Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-535/2023 22.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun, Fərzəliyev Bəylər Amil oğılunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3, X3 qarşı mülkiyyətində olan mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3, X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3, X1 onun mülkiyyətində olan Daşkəsən şəhəri X8 küçəsi, 5 saylı evin 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3, X1 İddiaçı mülkiyyətində olan Daşkəsən şəhəri X8 küçəsi, 5 saylı evin 15 saylı mənzilində istifadə hüququna xitam verilməsi və onların azyaşlı övladları ilə birlikdə həmin mənzildən çıxarılmaları və onlara məxsus əşyaların iddiaçıya məxsus mənzildən çıxarılaraq, mənzilin iddiaçının mülkiyyətinə və sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-535/2023 saylı 22 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdehlərə məxsus əşyaların iddiaçıya məxsus mənzildən çıxarılması hissəsində baxılmamış saxlanılmışdır. Əvvəlki məhkəmə iclasında itşrak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış AN-İ ******* nömrəli, 27 aprel 2022-ci il tarixli 4Ə-221 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ƏMDK-in yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 16 avqust 2011-ci il traxli, ********** qeydiyyat nömrəli, **********12-05101-093002 reyestr nömrəli Çıxarışla Cavabdeh3 məxsus Daşkəsən şəhəri X8 küçəsi, 5 saylı evin 15 saylı ümumi sahəsi 58,6 kv.metr olan 3 otaqlı mənzilini 20000 manat satın almışdır. Cavabdehlər alqı-satqı zamanı könüllü olaraq mənzildən qeydiyyatdan çıxacaqlarına və mənzili boşaldacaqlarına dair söz vermişlər. Lakin dəfələrlə cavabdehlərə xəbərdalıq edilsə də, cavabdehlər könüllü olaraq qeydiyyatdan və mənzildən çıxmamışlar. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onunla İddiaçı ilə arasında bağlanmış 28 aprel 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən 28 aprel 2024-cü il tarixədək qaytarmaq şərti ilə iddiaçı ona 200000 manat məbləğində kredit vermişdir. O, isə bunun əvəzində özünə məxsus olan 2 mənzilini borcun təminatı üçün 27 aprel 2022-ci il tarixdə alqı-satqı edərək iddiaçının adına keçirmiş, alqı-satqı zamanı mənzilin dəyəri 40000 manat yazılmışdır. Aralarında olan razılaşmaya əsasən borc məbləği ödənildikdən sonra iddiaçı mənzilləri ona geri qaytarmalı idi. Hazırda müqavilənin müddətinin bitməsinə 1 il qalıb. O, özünə məxsus olmuş Daşkəsən şəhəri X8 küçəsi, 5 saylı evin 15 saylı mənzilini girov qoymuşdur. İddiaçı əvvəllər tanımamış, Elnur İsmayıl vasitəsi ilə tanış olmuşdur. İddiaçı ilə aralarında bağlanmış müqavilənin vaxtı aprel ayında bitir. Aprel ayınadək evində yaşamaq istəyir və həmin vaxtadək iddiaçıya olan borcunu ödəyəcəkdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat ofisində təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 aprel 2022-ci il tarixli 4Ə-221 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, İddiaçı ƏMDK-in yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 16 avqust 2011-ci il traxli, ********** qeydiyyat nömrəli, **********12-05101-093002 reyestr nömrəli Çıxarışla Cavabdeh3 məxsus olan Daşkəsən şəhəri X8 küçəsi, 5 saylı evin 15 saylı ümumi sahəsi 58,6 kv.metr olan 3 otaqlı mənzilini 20000 manata satın almışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-05101-093002 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri X8 küçəsi 5 saylı evin 15 saylı ümumi sahəsi 61,3 kv.metr mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 155 nömrəli vərəqindəı qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 26 iyul 2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı məxsus Daşkəsən şəhəri X8 küçəsi 5 saylı evin 15 saylı ümumi sahəsi 61,3 kv.metr mənzilində Cavabdeh1, 20 oktyabr 1985-ci il təvəllüdlü Cavabdeh2, 18 fevral 2015-ci il təvəllüdlü X4, xx xxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh3 və 21 fevral 2013-cü il təvəllüdlü X5 qeydiyyatdadır. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işin faktik halları ilə müəyyən olunur ki, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat ofisində təsdiq edilmiş AN-İ ******* nömrəli, 28 aprel 2022-ci il tarixli 4Ə-221 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə İddiaçı ƏMDK-in yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 16 avqust 2011-ci il traxli, ********** qeydiyyat nömrəli, **********12-05101-093002 reyestr nömrəli Çıxarışla Cavabdeh3 məxsus olan Daşkəsən şəhəri X8 küçəsi, 5 saylı evin 15 saylı ümumi sahəsi 58,6 kv.metr olan 3 otaqlı mənzilini 20000 manata satın almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-05101-093002 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən şəhəri X8 küçəsi 5 saylı evin 15 saylı ümumi sahəsi 61,3 kv.metr mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 26 iyul 2023-cü il tarixli ******* nömrəli arayışından göründüyü kimi İddiaçı məxsus Daşkəsən şəhəri X8 küçəsi 5 saylı evin 15 saylı mənzilində Daşkəsən şəhəri X8 küçəsi 5 saylı evin 15 saylı ümumi sahəsi 61,3 kv.metr mənzili Cavabdeh1, 20 oktyabr 1985-ci il təvəllüdlü Cavabdeh2, 18 fevral 2015-ci il təvəllüdlü X4, xx xxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh3, 21 fevral 2013-cü il təvəllüdlü X5 qeydiyyatdadır. Hazırda iddiaçı cavabdehlərin mülkiyyətində olan Daşkəsən şəhəri X8 küçəsi, 5 saylı evin 15 saylı mənzilindən azyaşlı övladları ilə birlikdə çıxarılmaları və onlara məxsus əşyaların iddiaçıya məxsus mənzildən çıxarılaraq, mənzilin iddiaçının mülkiyyətinə və sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin əsası ilə bağlı qeyd edir ki, iddia tələbi istifadə hüququna xitam verilməsi və evdən çıxarma ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin istifadə hüququ və mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə ilk növbədə cavabdehlər 21 fevral 2013-cü il anadan olmuş X5 və 18 fevral 2015-ci il tarixdə anadan olmuş X2 Daşkəsən şəhəri X8 küçəsi 5 saylı evin 15 saylı mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İş üzrə göründüyü kimi, 21 fevral 2013-cü il anadan olmuş X5 və 18 fevral 2015-ci il tarixdə anadan olmuş X4 on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan olduqları üçün yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır və onlar hazırkı iddia tələbi üzrə cavabdeh ola bilməzlər. Bu baxımdan həmin hissədə əsassız olduğundan iddia təlbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 Daşkəsən şəhəri X8 küçəsi 5 saylı evin 15 saylı mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Bu baxımdan Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda olmadığından və onun həmin mənzildə istifadə hüququ yaranmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Daşkəsən şəhəri X8 küçəsi 5 saylı evin 15 saylı mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur . Həmin məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, AN-İ ******* nömrəli, 27 aprel 2022-ci il tarixli 4Ə-221 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı ƏMDK-in yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 16 avqust 2011-ci il traxli, ********** qeydiyyat nömrəli, **********12-05101-093002 reyestr nömrəli Çıxarışla Cavabdeh3 məxsus olan Daşkəsən şəhəri X8 küçəsi, 5 saylı evin 15 saylı ümumi sahəsi 58,6 kv.metr olan 3 otaqlı mənzilini 20000 manata satın almış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-05101-093002 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən şəhəri X8 küçəsi 5 saylı evin 15 saylı ümumi sahəsi 61,3 kv.metr mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildə istifadə hüququnun olması barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus Daşkəsən şəhəri X8 küçəsi, 5 saylı evin 15 saylı mənzilindən istifadə hüququna xitam verilməli və onlar həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 msanatı cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-05101- 093002 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Daşkəsən şəhəri X8 küçəsi, 5 saylı evin 15 saylı mənzilindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadə hüququna xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-535/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-535/2023
22.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver