Məhkəmə qərarları › İş №2(030)-48/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-48/2024

19.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-48/2024 19.07.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçılar İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, yəni onlara məxsus olan torpaq sahəsindən çıxarılmaları və onlara dəymiş ziyanın, yəni 2800 manat pulun, dövlət rüsumu kimi 55 manat və mənəvi zərər olaraq 500 manat olmaqla, cəmi 3355 manat pulun onlara ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, yəni onlara məxsus olan torpaq sahəsindən çıxarılmaları və onlara dəymiş ziyanın, yəni 2800 manat pulun, dövlət rüsumu kimi 55 manat və mənəvi zərər olaraq 500 manat olmaqla, cəmi 3355 manat pulun onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəyişdirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlərin onlara məxsus torpaq sahəsindən çıxarılmaları, dəymiş ziyanın əvəzi olaraq cavabdehlər Cavabdeh1 1777,50 manat, Cavabdeh2 1277,50 manat məbləğinin alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, mülkiyyətlərinə Əhmədli kəndi ərazisindən 4,77 ha pay torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı yazılmışdır. Cavabdehlər onlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iri buynuzlu və xırda buynuzlu mal-qaranı salaraq biçənək sahəsinin təbii bitki örtüyünü bərbad vəziyyətə salmışlar. Ailə tərkibi böyük olduğu üçün həmin torpaq sahəsinin təbii ot örtüyünü biçərək öz təsərrüfatındakı heyvanlara qış yemi tədarükü edir. Lakin bu il cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində sözügedən torpaq sahəsindən istifadə edə bilməmişdir. Belə ki, Cavabdeh1 məxsus 10 baş iribuynuzlu və xeyli sayda xırdabuynuzlu, Cavabdeh2 məxsus 5 baş iribuynuzlu və xeyli sayda xırdabuynuzlu, Cavabdeh4 məxsus 2 baş xırdabuynuzlu və Cavabdeh3 məxsus 4 baş iribuynuzlu mal-qara biçənək sahəsinin bir qismi otlamış, qalan hissəsini isə ayaqlayaraq məhsuldarlığı aşağı salmışdır. İmran ilə Eldəniz özlərinə məxsus mal-qara dəfələrlə onun otlaq sahəsinə salaraq otarmışlar. Bununla bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əmirvar-Əhmədli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və bələdiyyə müraciət etmiş, onun müraciət əsasında torpaq sahəsinə baxış keçirilmiş və cavabdehlərin orada olmasının şahidi olaraq bu barədə müvafiq akt tərtib edilmiş, cavabdehlər öz imzaları ilə aktı təsdiq etmiş və etirafedici izahat vermişlər. Özlərinə məxsus olan biçənək sahəsində hər il 7 maşın ot biçilir. 1 maşın otun bazar qiyməti 400 manatdır. Nəzərə alsaq, 1 maşın otun qiymət 400 manat olduqda 7 maşın otun qiyməti 2800 manat təşkil edir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlara 2800 manat məbləğində ziyan vurulmuşdur. Dəfələrlə cavabdehlərdən onlara vurmuş olduqları ziyanı ödəmələrini tələb etsələr də, heç bir müsbət nəticəsi olmamışdır. Məhkəmə prosesinin gedişində cavabdehlər Cavabdeh3 və Cavabdeh4 öz aralarında razılığa gəlmişlər. Odur ki, məhkəmədən cavabdehlərin qanunsuz hərəkətlrəniə son qoyulması, ona məxsus torpaq sahəsindən çıxarılmaları, dəymiş ziyanın əvəzi olaraq cavabdehlərin Cavabdeh1 1777,50 manat, Cavabdeh2 1277,50 manat məbləğinin alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 eyniməzmunlu izahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0016 seriyalı Kod 50603018 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 27 aprel 1998ci il tarixli 07 saylı nömrəli qərarı ilə X1, İddiaçı1, İddiaçı2, Nümayəndə və X2 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Əhmədli kəndi ərazisindən 4,77 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Əhmədli kəndində yerləşən 2,0742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə 1/5 hissə ilə X3, 1/5 hissə ilə İddiaçı2 və 3/5 hissə ilə İddiaçı1 adına Daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Əhmədli kəndində yerləşən 2,4064 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə 1/5 hissə ilə X3, 1/5 hissə ilə İddiaçı2 və 3/5 hissə ilə İddiaçı1 adına Daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 162 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 20 avqust 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Daşkəsən RİHB-nin Əmirvar kənd İƏDÜN-si Rüfət Bədəlovun, Daşkəsən rayon Əmirvar Bələdiyyəsinin sədri X4, torpaq mülkiyyətçisi Əmirvar-Əhmədli kənd sakini İddiaçı1 və Nümayəndə, Qabaqtəpə kənd sakini Cavabdeh1 iştirakı ilə aktı tərtib etmişlər ondan ötrü ki, kənd sakini Nümayəndə və ailə üzvülərinə məxsus biçənək sahəsindən Qabaqtəpə kənd sakini Cavabdeh1 məxsus 10 baş iri buynuzlu mal-qara biçənək sahəsinə ziyan vurduğuna görə Əmirvar-Əhmədli kəndinə gətirilmiş və mal-qaranın sahibi müəyyən olunduğu üçün Cavabdeh1 sağ və salamat təhvil verilmişdir. Cavabdeh1 İddiaçı1 və Nümayəndə məxsus biçənək sahəsinə ziyan vurmasını təsdiq etmiş və dəymiş ziyanı qanunvericilik əsasında ödəməyi öhdəsinə götürərək aktı öz imzası ilə təsdiq etmişdir. Aktın doğruluğu Bədəlov R.A, Cavabdeh4İ, İddiaçı1M, NümayəndəM və Cavabdeh1N tərəfindən imzalarla və Daşkəsən RİHB-nin Əmirvar kənd İƏDÜN-nin və Əmirvar Bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. İşə əlavə edilmiş 20 avqust 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Daşkəsən RİHB-nin Əmirvar kənd İƏDÜN-si Rüfət Bədəlovun, Daşkəsən rayon Əmirvar Bələdiyyəsinin sədri X4, torpaq mülkiyyətçisi Əmirvar-Əhmədli kənd sakini İddiaçı1 və Nümayəndə, Qabaqtəpə kənd sakini Cavabdeh2 iştirakı ilə aktı tərtib etmişlər ondan ötrü ki, kənd sakini Nümayəndə və ailə üzvülərinə məxsus biçənək sahəsindən Qabaqtəpə kənd sakini Cavabdeh2 məxsus 4 baş iri buynuzlu mal-qara biçənək sahəsinə ziyan vurduğuna görə Əmirvar-Əhmədli kəndinə gətirilmiş və mal-qaranın sahibi müəyyən olunduğu üçün Cavabdeh2 sağ və salamat təhvil verilmişdir. Cavabdeh2 İddiaçı1 və Nümayəndə məxsus biçənək sahəsinə ziyan vurmasını təsdiq etmiş və dəymiş ziyanı qanunvericilik əsasında ödəməyi öhdəsinə götürərək aktı öz imzası ilə təsdiq etmişdir. Aktın doğruluğu Bədəlov R.A, Cavabdeh4İ, İddiaçı1M, NümayəndəM və Cavabdeh2L tərəfindən imzalarla və Daşkəsən RİHB-nin Əmirvar kənd İƏDÜN-nin və Əmirvar Bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Qeyd: Akt tərtib edildikdən sonra mal-qara sahibi onun malının 5 baş olmasını dedi və 5 baş mal qaranı təhvil aldı. İşə əlavə edilmiş 25 avqust 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Daşkəsən rayon Əmirvar bələdiyyəsinin sədri Elxan İsmayılov, Daşkəsən RİHB-nin Əmirvar kənd İƏDÜN-nin müavini X7, torpaq mülkiyyətçisi Əmirvar-Əhmədli kənd sakini İddiaçı1, Nümayəndə, Əmirvar- Əhmədli kənd sakini qonşu torpaq sahəsinin mülkiyyətçisi X5 iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, Əmirvar-Əhmədli kənd sakini İddiaçı1 Daşkəsən rayonu Qabaqtəpə kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus mal-qaranın ona məxsus biçənək sahəsində otarıb yararsız hala salmaları barədə ərizəsi ilə əlaqədar olaraq Daşkəsən rayonu Əhmədli kəndi ərazisində yerləşən 4,77 ha pay torpaq sahəsinə yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı1 və ailə üzvülərinə məxsus “Torpağa mülkiyyət hüququna dair” JN- 0016 seriyalı Kod 50603018 olan Dövlət Aktına əsasən mülkiyyətinə verilmiş 4,77 ha pay torpaq sahəsinin 1,95 ha hissəsi mal-qara tərəfindən otarılmış və yararsız hala salınmışdır. Bu mövsümdə həmin ərazidən quru ot tədarük etməsi qeyri-mümkündür. Biçənək sahəsinin qalan hissəsinə isə qismən ziyan vurulmuş, mal-qara ayaqlayaraq məhsuldarlığı aşağı salmışdır. İddiaçı1 və ailə üzvülərinə dəymiş ziyanın ödənilməsi üçün müvafiq Dövlət orqanlarına müraciət etməsi bildirilmişdir. Aktda adı və soyadı göstərilmiş vətəndaşlara məxsus mal-qara xx.xx.2023-cü il tarixdə mülkiyyətçi Nümayəndə tərəfindən biçənək sahəsindən Əmirvar-Əhmədli kəndinə gətirilmiş sahibləri müəyyən olunduqdan sonra akt əsasında mal-qara onlara təhvil verilmişdir. Aktın doğruluğu İsmayılov.E.İ, Vasif Nadir M, İddiaçı1M, Məmmədova A.M. və Əhmədov Q.N tərəfindən imzalarlar və Əmirvar Bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının kənd Təsərrüfatı Nazirliyi Daşkəsən X13 Mərkəzinin bitkiçilik və heyvandarlıq sektorunun 12 iyun 2024-cü il ytarixli 3-22-3-16/2-25/2024 saylı məlumatdan görünür ki, 1.99 ha biçənək sahəsindən biçilməsi mümkün olan quru ot kütləsinin miqdarını müəyyənləşdirmək üçün biçənək sahəsinin yerləşdiyi ərazini, ot kütləsinin bitiş sıxlığını və il üzrə hava şəraitini əsas götürməklə, dəyərini isə bazar qiymətini nəzərə almaqla müəyyənləşdirmək mümkündür. Qeyd: 1ha biçənək sahəsindən (təxminən) ***-**** kq quru ot kütləsi. 2. 1 kq quru otun (təxmini) qiyməti 0.12-0.15 manat Məhkəmə iddiaçının və etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunverciliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin faktiki halları ilə müəyyən edildi ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 27 aprel 1998-ci il tarixli 07 saylı nömrəli qərarı ilə X1, İddiaçı1, İddiaçı2, Nümayəndə və X2 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Əhmədli kəndi ərazisindən 4,77 ha pay torpaq sahəsi verilmiş və bu barədə “Torpağa mülkiyyət hüququna dair” JN-0016 seriyalı Kod 50603018 olan Dövlət Aktı yazılmışdır. Cavabdeh1 məxsus 10 baş iribuynuzlu və xeyli sayda xırdabuynuzlu, Cavabdeh2 məxsus 5 baş iribuynuzlu və xeyli sayda xırdabuynuzlu mal-qara iddiaçılara məxsus biçənək sahəsinə buraxılmış, mal-qara 4,77 ha biçənək sahəsinin 1,99 ha həmin sahəsinin ot örtüyünü tamamilə otlayaraq biçin üçün yararsız vəziyyətə salmışlar. Biçin sahəsindən ot biçib öz təsərrüfatındakı heyvanlara qış yemi tədarükü edən iddiaçıya zərər dəymişdir. İş üzrə göründüyü mütəxəssis rəyindən göründüyü kimi, 1.99 ha biçənək sahəsindən biçilməsi mümkün olan quru ot kütləsinin miqdarını biçənək sahəsinin yerləşdiyi ərazini, ot kütləsinin bitiş sıxlığını və il üzrə hava şəraitini əsas götürməklə, 1ha biçənək sahəsindən (təxminən) ***-**** kq quru ot kütləsi, 1 kq quru otun bazar (təxmini) qiyməti isə 0.12-0.15 manat məbləğində qiymətləndirilmişdir. Mütəxəssis rəyindən göründüyü kimi otun sıxlığından asılı olaraq 1 ha torpaq sahəsindən bir dəfə biçim nəticəsində 120-150 manat dəyərində ot əldə edilə bilər. İşin hallarından göründüyü kimi iddiaçılara məxsus 1.99 ha biçənək sahəsini 21 baş mal-qara yararsız hala salmışdır ki, onlardan 15 heyvan hazırkı iş üzrə cavabdehlərə məxsus olmuşdur. Məhkəmə vurulmuş ziyanın həcmini cavabdehlərə məxsus heyvanların sayına mütənasib surətdə nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətlərinə son qoyulmalı, Cavabdeh1 143 manat, Cavabdeh2 72 manat məbləğində pul vəsaiti alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsiinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun, 2,80 manatı Cavabdeh1, 1,41 manat Cavabdeh2 tutulub iddiaçıya ödənilməli, 50,79 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən rayonu Əhmədli kəndi ərazisində yerləşən 4,77 ha pay torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsi qavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Cavabdeh1 vurduğu ziyanın əvəzində 143 (bir yüz qırz üç) manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 2,80 (iki manat səksən qəpik) manat, Cavabdeh2 vurduğu ziyanın əvəzində 72 (yetmiş iki) manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 1,41 (bir manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar