Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-63/2023 17.11.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nin rəhbəri X9 qarşı cavabdehin ona məxsus Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən zəbt edilmiş torpaq sahəsindən çıxarılması, qanunsuz inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və maneçiliyin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 aprel 2021-ci il traixli ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarışa əsasən 1/5 hissə ilə İddiaçı, 1/5 hissə ilə X1, 1/5 hissə ilə X2, 1/5 hissə ilə X4 və 1/5 hissə ilə X10 mülkiyyətində olan, Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha torpaq sahəsinin zəbt edilmiş 0,21 ha hissəsindən Cavabdeh MMC-nin çıxarılması, qanunsuz inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması və mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneçiliyə qadağa qoyulması, vurulumuş maddi ziyanının əvəzi kimi cavabdehdən 1000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, o, 15 avqust 1957-ci ildə Daşkəsən rayonu Qazaxyolçular kəndində anadan olmuşdur. Hal-hazırda da həmin kənddə yaşayır. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli 7 saylı qərarı ilə ona və aiılə üzvləri X5, X7, X11 və X10 birgə mülkiyyətinə 4,38 ha pay torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN Serialı KOD 50605038 olan Dövlət Aktı yazılmışdır. Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ ilə 1/5 hissə ilə İddiaçı, 1/5 hissə ilə X1, 1/5 hissə ilə X3, 1/5 hissə ilə X4 və 1/5 hissə ilə X10 adına Daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” işlənib hazırlanmışdır. Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ ilə ona və ailə üzvülərimə məxsus olsa da, torpaq sahəsini təxminən 0,21 ha hissəsi Cavabdeh MMC tərəfindən qanunsuz olaraq zəbt edilmiş, tor məftildən hasar çəkmiş, dəmir kanstruktor quraşdırmış, qazıntı işləri aparılmışdır. Dəfələrə cavabdehə həmin torpaq sahəsinin ona məxsus olduğunu, torpaq sahəsini boşaldılmasını tələb və xahiş etsə də, ona heç kim qulaq asmamış, sözlərinə əhəmiyyət verməmiş, qazıntı işlərinin davam etdirmişlər. Hal-hazırda da, həmin torpaq sahəsində qazıntı işləri aparılır. Cavabdeh MMC-nin ünvanı Göygöl rayonu Üçtəpə kəndi olsa da, hal-hazırda Daşkəsən rayonu Qazaxyolçular kəndində aktiv obyekti vardır və həmin obyekt ona məxsus torpaq sahəsində yerləşir. Həmin obyekt 12 saylı Ərzai Vegilər İdarəsində MMC-nin rəhbəri kimi X8 adına qeyd alınmışdır. Qanunla mülkiyyət hüququ dövlət tərəfindən müdafiə olunsa da, cavabdeh tərəfindən hüquqları pozulmaqda davam edir. Cavabdeh heç bir izah vermədən, hər hansı hüquq müəyyənedici sənəd göstərmədən öz qanunsuz hərəkətini davam etdirir. Bir mülkiyyətçi kimi torpaq sahəsindən təyinatına uyğun istifadə edə bilmirlər. Cavabdehin təqsiri üzündən ona 1000 manat məbləğində maddi ziyan vurulmuşdur. Belə ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək qazıntı işləri aparmaqla, ətrafını tor məftillə hasarlayaraq onu öz torpaq sahəsinə buraxmamaqla, əkib-becərməyə imkan verməməklə onu əldə edəcəyi gəlirdən məhrum qoymuşdur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən rayonuj Qazaxyolçular kəndində yerləşən 0,70 ha torpaq sahəsini Cavabdeh MMC iddiaçının bacısından 12 avqust 2021ci il tarixli 4ə-87 saylı alqı-satqı müqaviləsi əsasında satın almışdır. Torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 avqust 2021-ci il traixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömərli Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən 19 avqust 2021-ci il tarixli A 635256 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənib hazırlanmışdır. 23 il müddətində torpaq sahəsində karyer işlətmək üçün müqavilə bağlamışlar. Torpaq sahəsinə dair hüquqi müəyyənedici sənədlər olmasına baxmayaraq, iddiaçı onlara hədə-qorxu gələrək müxtəlif yuxarı instansiya orqanlarına şikayət edir. Onlara maddi ziyan vurur. Aralarında olan mübahisənin həll edilməsi qeyri-mümkündür. İş üzrə ekspertiza təyin edilmiş, ekspertin rəyindən də görünüdüyü kim, iddiaçı ilə cavabdehin torpaq sahələri üst-üstə düşmədiyi və istifadə edilmədiyi müəyyən olunmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 aprel 2021-ci il traixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömərli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə 1/5 hissə ilə İddiaçı, 1/5 hissəs ilə X1, 1/5 hissə ilə X3, 1/5 hissə ilə X4 və 1/5 hissə ilə X10 adına Daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdraəsindən 28 aprel 2021-ci il tarixli, **********71 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, DTXK Daşkəsən rayon şöbəsi tərəfindən 27 oktyabr 1997-ci il tarixdə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0024 X17 əsasən və DTXK Daşkəsən rayon şöbəsinin 28 aprel 2021-ci il tarixli, AA 615743 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı (iddiaçı) 3,2648 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş “Torpağın mülkiyyət hüququna dair” JN-0024 saylı KOD 50605038 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 28 iyul 1997ci il tarixli 7 saylı qərarına əsasən Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 4,38 ha pay torpaq sahəsi X6, X1, X2, X4 və X10 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 avqust 2021-ci il traixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömərli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 0,704 ha torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsindən 19 avqust 2021-ci il tarixli, A 635256 nömrəli, **********69 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Daşkəsən rayon Notariat Kontorunda təsdiq edilmiş 12 avqust 2021-ci il tarixli 4ə-87 nömrəli “Daşınmaz əmlakdan alqı-satqı müqaviləsi”nə əsasən Cavabdehnə Daşkəsən rayonu Qazaxyolçular kəndi ərazisində yerləşən 0,7040 ha torpaq sahəsinə dair 19 avqust 2021-ci il tarixli, A 635256 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 28 aprel 2023-cü il tarixli 3-21-3-33/2-3713/1013 saylı ekspert rəyindən görünür ki, 29 aprel 2021-ci il traixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömərli Çıxarışa əsasən İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyətlərində olan Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, 19 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alınmış, Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 0,704 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmsərhəd torpaq sahələridir və həmin torpaq sahələri üst-üstə düşmür. 29 aprel 2021-ci il traixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömərli Çıxarışa və həmin çıxarış planı və ölçüsü sənədinə əsasən İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyətlərində olan Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin fakitki olaraq Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2023-cü il tarixli 10/4770 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyətlərində olan Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, Cavabdeh adına qeydiyyata alınmış, Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 0,704 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmsərhəd torpaq sahəsinin həmsərhəd torpaq sahələri olduğu və həmin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyətlərində olan Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, faktiki olaraq Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 aprel 2021-ci il traixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömərli Çıxarışa əsasən Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə 1/5 hissə ilə İddiaçı, 1/5 hissəs ilə X1, 1/5 hissə ilə X3, 1/5 hissə ilə X4 və 1/5 hissə ilə X10 adına Daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda, DTXK Daşkəsən rayon şöbəsi tərəfindən 27 oktyabr 1997-ci il tarixdə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0024 X17 əsasən və DTXK Daşkəsən rayon şöbəsinin 28 aprel 2021-ci il tarixli, AA 615743 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı (iddiaçı) 3,2648 ha torpaq sahəsi verilmiş və qeyd edilən sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsindən qeydiyyata alınmışdır. Həmçinin, Daşkəsən rayon Notariat Kontorunda təsdiq edilmiş 12 avqust 2021-ci il tarixli 4ə-87 nömrəli “Daşınmaz əmlakdan alqı-satqı müqaviləsi”nə əsasən Cavabdehnə Daşkəsən rayonu Qazaxyolçular kəndi ərazisində yerləşən 0,7040 ha torpaq sahəsinə dair 19 avqust 2021-ci il tarixli, A 635256 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənib hazırlanmış və qeyd edilən sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsindən qeydiyyata alınmışdır. Hazırda iddiaçı Məmmədov X12 rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ ilə ona və ailə üzvülərimə məxsus olsa da, torpaq sahəsini təxminən 0,21 ha hissəsi Cavabdeh MMC tərəfindən qanunsuz olaraq zəbt edilmiş, tor məftildən hasar çəkmiş, dəmir kanstruktor quraşdırmış, qazıntı işləri aparıldığını bildirərək, zəbt edilmiş 0,21 ha hissədən Cavabdeh MMC-nin çıxarılması, qanunsuz inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması və mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneçiliyə qadağa qoyulması, vurulumuş maddi ziyanının əvəzi kimi cavabdehdən 1000 manat məbləğində pulun alınaraq ona ödənilməsini tələb etmişdir. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Məhkımı araşdırması zamanı iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 28 aprel 2023-cü il tarixli 3-21-3-33/2-3713/1013 saylı ekspert rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2023-cü il tarixli 10/4770 nömrəli ekspert rəyi ilə İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyətlərində olan Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə, Cavabdeh adına qeydiyyata alınmış, Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 0,704 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmsərhəd torpaq sahəsinin həmsərhəd torpaq sahələri olduğu və həmin torpaq sahələrinin üst-üstə düşmədiyi, İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyətlərində olan Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, faktiki olaraq Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 aprel 2021-ci il traixli ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarışa əsasən 1/5 hissə ilə İddiaçı, 1/5 hissə ilə X1, 1/5 hissə ilə X2, 1/5 hissə ilə X4 və 1/5 hissə ilə X10 mülkiyyətində olan, Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən 3,2648 ha torpaq sahəsinin zəbt edilmiş 0,21 ha hissəsindən Cavabdeh MMC-nin çıxarılması, qanunsuz inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması və mülkiyyət hüququnun həyata keçirilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materialları, o cümlədən ekspert rəyi ilə Cavabdeh MMC-nin iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0,21 ha hissəsini zəbt etməsi, orada qanunsuz tikililər inşa etməsi təkzib olunmuşdur. Bu baxımdan iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin vurulumuş maddi ziyanının əvəzi kimi cavabdehdən 1000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin ona ziyan vurmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim etmədiyindən və həmin hissədə də, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmə ekspertizasının xərci olaraq ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməli və məhkəmə ekspertizasının xərci olaraq 100 (bir yüz) məbləğində pul vəsaiti tutulub Büdcə təsnifat kodu: 1542595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, Adı Dövlət xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəai, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MMC-nin rəhbəri X9 qarşı cavabdehin ona məxsus Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən zəbt edilmiş torpaq sahəsindən çıxarılması, qanunsuz inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və maneçiliyin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmə ekspertizasının xərci olaraq ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin və məhkəmə ekspertizasının xərci olaraq 100 (bir yüz) məbləğində pul vəsaiti tutulub Büdcə təsnifat kodu: 1542595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, Adı Dövlət xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəai, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-63/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-63/2023
17.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver