Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-510/2024 08.08.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən istifadə edilməsinin qadağan edilməsi alqı-satqı işlərinin aparılmasına və torpağın üzərinə həbs qoyulması, özgəninkiləşdirilməsinin qadağan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda onun və digər övladlarının paylı mülkiyyətində olan Daşkəsən rayon Xoşbulaq kəndində 1,0 ha həyətyanı torpaq sahəsinin və mərhum əri X1 adına qeydiyatdan keçmiş 0,20 ha torpaq sahəsi üzərində yerləşən 0,60 kv.metr tikililərin üzərində cavabdeh tərəfindən torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmasının və bütün hərəkətlərin dayandırlmasını və hər hansı alqısatqı əməliyyatının aparılmaması (özgəninkiləşdirilməməsi) həmin torpaq sahəsindən istifadə edilməsinin dayandırılmasına və torpaq sahəsi üzərinə həbs qoyulamsı barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hesab edir ki, işə iddia icraatında deyil, müvəqqəti təminat tədbiri qaydasında baxılmalı olduğundan icraata xitam verilməlidir. Belə ki, ərizənin məzmunundan göründüyü kimi tələb müvəqqəti təminat tədbiri kimi təqdim edilmişdir. Həmçinin, eyni məzmunlu ərizəyə müvəqqəti təminat tədbiri kimi baxılaraq məhkəmənin xx.xx.2024-cü il tarixli, 16(030)-8/2024 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-510/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-510/2024
08.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver