Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-7/2023 18.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərəzliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Niyaz oğlu və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hallara son qoyulması, əsas yola çıxış üçün zəruri yolun açılması, gediş-gəliş yolunun açılması və inşa edilmiş dam, tövlə tikilisinin sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair dair iddia ərizəsi və Cavabdeh2 Niyaz oğlu, Cavabdeh1, X4, X2, X3 və X1 İddiaçı qarşı tikililərin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Niyaz oğlu və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Niyaz oğlunun və ailə üzvülərinin onun mülkiyyətində olan Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən əmlakına dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hallara son qoyulması, cavabdehlər və ailə üzvləri tərəfindən həyətyanı sahəsinə, mülkinə gələn gediş-gəliş yolunun açılması barədə və cavabdehlər tərəfindən Daşkəsən rayonu Qazaxyolçular kəndində yerləşən evinin arxasında yerləşən həyətyanı torpağının üzərində inşa edilən qanunsuz mal-heyvan tövləsinin həm qanunsuz olduğuna, həm mülkiyyətinə qəsd etdiyinə və torpağını zəbt etdiyinə görə sökülməsi və torpağının zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə görə, işə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Niyaz oğlu və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hallara son qoyulması, əsas yola çıxış üçün zəruri yolun açılması, gediş-gəliş yolunun açılması və inşa edilmiş dam, tövlə tikilisinin sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair dair iddia ərizəsi və Cavabdeh2 Niyaz oğlu, Cavabdeh1, X4, X2, X3 və X1 İddiaçı qarşı tikililərin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: iMustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-7/2023
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-7/2023
18.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver