Məhkəmə qərarları › İş №2(030)-763/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-763/2025

02.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-763/2025 02.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və uşaqlarının bütün əşyalarının mülkiyyətində olan Gəncə şəhəri N.Nərimanov prospekti ev 26 mənzil 33-dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri N.Nərimanov prospektində 23 nömrəli binanın 33 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh onun X2un arvadıdır. X2 ilə Cavabdeh arasında narazılıq yarandığı üçün cavabdeh uşaqları ilə birlikdə evi tərk edib getmişdir. Buna baxmayaraq, cavabdeh özünə məxsus olan cehiz əşyalarını evdən çıxarmaqdan imtina etmişdir. Bu isə onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İddiaçı izahatında işə Daşkəsən Rayon Məhkəməsində baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, işə daşınmaz əşyanın olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan və işin hallarından göründüyü kimi, daşınmaz əmlak ünvan 1 ünvanında yerləşir. İddia tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar deyildir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdehə məxsus əşyaların onun mülkiyyətində olan mənzildə qalması onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı tam mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 44.2.2-ci maddəsinə əssasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcləllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39, 44. 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar