Məhkəmə qərarları › İş №2(030)-663/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-663/2024

25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-663/2024 25.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən ediməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2023-cü il tarixdə vəfat etmiş mərhum atası X3 miras qalmış əmlakın vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atası X8 “X11” MMC-də işləmişdir. O, 16 noyabr 2023-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra əmək haqqının üç misli miqdarında müavinət almaq üçün “X11” MMC-yə müraciət etdikdə ona ilk öncə vəfat edən şəxsin vərəsəsi müəyyən olunduqdan sonra təkrar müraciət edə biləcəyi bildirilmişdir. Bundan sonra o, vərəsəlik hüquq haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etdikdə ona vəfat etmiş şəxsin ölümündən 6 ay sonra müraciət edə biləcəyi bildirilmişdir. 2024-cü ilin may ayında təkrar notariat ofisinə müraciət etdikdə müftəlif bəhanələrlə vərəsəlik işinin açılmasında imtina edilmişdir. Sonardan o, 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkzəsinə Notariat ofisinə müraciət etmiş, ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd olunan mübahisənin məhkəmədəkənar qaydada həll edilməsi mümkün olmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətinə qlamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs3 izahatında göstərmişdir ki, onun əri X8 “X11” MMC-də işləmişdir. X8 16 noyabr 2023-cü ildə vəfat etmişdir. Ərinin əmək haqqının üç misli miqdarında müavinət almaq üçün “X11” MMC-yə müraciət edilmiş, lakin mərhumun vərəsəsi müəyyən edilmədiyi üçün imtina edilmişdir. O, miras əmlakdan ona düşən paydan ərizəçinin xeyrinə imtina edir. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs5 digər Maraqlı şəxs3 ilə eyniməzmunlu izahat verib, miras əmlakdan onlara düşən paydan ərizəçinin xeyrinə imtina etdiklərini bildirərək ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxslər Maraqlı şəxs1 və 1 saylı Gəncə Regional Maraqlı şəxs6ndə Notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X1 arasında 12 dekabr 1987-ci il tarixdə nikah bağlanmış və Ukranya SSR Kiyev vilayəti Boryspilsnegorka kənd sovetində 30 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs4 xx xxxx 1988-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxs3dır. Bu barədə Daşkəsən rayon VVAQ şöbədsində doğum haqqında akt qeydləri kitabında 30 iyun 1988-ci il tarixdə 166 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1990-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxs3dır. Bu barədə Daşkəsən rayon VVAQ şöbədsində doğum haqqında akt qeydləri kitabında 15 may 1990-cı il tarixdə 134 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxx 1992-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxs3dır. Bu barədə Daşkəsən rayon VVAQ şöbədsində doğum haqqında akt qeydləri kitabında 04 may 1992-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 noyabr 2023-cü ildə Daşkəsən şəhərində vəfat etmişdir. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 15 noyabr 2023-cü il tarixdə 82 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş 1 saylı Gəncə Regional Maraqlı şəxs6ndəı Notariat ofisinin 04 avqust 2024-cü il tarixli 1883 nömrəli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145 maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edilməsi ilə açılır. Həmin Məcəllənin 1146 maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1243.1 və 1243.2 maddələrinə əsasən, mirası ister qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəslər qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsələrin hər biri könüllü surətdə notariat ofisinə müraciət edib, qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbuluna və ya miras paydan imtinasına dair öz razılığını bildirməlidirlər. Yuxarıda şərh olunanları nəzərə alaraq, təqdim etdiyi sənədlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul müddətini keçirdiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbul faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərfəli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında işə əlavə olunmuş sənədlər, habelə işin digər faktiki halları ilə müəyyən edildi ki, Ərizəçi atası X8 ilə anası Maraqlı şəxs3 ilə 12 dekabr 1987-ci il tarixdə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuşlar. Birgə nikalarından xx xxxx 1988-ci ildə Maraqlı şəxs4, xx xxx 1990-ci ildə Ərizəçi və xx xxxxx 1992-ci ildə X7 doğulmuşdur. X8 “X11” MMC-də işləmişdir. X8 16 noyabr 2023-cü ildə vəfat etmişdir. Ərizəçi atası Vidadi Əliyevin vəfatından sonra qanunla müəyyən edilmiş qaydada orta aylıq əmək haqqının üç misli miqdarında müavinət ödənilməsi üçün “X11” MMC-yə müraciət etmiş, lakin qanun üzrə mərhumun vərəsəsi müəyyən edilmədiyi üçün imtina edilmişdir. Miras qoyan X4 birinci növbədə vərəsələri arvadı Maraqlı şəxs3, oğlu - Ərizəçi, qızları - Maraqlı şəxs4 və X5r. Hazırda Maraqlı şəxs3, Maraqlı şəxs4 və X7 miras əmlakdan onlara düşən paydan digər vərəsənin, yəni Ərizəçi xeyrinə imtina etmişlər. Ərizəçi vərəsəlik hüququ şəhadətnamə almaq üçün 1 saylı Gəncə Regional Maraqlı şəxs6ndə Notariat ofisinə müraciət etmiş, ərizəçiyə qanunla müəyyən edilmiş müddət ötürdüyü üçün məhkəmə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1145-1146-cı maddələrinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə uyğun olaraq qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Yuxarıda istinad edilən Mülki Məcəllənin 1159.1.1-ci maddəsininn mənasına uyğun olaraq, konkret halda miras qoyan X6 Əliyev onun qanun üzrə birinci növbəli vərəsəsi hesab olunur. Onun oğlu Ərizəçi mərhumdan miras qalmış əmlakı vərəsə kimi faktik olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə görə, məhkəmə, xüsusi icraat qaydasında, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu bütün əmlakı və əmlak hüquqları daxildir. Deməli, vərəsəyə miras qoyanın həm əmlakı, həm də əmlak hüquqları keçir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 miras pul əmanətinə münasibətdə Ərizəçi vərəsəlik (o cümlədən pul vəsaitini almaq və barəsində sərəncam vermək) hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 03 noyabr 2023-cü il tarixdə vəfat etmiş mərhum X4 miras pul əmanətinə münasibətdə Ərizəçi vərəsəlik (o cümlədən pul vəsaitini almaq və barəsində sərəncam vermək) hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar