faktın məhkəmədən kənar qaydada həll edilməsi mümkün deyildir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçi üç uşağı vardır. Kiçik oğlu Yusif yeddi aylıqdır. Doğuş ani olduğu üçün uşaq həkim köməyi olmadan Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində olmadan doğulmuşdir. 01 fevral 2024-cü ildə doğulmuş Yusif hazırda sağ-salamat olmaqla, anası Əfsanənin himayəsindədir. İşə əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Daşkəsən rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 05 iyul 2024-cü il tarixli 193 saylı arayışından görünür ki, Ərizəçi 07 iyul 2023-cü il tarixdə X8 Şöbəsinə Müraciət etmişdir. Bədənə baxış zamanı gözlə görülən xəsarət aşkarlanmamışdır. 6 aylıq hamiləlik boyunda və belində olan ağrılardan şiayətlənir. İşə əlavə edilmiş Maraqlı şəxs 14 may 2024-cü il tarixli 3-16-5/8-A-1-206/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2023cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinin müddəalarına əsasən doğumun qeydə alınması üçün doğum faktının, vaxtının və yerinin təsdiq edən tibb müəssisəsindən sənədf, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən 2.5-ci bənddə nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən əriçəçinin ərizəsi təmin edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edildi ki, Ərizəçi ilə X3 el adəti İlə ailə qurmuşdur. Rəsmi nikah qeydiyyatından keçməmişlər. Birgə yaşadıqları dövrdə üç övladırı doğulmuşdur. Uşaqların ikisinin doğumu dövləl qeydiyyatına alınmışdır. 01 fevral 2024-cü İl tarixdə uşaq Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində yerləşən evdə doğulmuşdur. Uşaq doğulduqdan sonra onun adına tibbi sənəd verilməmiş, bu səbəbdən də uşağın adına doğum haqqında şəhadətnamə alınmamışdır. 01 fevral 2024-cü ildə doğulmuş uşağın adına heç bir hüquqi müəyyənedici sənəd olmadığı üçün ərizəçi doğum haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq ərizə ilə müraciət etmiş, tibb müəssisəsinin sənədi olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edildiyi izah olunmuş, doğum haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideyinləri kimi qeyd olunurlar. Qanunvericilik uşağın doğulmasını təsdiq edən tibbi sənəd olmadıqda doğum faktının da məhkəmə qaydasında müəyyən olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideyinlər öz aralarında nigahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarl əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təstiq edən sənədlər, nigah haqqında şəhadətnamə və uşaq tibbi müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu (yəni hüquqi əhəmiyyəti olan) faktları müəyyən edir. Həmin Məcəllənin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalma üçün əsasdır. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışında ərizəçinin izahatı, şahidlərin ifadələri və digər sübutlarla Ərizəçi 01 fevral 2024-cü il tarixdə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində bir oğlan uşağının doğulması faktı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2024 (bir fevral iki min iyirmi dördüncü) il tarixdə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində bir oğlan uşağının doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideyinlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideyinləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2024 (bir fevral iki min iyirmi dördüncü) il tarixdə Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsində bir oğlan uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar