Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-571/2024 22.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçı Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, Daşkəsən rayonu Zağalı kəndində 1943cü ildə anadan olmuş X1nun doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahatında göstərmişdir ki, X1 1943-cü ildə Daşkəsən rayonu Zağalı kəndində anadan olmuş və ömrünün sonuna kimi həmin kənddə yaşamışdır. X8 09 may 1991-ci ildə vəfat etmiş və Daşkəsən rayonu Zağalı kəndində dəfn edilmişdir. Vərəsəliklə bağlı aidiyyəti orqana müraciət etdikdə atasının doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. X1 1943-cü ildə anadan olsa da, hal-hazırda onun doğumu haqqında heç bir sənəd yoxdur. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə ona Maraqlı şəxs arxivində 1949-cu ilin akt qeydi kitablarının saxlanılmadığı və Daşkəsən rayon İHB-nın Zağalı İƏDÜN Qeydiyyat şöbəsinin arxiv kitablarında, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” itirilmiş qeydiyyat-informasiya sistemində mərhum atası barəsində tərtib olunmuş doğum haqqında akt qeydi aşkar olunmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Hazırda qeyd edilən faktın məhkəmədən kənar qaydada həll edilməsi mümkün deyildir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin 22 avqust 2022-ci il tarixli 100 saylı arxiv arayışından görünür ki, Daşkəsən rayon Zağalı kənd sovetinin 1950-1953-cü illəri əhatə edən 7 №-li təsərrüfatbaşına kitabının 125 №-li hesabında Ərizəçi atası, mərhum X4 1943-cü ildə Daşkəsən rayonu Zağalı kəndində doğulmuş, atası X5, anası X3 olmuşdur. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09 may 1991-ci ildə Daşkəsən rayonu Zağalı kəndində ölmüşdür. Bu barədə Daşkəsən rayon İHBnın Zağalı İƏDÜN-də ölüm haqqında akt qeydləri kitabında 16 iyul 1991-ci ildə 08 № ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs 11 iyun 2024-cü il tarixli 3-16-5/8-69-159/2024 saylı məktubundan görünür ki, akt qeydi kitabları Maraqlı şəxs arxivində 1949-ci saxlanılmır və Ərizəçi ərizəsinə müvafiq olaraq Daşkəsən rayon İHB-nın Zağalı İƏDÜN Qeydiyyat şöbəsinin arxiv kitablarında, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” itirilmiş qeydiyyatinformasiya sistemində mərhum atası barəsində tərtib olunmuş doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci tarixli 52 saylı qərarının “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələti tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən əriçəçinin ərizəsi təmin edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edildi ki, Ərizəçi X1 1943-cü ildə Daşkəsən rayonu Zağalı kəndində doğulmuş, atası X5, anası X3 olmuşdur. X4 09 may 1991-ci ildə Daşkəsən rayonu Zağalı kəndində ölmüşdür. X11 adına doğum akt qeydi aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə rəsmi olaraq ərizə ilə müraciət etmiş, akt qeydi kitabları Maraqlı şəxs arxivində 1949-ci saxlanılmadığı, Daşkəsən rayon İHB-nın Zağalı İƏDÜN Qeydiyyat şöbəsinin arxiv kitablarında, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” itirilmiş qeydiyyat-informasiya sistemində mərhum İkram Süleymanov barəsində tərtib olunmuş doğum haqqında akt qeydi aşkar olunmadığı üçün doğum haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideyinləri kimi qeyd olunurlar. Qanunvericilik uşağın doğulmasını təsdiq edən tibbi sənəd olmadıqda doğum faktının da məhkəmə qaydasında müəyyən olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideyinlər öz aralarında nigahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarl əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təstiq edən sənədlər, nigah haqqında şəhadətnamə və uşaq tibbi müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu (yəni hüquqi əhəmiyyəti olan) faktları müəyyən edir. Həmin Məcəllənin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalma üçün əsasdır. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışında ərizəçinin izahatı və digər sübutlarla Ərizəçi X1nun 20 mart 1943-cü ildə Daşkəsən rayonu Zağalı kəndində doğulması faktı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 1943-cü ildə Daşkəsən rayonu Zağalı kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideyinlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideyinləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 1943-cü ildə Daşkəsən rayonu Zağalı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-571/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-571/2024
22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver