Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-61/2024 16.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, onun 03 fevral 1969-cu ildə Ermənistan SSR Krasnoselski rayonunun Ardanış kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib işə onun iştirakı olmadan baxılmasını və tələbinin təmin olunmasını xahiş etdiyindən məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 03 fevral 1969-cu il tarixdə Ermənistan SSR Krasnoselski rayonunun Ardanış kəndində anadan olmuşdur. X2, ana X3 olmuşdur. Onun adına Ermənistan SSR, Krasnoselski rayonunun Ardanış kənd soveti tərəfindən doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüş və Azərbaycana pənah gətirib həmin vaxtdan valideynləri ilə birlikdə Daşkəsən rayonu Bayan kəndində məskunlaşmışlar. X2 1992-ci ildə, ana X3 2002-ci ildə vəfat etmişdir. Onun adına olmuş doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ilkin doğum haqqında akt qeydi Ermənistan SSR, Krasnoselski rayonunun Ardanış kənd soveti tərəfindən aparıldığı və məlum hadisələrlə əlaqədar olaraq əldə edilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, qanunvericilikdə nəzərdə tutulduğu kimi doğum akt qeydinin məhkəmə qaydasında müəyyən edilməsinə zəruri ehtiyac yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma bacısıdır. Ailədə 6 uşaq olmuşlar. O, ailənin böyük, Amaya isə kiçik uşağı olmuşdur. O, ailə quraraq ata evindən ayrılmışdır. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüş və Azərbaycana pənah gətirib həmin vaxtdan o, ailəsi ilə birlikdə Tovuz rayonunun Qovlar kəndinə, Amaya isə valideynləri ilə birlikdə Daşkəsən rayonu Bayan kəndində məskunlaşmışlar. İşə əlavə olunmuş SSSR pasportundan görünür ki, Ərizəçi adına 12 iyun 1987-ci il tarixli X-CL 669883 SSR paspotu verilmişdir. Pasportda doğum tarixi 03 fevral kimi qeyd edilmiş, pasportun doğum ili olan hissəsi cırılmışdır. İşə əlavə olunmuş Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Bayan inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat kitabından 01 saylı çıxarışdan görünür ki, Daşkəsən rayonu Bayan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 nömrəli təsərrüfat kitabının, 418 nömrəli təsərrüfatı Ərizəçi adına qeydiyyata alınmışdır. Təsərrüfatda 03 fevral 1969-cu il təvəllüdlü Ərizəçi, 20 may 1972-ci il təvəllüdlü X12, 06 iyun 1977-ci il təvəllüdlü X9 və 08 mart 1966-ci il təvəllüdlü X10 qeydiyyatdadır. İşə əlavə olunmuş Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Bayan inzibati ətrazi dairəsi üzrə nümayəndəliyinin 15 fevral 2023-cü il tarixli 101 saylı arayışından görünür ki, 03 fevral 1969-cu il təvəllüdlü Ərizəçi 1988-ildə Ermənistan Respublikasından deportasiya olunaraq Daşkəsən rayonu Bayan kəndində məskunlaşmışdır və hal-hazırda Daşkəsən rayonu Bayan kəndində qeydiyyatdadır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Başçısı Aparatında Qaçqınlar və Məcburi Köçküblərin işləri üzrə Komissiyasının 03 mart 2023-cü il tarixli 5-42/2-168/2023 saylı arayışdan görünür ki, 03 fevral 1969-cu il təvəllüdlü Ərizəçi 1988-ildə Ermənistan Respublikasında azərbaycanlılara qarşı törədilən soyqırım nəticəsində erməni silahlı birləşmələrinin hərbi təcavüzü zamanı Krasnoselski rayonunun Ardanış kəndindən qaçqın düşmüş və hazırda Daşkəsən rayonu Bayan kəndində qeydiyyatdadır. İşə əlavə olunmuş Maraqlı şəxs 26 may 2023-cü il tarixli 3-16-5/8-Ə69-229/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”in 13 və 14-cü bəndlərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və kosulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İşə əlavə olunmuş Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Bayan inzibati ətrazi dairəsi üzrə nümayəndəliyinin 05 dekabr 2023-cü il tarixli 5-42-2/2-479/2023 saylı şəkilli arayışından görünür ki, Ərizəçi Daşkəsən rayonu Bayan kəndində qeydiyyatdadır və şəkildə şəxs özüdür. İşə əlavə olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin 14 fevral 2024-cü il tarixli 3-48-13RA/1- 4/2024 saylı məktubundan görünür ki, Ərizəçi barəsində Daşkəsən rayon Bayan inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühafizə olunan 1990-2000-ci illəri əhatə edən təsərrüfatbaşına kitabları yoxlanılmış və Daşkəsən rayon Bayan inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabının 155 nömrəli şəxsi hesabı X1 adına qeydiyyata alınmış, ailə üzvüləri xx.xx.1929-cu il təvəllüdlü X4, 1940-ci il təvəllüdlü X3, xx.xx.1969-cu il təvəllüdlü X7, xx.xx.1972-ci il təvəllüdlü X12, 1964-cü il təvəllüdlü X11 və xx.xx.1977-ci il təvəllüdlü X5r. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daşkəsən Rayon Polis Şöbəsinin 15 fevral 2024-cü il tarixli 3-13-72/2-1457/2024 saylı məktubundan görünür ki, Ermənistan SSR, Krasnoselski rayonunun Ardanış kəndində anadan olmuş Ərizəçi barəsində Daşkəsən RPŞ-nin QŞVQ-nun arxiv kortatekasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları və işə əlavə edilmiş sənədlərlə müəyyən olundu ki, Ərizəçi 03 fevral 1969-cu ildə Ermənistan SSR Krasnoselski rayonu Ardanış kəndində anadan olmuşdur. X2, ana X3 olmuşdur. Ərizəçi adına doğum haqqında akt qeydi aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüş və Azərbaycana pənah gətirib həmin vaxtdan valideynləri ilə birlikdə Daşkəsən rayonu Bayan kəndində məskunlaşmışlar. Daşkəsən rayon Bayan inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1990-200-ci illər üzrə təsərrüfatbaşına kitabının 155 nömrəli şəxsi hesabı Ərizəçi anası X1 adına qeydiyyata alınmış, ailə üzvüləri xx.xx.1929-cu il təvəllüdlü X4, 1940-ci il təvəllüdlü X3, xx.xx.1969-cu il təvəllüdlü X7, xx.xx.1972-ci il təvəllüdlü X12, 1964-cü il təvəllüdlü X11 və xx.xx.1977-ci il təvəllüdlü X9 göstərilmişdir. Ərizəçi X2 1992-ci ildə, ana X3 2002-ci ildə vəfat etmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itirdiyi üçün ərizəçi təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ilkin doğum haqqında akt qeydi Ermənistan SSR Amasiya rayonu Ardanış kənd soveti tərəfindən aparıldığı və məlum hadisələrlə əlaqədar olaraq əldə edilməsi qeyri-mümkün olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, sənədin məhkəmədənkənar bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu (yəni hüquqi əhəmiyyəti olan) faktları müəyyən edir. MPM-in 307.2.3-cü maddəsinə görə, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarının İİ hissəsinin 16-cı bəndində əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalma üçün əsasdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 03 fevral 1969-cu il tarixdə Ermənistan SSR Krasnoselski rayonunun Ardanış kəndində anadan olması haqqında doğum akt qeydi bərpa edilməli, Ərizəçi doğumu haqqında akt qeydində doğum tarixi xx.xx.1969-cu (üç fevral bir min doqquz yüz altmış doqquzuncu) il, doğulduğu yer Ermənistan SSR Krasnoselski rayonu Ardanış kəndi, X2, anası X3 yazılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 235, 307-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. Ərizəçi 03 fevral 1969-cu il tarixdə Ermənistan SSR Krasnoselski rayonunun Ardanış kəndində anadan olması haqqında doğum akt qeydi bərpa edilsin. Ərizəçi doğumu haqqında akt qeydində doğum tarixi xx.xx.1969-cu (üç fevral bir min doqquz yüz altmış doqquzuncu) il, doğulduğu yer Ermənistan SSR Krasnoselski rayonu Ardanış kəndi, X2, anası X3 yazılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-61/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-61/2024
16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver