Məhkəmə qərarları › İş №2(030)-59/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-59/2025

30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-59/2025 30.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X33 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1 Teymur oğlu və X8 qarşı mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair iddia ərizəi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər Cavabdeh1 Teymur oğlu və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 023A Seriyalı KOD 50605028 olan şəhadətnaməyə əsasən məhrum X2ndan miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin qanun üzrə birinci növbədə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxxx 1970-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. X2 ilə X5 aralarındakı nikahı 07 oktyabr 1963-cü ildə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 08 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Ailədə beş uşaq iki bacı, üç qardaş olmuşlar. Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə X2nun mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,20 ha həyətyanı torpaq sahəsi verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” JN 023A Seriyalı KOD 50605028 olan şəhadətnamə yazılmışdır. Şəhadətnamədə X26 ata adı “Haqverdi” əvəzinə, səhvən “Allahverdi” yazılmışdır. X5 10 sentyabr 2000-ci ildə, X2 17 aprel 2013-cü ildə, qardaşı X20 12 fevral 2015-ci ildə, bacım X14 31 mart 2023-cü ildə vəfat etmişdir. X26 vəfatından sonra Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. Miras əmlaka vərəsəlik hüququ əldə etmək üçün aidiyyəti orqana müraciət etdikdə qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün imtina edilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxslər Cavabdeh1 Teymur oğlu və X15 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 20 avqust 2024-cü il tarixli 3- 16-5/8-62-252/2024 saylı arayışının surətindən görünür ki, X11 ilə X21 arasında 07 oktyabr 1963-cü il tarixdə nikah bağlanmış və Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 08 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1970-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində anadan olmuşdur. X2, X5dır. Bu barədə Daşkəsən rayon Zağalı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 06 aprel 1970-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-023A Seriyalı KOD 50605028 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə X3 mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 10 sentyabr 2000-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində ölmüşdür. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 13 sentyabr 2000-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 17 aprel 2013-cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində ölmüşdür. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 19 aprel 2003-cü il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 21 fevral 2015-ci ildə Moskva şəhərində ölmüşdür. Bu barədə Moskva Mülki Qeydiyyat İdarəsinin Zamoskvoretsky şöbəsində ölüm haqqında akt qeydləri kitabında 22 aprel 2015-ci il tarixdə 406 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 31 mart 2023-cü ildə Şəmkir rayonu Könüllü kəndində ölmüşdür. Bu barədə Şəmkir rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 04 aprel 2023-cü il tarixdə 338 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Dövlət notariat ofisinin 20 sentyabr 2024-cü il tarixli 98 saylı məktubundan görünür ki, 17 aprel 2013-cü il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, birinci növbəli vərəsələri tələb olunur. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras payın qəbulu üçün tələb olunan altı ay müddət buraxılmışdır. Eyni zamanda, mərhum X6 ölüm haqqında şəhadətnaməsi ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi arasında ziddiyyətlər yaranmaqla mərhumun ata adı Allahverdi olaraq qeyd edilmişdir. Odur ki, miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər 6 saylı notariat ofisində təsdiq edilmiş 25 noyabr 2024-cü il tarixli 8İ-4764 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh1 Teymur oğlu 17 aprel 2013-cü il tarixdə vəfat etmiş X2nun adına olan Daşkəsən rayonu Xoşbulaq kəndi (JN023A, KOD ********) ünvanında yerləşən 0,20 ha torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmir. İşə əlavə edilmiş Gəncə şəhər 6 saylı notariat ofisində təsdiq edilmiş 29 noyabr 2024-cü il tarixli 8İ-4837 reyestr nömrəli ərizənin surətindən görünür ki, X13 17 aprel 2013cü il tarixdə vəfat etmiş X2nun adına olan Daşkəsən rayonu Xoşbulaq kəndi (JN023A, KOD ********) ünvanında yerləşən 0,20 ha torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmir. İşə əlavə edilmiş Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 yanvar 2025-ci il tarixli 5-42-17/2-11/2025 saylı arayışından görünür ki, Qurbanov X16 rayonu Xoşbulaq kəndində qeydiyyatdadır, yaşayır və mərhum X2 və mərhum X17 vəfat etdikdən sonra təsərrüfatı İddiaçı tərəfindən idarə olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-023A Seriyalı KOD 50605028 olan Şəhadətnaməyə əsasən Daşkəsən rayonu Xoşbulaq kəndində X3 mülkiyyətinə 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 ata adı “Haqverdi” əvəzinə, səhvən “Allahverdi” kimi qeyd olunmuşdur. Sözügedən həyətyanı torpaq sahəsinin mülkiyyətçisi Teymur Qurbanov 17 aprel 2013-cü ildə vəfat edərkən onun 3 oğlu X19, Cavabdeh1 Teymur oğlu və İddiaçı, 2 qızı - X13 və X14 vərəsə olmuşlar, mərhumun həyat yoldaşı X17 ondan əvvəl 10 sentyabr 2000-ci ildə vəfat etmişdir. Onlardan heç birinin adına vəsiyyətnamə verilməmişdir. İddiaçının qardaşı X19 21 fevral 2015-ci ildə, bacısı X14 31 mart 2023-cü ildə vəfat etmişdir. Miras qoyan Teymur Qurbanov vəfat edəndən sonra ona məxsus olmuş Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə oğlu İddiaçı sahib çıxaraq əmlakdan istifadə və təsərrüfatı idarə etməyi davam etdirmişdir. Sözügedən torpaq sahəsinə vərəsəlik, mirasdan pay və ya mülkiyyət hüququnu iddia edən başqa heç bir şəxs olmamış və yoxdur. İşdə olan ərizələrdən görünür ki, hal-hazırda sağ olan qanun üzrə birinci növbəli vərəsələr Dilarə Məmmədova və Cavabdeh1 miras əmlakdakı öz paylarından imtina etmişlər. Ərizəçi vərəsəlik hüququ şəhadətnamə almaq üçün Daşkəsən rayon Notariat ofisinə müraciət etmiş, ərizəçiyə qanunla müəyyən edilmiş müddət ötürdüyü üçün məhkəmə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1145-1146-cı maddələrinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Yuxarıda istinad edilən Mülki Məcəllənin 1159.1.1-ci maddəsininn mənasına uyğun olaraq, konkret halda miras qoyan X9 Qurbanov onun qanun üzrə birinci növbəli vərəsəsi hesab olunur. Onun oğlu İddiaçı mərhumdan miras qalmış əmlakı vərəsə kimi faktik olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə görə, məhkəmə, xüsusi icraat qaydasında, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X7 məxsus olmuş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-023A Seriyalı KOD 50605028 olan Şəhadətnamədə göstərilən 0,20 ha torpaq sahəsinin miras kimi İddiaçı Telman oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar