Məhkəmə qərarları › İş №2(030)-744/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-744/2024

19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-744/2024 19.12.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə həlak olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, mərhum həyat yoldaşı X1 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünü müdafiə taborunda) hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı 03 sentyabr 1993-cü il tarixdə öz hərbi xidməti borcunu yerinə yetirərkən həlak olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, həm Gəncə şəhərində, həm də Daşkəsən şəhərində özünə məxsus mənzilləri vardır. Lakin, Gəncə şəhərindəki mənzildə rəsmi olaraq qeydiyyatdadır. Maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti etiraz ərizələrini məhkəməyə təqdim etmişlər. Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, Ərizəçi mülkiyyət hüququ əsasında ərizəçiyə məxsusdur. yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 1nzil mülkiyyət hüququ əsasında ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Odur ki, yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarına, habelə, işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45, 263, 264, 267, 268-ci və 309.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə həlak olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar