Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-5/2025 06.08.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X24 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Daşkəsən rayonu Qabaqtəpə bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 yanvar 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətinə verilmiş, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə kompensassiya ödənilməklə ümumi istifadədə olan yola qədər 4 metr enində gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 əlavə cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman Daşkəsən rayon ərazi üzrə Xoşbulaq bələdiyyəsi fəaliyyət göstərmiş, lakin 25 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Əmirvar, Gurbulaq, Xoşbulaq və Qabaqtəpə bələdiyyələrinin əhatə etdiyi Astaf, Dəvrallı, Əhmədli, Əmirvar, Gəlinqaya, Gurbulaq, Güneykənd, Xoşbulaq, Qabaqtəpə, Qazaxlı, Qazaxyolçular, Pirverdilər, Rəsullu, Tapan, Təzəkənd və Zağalı kəndlərində Qabaqtəpə bələdiyyəsi yaradılmışdır. Bələdiyyələrin birləşməsi nəticəsində ərazi üzrə bələdiyyə orqanı Qabaqtəpə bələdiyyəsidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Lakin, ona məxsus olan torpaq sahəsinə gediş-gəliş yolununun olmamasına görə bir çox çətinliklə qarşılaşır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ona məxsus torpaq sahəsindən yolun açılmasına heç bir halda razı deyildir. Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının yolun açılması tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya gediş-gəliş yolunun verilməsinə qəti etiraz edir. İddia tələbi əsasız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 ilə eyni məzmunlu izahat verib iddia tələbi əsasız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh4 və Daşkəsən rayonu Qabaqtəpə bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 yanvar 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, ********** reyestr nömərli, RX Seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi birgə mülkiyyət hüququ ilə X6 adına 1/3 hissə, İddiaçı adına 2/3 hissə olmaqla Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 28 yanvar 2015-ci il tarixli AA 006304 nömrəli “Torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, 28 yanvar 2015-ci il tarixdə Dövlət torpaq kadastrında qeydə alınmış həmin “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən İddiaçı (iddiaçıya) yaşayış məntəqələri kateqoriyasına aid 0,01 ha torpaq sahəsi ayrılmışdır. Əsas: Gəncə “ASAN xidmət” mərkəzinin DNK-nun 07 yanvar 2015-ci il tarixli 2V-07 nömrəli “Qanun üzrə vərəslik hüququ haqqında şəhadətnmə”; DTXK Daşkəsən rayon şöbəsi 15 mart 2002-ci il tarixli JN-057B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 iyun 2021-ci il tarixli **********05 nömrəli mütəxəssis rəyindən görünür ki, RX Seriyalı ******* nömrəli Çıxarışla İddiaçı və X6 mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsi ilə, **********64-10301 reyestr nömrəli Çıxarışla Cavabdeh3, X15, X11, X14 və X12 mülkiyyətlərində olan 0,71 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. RX Seriyalı ******* nömrəli Çıxarışla İddiaçı və X6 mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsi ilə, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-065A Seriyalı KOD 50605028 olan Şəhadətnaməyə əsasən X9, X2, X8 və X1 adına qeydə alınmış 0,34 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. RX Seriyalı ******* nömrəli Çıxarışla İddiaçı və X6 mülkiyyətində olan 0,15 ha (1500,0 kv.m) həyətyanı torpaq sahəsinin 458,53 kv.metr hissəsi ilə, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-065B Seriyalı KOD 50605028 olan Şəhadətnaməyə əsasən X9, X2, X8 və X1 adına qeydə alınmış 0,20 ha (2000,0 kv.m) həyətyanı torpaq sahəsinin 458,53 kv.metr hissəsi üst-üstə düşür. Ərazinin kompleks yerqurluşu planına istinadən, iddiaçının iddia etdiyi mübahisəli 466,37 kv.m torpaq sahəsinin 209,94 kv.m hissəsi bələdiyyə, 256,43 kv.m hissəsi isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-065B Seriyalı KOD 50605028 olan Şəhadətnaməyə əsasən X9, X2, X8 və X1 adına qeydə alınmış 0,20 ha (2000,0 kv.m) həyətyanı torpaq sahəsinin 256,43 kv.m hissəsi ilə üst-üstə düşür. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2(104)-450/2022 saylı qətnaməsinin surətindən görünür ki, Apellyasiya şikayəti təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(030)-01/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə yolun açılması tələbinə dair iddiası rədd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspetrtiza Mərkəzinin 11 iyul 2024-cü il tarixli 3-16-16/2-10/5190 nömrəli ekspert rəyindən görünür ki, aparılan araşdırma zamanı iddiaçı tərəfin iddia edərək naturada təqdim etdiyi gediş-gəliş yolu kimi istifadə etmək istədiyi sahəyə əsaslanmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, **********55 reyestr nörməli, 26 yanvar 2025-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi birgə mülkiyyət hüququ ilə X6, 2/3 hissə ilə İddiaçı adına qeydə alınmış torpaq sahəsinə, iddiaçı tərəfin iddia edərək naturada təqdim etdiyi gediş-gəliş yolu kimi istifadə etmək istədiyi ümumi sahəsi 466,37 kv.m (uzunluğu 105,0 metr) olan sahənin, 209,94 kv.m (uzunluğu 49,0 metr) olan hissəsi bələdiyyə mülkiyyətinə aiddir. Torpaq sahəsinin 209,43 kv.m (uzunluğu 56.0 metr) olan hissəsi isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-065B seriaylı (kod ********) olan Şəhadətnaməyə əsasən X9, Cavabdeh4, X8, X1 ümumi mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli 3-21-3-33/2-10858/2023 saylı mütəxəssis rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, **********55 reyestr nörməli, 26 yanvar 2025-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi birgə mülkiyyət hüququ ilə X6, 2/3 hissə ilə İddiaçı adına qeydə alınmış torpaq sahəsinə, iddiaçı tərəfin iddia edərək naturada təqdim etdiyi gediş-gəliş yolu kimi istifadə etmək istədiyi ümumi sahəsi 466,37 kv.m (uzunluğu 105,0 metr) olan sahənin, 209,94 kv.m (uzunluğu 49,0 metr) olan hissəsi bələdiyyə mülkiyyətinə aiddir. Torpaq sahəsinin 209,43 kv.m (uzunluğu 56.0 metr) olan hissəsi isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-065B seriaylı (kod ********) olan Şəhadətnaməyə əsasən X9, Cavabdeh4, X8, X1 ümumi mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 10 mart 2025-ci il tarixli 3-21-3-33/2-2878/2025 saylı mütəxəssis rəyinin surətindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, **********55 reyestr nörməli, 26 yanvar 2025-ci il qeydiyyat tarixli Çıxarışa dair tərtib olunan 28 yanvatr 2015-ci il tarixli AA-006304 nömrəli torpaq sahəsinə, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunan 1999-cu il tarixli ərazinin kompleks yerqurluşu layihəsinə istinadən, bələdiyyə mülkiyyətində 4 metr enliyində gediş-gəliş yolu müəyyən edilmişdir. Belə ki, bələdiyyə mülkiyyətində 4 metr enliyində gediş-gəliş yolu iki hissədə olmaqla bir hissə 51 metr uzunluğunda 190 kv.m sahə, ikinci hissə isə 37 metr uzunluğunda 141 kv.m sahə aşkarlanmışdır. İddiaçı iddia edərək naturada təqdim etdiyi gediş-gəliş yolu kimi istifadə etmək istədiyi torpaq sahəsi, 467,0 kv.m sahə olaraq müəyyən edilmişdir. Həmin müəyyən edilən 467,0 kv.m torpaq sahəsi Elektron kadastr sistemi məlumatlarında **********64-10301 reyestr nömrəl, 28 avqust 2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh3 və digərilərinin paylı mülkiyyətində olan 0,71 ha torpaq sahəsindən kənar (zəbt) torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Həmin müəyyən edilən 467.0 kv.m torpaq sahəsi Elektron kadastr sistemi məlumatlarında **********64-10301 reyestr nömrəli, 28 avqust 2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh3 və digərilərinin paylı mülkiyyətində olan 0,71 ha torpaq sahəsindən kənar (zəbt) torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Həmin müəyyən edilən 467.0 kv.m torpaq sahəsi Elektron kadastr sistemi məlumatlarında **********64-10301 reyestr nömrəl, 28 avqust 2019-cu il qeydiyyat tarixli Çıxarışa dair Cavabdeh3 adına tərtib olunmuş 27 avqust 2019-cu il tarixli Texniki Pasporta əsasən 0,71 ha torpaq sahəsi xüsusi mülkiyyətə və 0,69 ha (6900,0 kv.m) torpaq sahəsi isə mülkiyyətdən kənar (zəbt) torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspetrtiza Mərkəzinin 13 iyun 2025-ci il tarixli 10/2782 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 10 mart 2025-ci il tarixli, 3-21-3-33-2578/2025 nömrəli mütəxəssiə rəyinə əsasən qeyd olunur ki, “Huquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX-0588661 nömrəli, **********55 reyestr nömrəll, xx.xx.2015ci il qeydiyyat tarixli Çıxarışa dair tartib olunmuş xx.xx.2015-ci il tarixli AA. 006304 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən 0.15 ha hayətyanı torpaq sahəsinə, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarıxli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, bələdiyyə mülkiyyətindən 4 metr enliliyində gediş-gəliş yolu, mütəxəssislər tərəfindən müəyyən edildi. Belə ki, bələdiyyə mülkiyyətindən 4 metr enliliyində gediş-gəliş yolu iki hissədə olmaqla bir hissə 51 metr uzunluğunda 190.0 kv.m sahə, ikinci hissə isə 37 metr uzunluğunda 141.0 kvm sahə aşkarlanmışdır. İddiaçı iddia edərək naturada taqdim etdiyi gediş-gəliş yolu kimi istifadə etmək istədiyi torpaq sahəsi, mütəxəssislər tərəfindən 467.0 kv.m sahə olaraq müəyyən edildi. Həmin müəyyən edilən 467.0 kv.m torpaq sahəsi, Elektron kadastr sistemi məlumatlarında **********64-10301 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən X3 və digərlərinin paylı mülkiyyətlərində olan 0.71 ha torpaq sahəsindən kənar (zəbt) torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-2878/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Həmin müəyyən edilən 467.0 kv.m torpaq sahəsi, Elektron kadastr sıstemi məlumatlarında **********64-10301 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən X4 və digərlərinin paylı mulkiyyətlərində olan 0 71 ha torpaq sahəsindən kənar (zəbt) torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 2878/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Həmin 467.0 kv.m torpaq sahəsi, "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınımaz əmlakın Dövlət reyestrindən **********64-10301 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa dair X3 adına tərtib: olunmuş. 27.08 2019-cu il tarixli Texniki Pasporta əsasən 0.71 ha torpaq sahəsi xususi mulkiyyəti və 0,69 (6900 kv.m) torpaq sahəsi isə mülkiyyətindən kənar (zəbt) torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə ekspert və mütəxəssis rəyləri əsasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus 0,15 ha həyətyanı torpaq sahəsi kəndarası ictimai yoldan iddiaçının həyətyanı torpaq sahəsinə yol olmadığı üçün o, sərbəst surətdə öz torpaq sahəsinə və evinə gedib-gəlmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 10 mart 2025-ci il tarixli 3-21-3-33/2-2878/2025 saylı mütəxəssis və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspetrtiza Mərkəzinin 13 iyun 2025-ci il tarixli 10/2782 nömrəli ekspert rəyindən göründüyü kimi, iddiaçıya aid olan Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən 0.15 ha hayətyanı torpaq sahəsinə, Daşkasan rayonu Xoşbulaq kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarıxli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, bələdiyyə mülkiyyətindən 4 metr enliliyində gediş-gəliş yolu, mütəxəssislər tərəfindən müəyyən edilmişdir. Bələdiyyə mülkiyyətindən 4 metr enliliyində gediş-gəliş yolu iki hissədə olmaqla bir hissə 51 metr uzunluğunda 190.0 kv.m sahə, ikinci hissə isə 37 metr uzunluğunda 141.0 kvm sahə aşkarlanmışdır. İddiaçı iddia edərək naturada taqdim etdiyi gediş-gəliş yolu kimi istifadə etmək istədiyi torpaq sahəsi, mütəxəssislər tərəfindən 467.0 kv.m sahə olaraq müəyyən edilmişdir. Həmin müəyyən edilən 467.0 kv.m torpaq sahəsi, Elektron kadastr sistemi məlumatlarına əsasən X3 və digərlərinin paylı mülkiyyətlərində olan 0.71 ha torpaq sahəsindən kənar (zəbt) torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, mütəxəssis rəyinə əsasən qeyd olunur ki, müəyyən edilən 467.0 kv.m torpaq sahəsi, Elektron kadastr sıstemi məlumatlarında X4 və digərlərinin paylı mulkiyyətlərində olan 0 71 ha torpaq sahəsindən kənar (zəbt) torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025ci il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Həmin 467.0 kv.m torpaq sahəsi, "Hüquqların Dövlət qeydiyyatı haqqında" daşınımaz əmlakın Dövlət reyestrindən **********64-10301 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa dair X3 adına tərtib: olunmuş. 27.08 2019-cu il tarixli Texniki Pasporta əsasən 0.71 ha torpaq sahəsi xususi mulkiyyəti və 0,69 (6900 kv.m) torpaq sahəsi isə mülkiyyətindən kənar (zəbt) torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. İşdən göründüyü kimi, həm iddiaçı, həm də cavabdehlər tərəfin adına torpaq sahəsinə dair tərtib edilmiş texniki sənədlərdə onların mülkiyyətində olan sahədən başqa, əlavə torpaq sahələrinin zəbt olunması göstərilmişdir. Göründüyü kimi iddiaçının kompensasiya ödəməklə açılmasını tələb etdiyi yol bələdiyyə mülkiyyətində olan ərazidə yerləşir. Həmin ərazinin digər cavabdehlərin mülkiyyətində və qanuni istifadəsində olması sübutlarla təsdiqini tapmamışdır. Ona görə də onların kompensasiya ödənilməsi üçün qanuni əsaslar mövcud deyildir. Əhalinin ictimai ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadə əvəzsizdir. Açılması tələb olunan yolun yerləşdiyi torpaq sahəsi cavabdeh fiziki şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olmadığından həmin ərazidən yolun açılması onların qanundan irəli gələn mənafe və maraqlarına toxunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə görə, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 47.3-cü maddəsinə görə, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Bələdiyyələrin statusu haqqında Qanunun 33.4-cü maddəsinə görə, qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Pposessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı məhkəmə ekspertizasının xərci olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutulub SAR (XİİS), X5, KOD 210005, VÖEN b**********, Müxbir hesab AZ41NABZ**********000003944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. 26 yanvar 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, ********** reyestr nömərli, RX Seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,015 ha həyətyanı torpaq sahəsinə ümumi istifadədə olan yola qədər 4 metr enində gediş-gəliş yolu bələdiyyə mülkiyyətində olan ərazidən açılsın. İddia tələbi cavabdehlərə kompensassiyanın ödənilməsinə aid hissədə təmin edilməsin. İddiaçı məhkəmə ekspertizasının xərci olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutulub SAR (XİİS), X7, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ41NABZ**********000003944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-5/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-5/2025
06.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver