Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-727/2025 17.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib, Şahid1 ilə birgə nikahlarından Gəncə şəhərində 21 dekabr 2020-ci ildə Leyla adlı qız övladlarının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Şahid1 ilə 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 25 fevral 2012-ci ildə Aylin, 27 iyunl 2013-cü ildə Gülzar, 21 dekabr 2020-ci ildə Leyla və 13 yanvar 2022-ci ildə Ümid adlı uşaqları doğulmuşdur. 21 dekabr 2020-cü il təvəllüdlü Leyla Covid-19 pandemiya zamanı Gəncə şəhərində həkim köməyi ilə doğulmuşdir. Həmin vaxt xəstəxanaya getməkdən qorxduğu üçün, Səmayə adlı həkimlə əlaqə saxlamış və həkim uşağın doğumunu evdə qəbul etmişdir. Lakin uşağın adına tibbi sənəd verilməmişdir. Sonradan həkimin Covid-19 pandemiyasından vəfat etdiyini eşitmişdir. Qızı Leyla məktəb yaşına çatsa da, onun adına tibbi sənıəd olmadığı üçün doğum haqqında şəhadətnamə almaq mümkün deyildir. Hal-hazırda uşaq onun himayəsindədir. Doğum haqqında şəhadətnamə almaq üçün 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinə müraciət etsə də, doğum haqqında tibbi arayış olmadığına görə imtina edilmişdir. Hazırda qeyd edilən faktın məhkəmədən kənar qaydada həll edilməsi mümkün deyildir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi məktubla məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdi ki, Ərizəçi ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 25 fevral 2012-ci ildə Aylin, 27 iyunl 2013-cü ildə Gülzar, 21 dekabr 2020-ci ildə Leyla və 13 yanvar 2022-ci ildə Ümid adlı uşaqları doğulmuşdur. 21 dekabr 2020-ci il təvəllüdlü Leyla Covid-19 pandemiya zamanı Gəncə şəhərində ev şəraitində həkim köməyi ilə doğulmuşdir. Lakin uşağın adına tibbi sənəd almamışdır. Hazırda uşaq onlarla birlikdə yaşayır. Uşağın 6 yaşı olmaqla, məktəbə hazırlıq kursuna getməlidir. Lakin uşağın adına doğum haqqında şəhadətnamə olmadığı üçün məktəbə qəbul edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qızıdır. Ərizəçi ilə Şahid1 birgə nikahlarında beş uşağı doğulmuşdur. Üçüncü uşaq oğlan olmuş və 3 yaşında vəfat etmişdir. Dördüncü uşaq 21 dekabr 2020-ci ildə doğlumuşdur. Pandemiya zamanı olduğu üçün uşaq Gəncə şəhərində onun yaşadığı evdə Səmayə adlı həkimin köməyi ilə doğulmuşdur. Lakin uşağın adına tibbi şənəd olmadığı üçün doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Hazırda uşaq sağsalamat olmaqla valideynləri ilə bilrikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi qonşusu Ayşəfatmanın qızıdır. Səhər saat 8 radələrində qonşusu Ayşəfatma onu evinə çağırmış və Nigarın doğum sancısının başladığını bildirmişdir. Həmin vaxt pandemiya olduğu üçün Nigarı xəstəxanaya aparmamışlar. Səmayə adlı həkimim köməkliyi ilə uşaq evdə doğulmuşdur. Hazırda uşağın 6 yaşı olmaqla valideynləri ilə birlikdə yaşayır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 13 noyabr 2025-ci il tarixli 3-16-518-3792-15/25 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarınını müəyyən etdiyi əsas müddəalara əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Həmin Qərarın 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər: 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd: 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd: 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd: 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Qanunvericiliyin tələb etdiyi uşağın doğumunun dövlət qeydiyyatı üçün təqdim edilməli olan tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd tərəfindən təqdim edilir. Odur ki, uşağın doğumunun dövlət qeydiyyatının aparılması 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X5 “Gəncə şəhəri Birləşmiş Xəstəxanası” X3 17 noyabr 2025-ci il tarixli 18-1-37/2-İ- 535-xx-xx/2025 saylı məktubundan görünür ki, Ərizəçi R Etibar qızı xx.xx.2022-ci il tarixdə ev şəraitində qız uşağını dünyaya gətirmiş, doğuş zamanı həkim iştirak etməmiş, doğumdan sonra uşağa aid doğum haqqında tibbi şəhadətnamənin verilməsi üçün tərəfindən həkimə, tibb müəssisəyə muraciət olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında muvafiq ıcra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmçinin həmin Qaydanın 2.5-ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və olüm barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd, valideynlərindən biri, yaxud hər ikisi əcnəbi v ə ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd, Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Araşdırmanın nəticəsi olaraq bildirilmişdir ki, uşağ tibb müəssisəsindən kənarda doğulduğu üçün, doğumda həkimin iştirak etmədiyi və bundan sonra AR Qanunlarında nəzərdə tutulmuş müddət ərzində valideyn tərəfindən həkimə, tibb müəssisəsinə müraciət olunmadığı üçün uşağa-aid doğum haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Odur ki, xx.xx.2020-ci il təvəllüdlü X1 adlı qız cinsli övladının doğulması faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edildi ki, Ərizəçi ilə Şahid1 ilə 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 25 fevral 2012-ci ildə Aylin, 27 iyunl 2013-cü ildə Gülzar, 21 dekabr 2020-ci ildə Leyla və 13 yanvar 2022-ci ildə Ümid adlı uşaqları doğulmuşdur. 21 dekabr 2020-ci il təvəllüdlü uşaq Gəncə şəhərində yaşadıqları evdə doğulmuşdur. Uşaq doğulduqdan sonra onun adına tibbi sənəd verilməmiş, bu səbəbdən də uşağın adına doğum haqqında şəhadətnamə alınmamışdır. 21 dekabr 2020-ci ildə doğulmuş Leyla adlı uşağın adına heç bir hüquqi müəyyənedici sənəd olmadığı üçün ərizəçi doğum haqqında şəhadətnamə ala bilməmişdir. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə rəsmi olaraq ərizə ilə müraciət etmiş, tibb müəssisəsinin sənədi olmadıqda uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edildiyi izah olunmuş, doğum haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. 45.1-ci maddəsinə görə, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideyinləri kimi qeyd olunurlar. Qanunvericilik uşağın doğulmasını təsdiq edən tibbi sənəd olmadıqda doğum faktının da məhkəmə qaydasında müəyyən olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideyinlər öz aralarında nigahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarl əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təstiq edən sənədlər, nigah haqqında şəhadətnamə və uşaq tibbi müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu (yəni hüquqi əhəmiyyəti olan) faktları müəyyən edir. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalma üçün əsasdır. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışında ərizəçinin izahatı, şahidlərin ifadələri və digər sübutlarla Ərizəçi 21 dekabr 2020-ci il tarixdə Gəncə şəhərində bir qız uşağının doğulması faktı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 18 fevral 1984-cü ildə Daşkəsən rayonu Əmirvar kəndində doğulmuş Ərizəçi 21 dekabr 2020-ci (iyirmi bir dekabr iki min iyirminci) il tarixdə Gəncə şəhərində bir qız uşağının doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideyinlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideyinləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. Ərizəçi 21 dekabr 2020-ci (iyirmi bir dekabr iki min iyirminci) il tarixdə Gəncə şəhərində bir qız uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-727/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-727/2025
17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver