Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-522/2023 25.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən fərdi yaşayış evinin və tikililərin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair qeyd və torpaq sahəsinə görə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsini boşaltması və onlara məxsus olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Oqtay oğlu ilə Xoşbulaq Bələdiyyəsi arasında mübahisəli torpaq sahəsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsi, İddiaçı Oqtay oğlunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** nömrəli qeyd və onun adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi, əməllərində Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş cinayətlərin cinayət tərkib əlamətləri görünən şəxslərin (İddiaçı Oqtay oğlunun və DƏDRX-in Gəncə Ərazi İdarəsinin vəzifəli şəxslərinin) barələrində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası 25 oktyabr 2023-cü il tarixə saat 12:15-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı ilkin iddia üzrə İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlu məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmiş, həmçinin ərizə verərək qarşılıqlı iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh vəkili Vəkil ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmiş, həmçinin qarşılıqlı iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş poçt bildirişindən və məhkəmə bildirişinin kötüyündən görünür ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, həm ilkin iddia ərizəsi, həm də, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ilkin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da, geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, ilkin İddiaçı tərəfindən 05 iyul 2022-ci il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə ilkin İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən fərdi yaşayış evinin və tikililərin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydə alınmasına dair qeyd və torpaq sahəsinə görə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-522/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-522/2023
25.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver