Məhkəmə qərarları › İş №2(030)-60/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-60/2023

15.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-60/2023 15.12.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X1, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Sədrəddin oğlunun, İddiaçı11 və İddiaçı12 Əlastan oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı zəbt edilmiş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Sədrəddin oğlu, İddiaçı11 və İddiaçı12 Əlastan oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 örüş yeri kimi müvəqqəti olaraq onların istifadəsinə verilmiş Daşkəsən rayonu Quytul kəndi ərazisinin ətrafındakı torpaq sahəsindən çıxarılmalarına və onlara bu torpaq sahəsinin əkilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar 1993-cü ilin aprel ayında Kələbəcər rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Daşkəsən rayonu Quytul kəndində məskunlaşmışdır. Həmin vaxt rayon rəhbərliyi kəndin ətraf ərazilərini maldarlıqla məşğul olmaq üçün müvəqqəti olaraq örüş sahəsi kimi onların istifadəsinə verilmişdir. Halhazıradək orada mal-qaraları üçün tövlə tikmiş, torpaq sahəsində örüş-otlaq sahəsi kimi istifadə edilər. Hamısı ailələrini heyvandarlıqla məşğul olmaqla dolandırırlar. Həmin torpaq sahəsindən heç vaxt əkin sahəsi kimi istifadə edilməmişdir. Lakin 2022-ci ilin sentyabr ayında cavabdehlər torpaq sahəsinin onlara məxsus olduğunu və buğda əkəcəklərini bildirmiş, yeri şumlayaraq 2 km-lik su borusunu tamamilə dağıdıb yararsız hala salmışlar. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər örüş-otlaq sahəsini boşaltmaqdan imtina etmişlər. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Sədrəddin oğlu, İddiaçı11 və İddiaçı12 Əlastan oğlu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 ərizə verərək iddiaçıların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrini səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Döəvlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Quytul kəndi ərazisində yerləşən 3,2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2/5 hissə ilə onun, 1/5 hissə ilə X9, 1/5 hissə ilə X2 və 1/5 hissəs ilə X5 paylı mülkiyyətinə verilmişdir. Uzun illərdir ki, onlar təyinatı üzrə qeyd edilən torpaq sahəsindən istifadə edirlər. Lakin iddiaçılar həmin torpaq sahəsindən örüş-otlaq sahəsi kimi istifadə edərək mal-qaralarını otarmağa çalışırlar. Odur ki, iddia tələbi əsasız olduğundan iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun və ailə üzvülərinin ümumi mülkiyyətində **********43 reyestr nömrəli Çıxarışa əsasən 0,78 ha, **********44 reyestr nömrəli Çıxarışa əsasən 1,19 ha, **********46 reyestr nömrəli Çıxarışa əsasən 1,96 ha, **********47 reyestr nömrəli Çıxarışa əsasən 3,20 ha və **********48 reyestr nömrəli Çıxarışa əsasən 1,66 ha kənd təsərrüfatı təyinatlı verilmişdir. Uzun illərdir ki, onlar təyinatı üzrə qeyd edilən torpaq sahəsindən istifadə edirlər. Lakin iddiaçılar həmin torpaq sahəsindən örüş-otlaq sahsi kimi istifadə edərək malqaralarını otarmağa çalışırlar. Odur ki, iddia tələbi əsasız olduğundan iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun və ailə üzvülərinin ümumi mülkiyyətində **********31 reyestr nömrəli Çıxarışa əsasən 4,64 ha, **********32 reyestr nömrəli Çıxarışa əsasən 2,18 ha və “Torpağa mülkiyyət hüququna dair” JN-0001 nömrəli Dövlət Aktına əsasən 1.33 ha kənd təsərrüfatı təyinatlı verilmişdir. Uzun illərdir ki, onlar təyinatı üzrə qeyd edilən torpaq sahəsindən istifadə edirlər. Lakin iddiaçılar həmin torpaq sahəsindən örüş-otlaq sahsi kimi istifadə edərək mal-qaralarını otarmağa çalışırlar. Odur ki, iddia tələbi əsasız olduğundan iddianın təmin edilməməsini xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Döəvlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Quytul kəndində yerləşən 3,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2/5 hissə ilə Cavabdeh1, 1/5 hissə ilə X9, 1/5 hissə ilə X2 və 1/5 hissəs ilə X5 adına paylı mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli 3-21- 3-33/2-3888/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi ayrıayrı hissələrdə adları çəkilən fiziki və hüquqi şəxslərin mülkiyyətindədir. **********31 reyestr nömrəli Çıxarışa əsasən 4,64 ha, **********32 reyestr nömrəli Çıxarışa əsasən 2,18 ha və “Torpağa mülkiyyət hüququna dair” JN-0001 nömrəli Dövlət Aktına əsasən 1.33 ha ümumilikdə 8,15 ha torpaq sahəsi Cavabdeh5 və ailə üzvülərinin ümumi mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. **********43 reyestr nömrəli Çıxarışa əsasən 0,78 ha, **********44 reyestr nömrəli Çıxarışa əsasən 1,19 ha, **********46 reyestr nömrəli Çıxarışa əsasən 1,96 ha, **********47 reyestr nömrəli Çıxarışa əsasən 3,20 ha və **********48 reyestr nömrəli Çıxarışa əsasən 1,66 ha, ümumilikdə 8,79 ha torpaq sahəsi Cavabdeh2 və ailə üzvülərinin ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. **********36 reyestr nömrəli Çıxarışa əsasən 5,36 ha və **********39 reyestr nömrəli Çıxarışa əsasən 1,99 ha, ümumilikdə 7,35 ha torpaq sahəsi X7 və ailə üzvülərinin ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. **********54 reyestr nömrəli Çıxarışa əsasən 1,62 ha və **********53 reyestr nömrəli Çıxarışa əsasən 0,85 ha, ümumilikdə 2,47 ha torpaq sahəsi X14 və ailə üzvülərinin ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. **********45 reyestr nömrəli Çıxarışa əsasən 3.0 ha torpaq sahəsi X12 və ailə üzvülərinin ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Torpağa mülkiyyət hüququna dair” JN-0003 nömrəli Dövlət Aktına əsasən 0,97 ha torpaq sahəsi X3 və ailə üzvülərinin ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Torpağa mülkiyyət hüququna dair” JN-0004 nömrəli Dövlət Aktına əsasən 4,27 ha torpaq sahəsi X18 və ailə üzvülərinin ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Torpağa mülkiyyət hüququna dair” JN- 0007 nömrəli Dövlət Aktına əsasən 0,33 ha torpaq sahəsi X13 və ailə üzvülərinin ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Torpağa mülkiyyət hüququna dair” JN-0008 nömrəli Dövlət Aktına əsasən 0,66 ha torpaq sahəsi X19 və ailə üzvülərinin ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Torpağa mülkiyyət hüququna dair” JN-003 nömrəli Dövlət Aktına əsasən 1,66 ha torpaq sahəsi Cavabdeh4 və ailə üzvülərinin ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Torpağa mülkiyyət hüququna dair” JN-0011 nömrəli Dövlət Aktına əsasən 1,58 ha torpaq sahəsi X15 və ailə üzvülərinin ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq islahatı əsasında mülkiyyətə verilmiş torpaqlara dair tərtib olunmuş ərazinin kompleks yerqurluşu lahiyəsinə əsasən, 10,27 ha kənd təsərrüfatı təyinatlı örüş, 0,94 ha isə həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Qeyd olunan torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasında hazırlanmış, torpaqların elektron kadast üçün uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına istinadən dəqiqləşdirilmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Sədrəddin oğlu, İddiaçı11 və İddiaçı12 Əlastan oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Kəlbəcər rayonun məcburi köçkün düşmüş və Daşkəsən rayonun Quytul kəndində məskunlaşmışlar. İddiaçılar cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 örüş yeri kimi kənd sakinlərinin və onların istifadələrinə verilmiş Daşkəsən rayonu Quytul kəndi ərazisinin ətrafındakı torpaq sahəsinin əkildiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi ümumi istifadədə olan orüş sahəsi ilə bağlı olduğundan həmin münasibətlərə torpaq məcəlləsinin ümumi istifadədə olan örüş sahələri ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ bəndində göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara və ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən, bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsinin 10,27 ha kənd təsərrüfatı təyinatlı örüş, 0,94 ha isə həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün 10,27 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsi iddiaçıların ümumi istifadəsinə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin örüş yeri kimi müvəqqəti olaraq iddiaçıların istifadəsinə verilmiş Daşkəsən rayonu Quytul kəndi ərazisinin ətrafındakı torpaq sahəsindən çıxarılmalarına və onlara bu torpaq sahəsinin əkilməsinin qadağan edilməsi hisssəi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı cavabdehlərin ümumi istifadədə olan örüş sahəsini əkməkləri təsdiqini tapmamışdır. Cavabdehlərin ümumi istifadədə olan örüş sahəsindən çıxarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlər də, eyni kəndin sakinləri olduğundan və onların da, ümumi istifadədə olan örüş sahəsindən iddiaçılarla bərabər istifadə hüququ olduğundan iddia tələbi həmin hissədə də, təmin edilməməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Daşkəsən rayon Quytul bələdiyyəsinin mülkiyyətində olan 10,27 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsi ümumi istifadəyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən rayon Quytul bələdiyyəsinin mülkiyyətində olan 10,27 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsi ümumi istifadəyə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar