Məhkəmə qərarları › İş №2(030)-8/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-8/2025

22.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-8/2025 22.01.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Cavabdehlər X4 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və cavabdehlərin torpaq sahəsindən məcburi çıxarılmaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdehlər X6 və Cavabdeh2 ona məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahələrindən məcburi qaydada çıxarılmaları, qanunsuz zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən onun və oğlu X1 ümumi birgə mülkiyyətlərinə 1,05 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair DTXK-nın Daşkəsən ray on torpaq şöbəsi tərəfindən 14 iyul 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-129 seriyalı KOD 50506028 nömrəli Dövlət Aktı verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində mənim və oğlum X1 adına 0,432 ha, 03 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində 0,4863 ha və 03 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində 0,1312 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər ona və oğluna məxsus, mülkiyyət hüququ ilə adılarına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,432 ha və 0,4863 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini zəbt etmişlər. Belə ki, cavabdehlər ona məxsus 0,432 ha və 0,4863 ha torpaq sahələrinin kənarlarını tor məftillə çəpərləyərək, öz şəxsi təsərrüfatlarında olan mal-qaralarını həmin torpaq sahəsinə salmış və torpaq sahəsinin təbii bitki örtüyünü mal-qaralarını otarmışlar. Dəfələrlə cavabdehlərə torpaq sahəsinin ona məxsus olduğunu, torpaq sahəsini boşaltmalarını tələb etməsinə baxmayaraq, cavabdehlər ona heç bir əhəmiyyət verməmiş, torpaq sahəsini boşaltmaqdan qəti imtina etmişlər. Hazırda cavabdehlər qanunsuz hərəkətləri nəticəsində öz torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 nömrəli qərarı ilə onun mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmiş və onun adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-525A seriyalı Kod 50605028 olan Şəhadətnamə yazılmışdır. Həmçinin Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 91,8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 25 oktyabr 2022-ci il tarixli 16934 inventar nömrəli, **********34-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasportu” işlənib hazırlanmışdır. O, və digər cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişlər. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-129 seriyalı Kod 50605028 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə X2 və X3 birgə mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 1,05 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,432 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X2 və X3 adına Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,4863 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X2 və X3 adına Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,1312 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X2 və X3 adına Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 91,8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh1 adına Daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 25 oktyabr 2022-ci il tarixli 16934 inventar nömrəli, **********34-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasportu”nun surətindən görünür ki, Daşkəsən rayonu Xoşbula kəndində yerləşən 0,1904 ha torpaq sahəsinin 0,0118 ha hissəsində inşa edilmiş fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alıənmışdır. Xüsusi qeydlər: tiorpaq sahəsinin 0,0704 hissəsi artıqdır. DTXK Daşkəsən rayon şöbəsinin xx.xx.2002-ci il tarixli JN-525A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə. İşə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-525A seriyalı Kod 50605028 olan Şəhadətnamənin surətindən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 nömrəli qərarı ilə Cavabdeh1 mülkiyyətinə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli 10/8999 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və X1 Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətlərinda olan 0.432 ha torpaq sahəsinə dair, **********89 reyestr nömrəli Çıxarışı və həmin Çıxarışın verilməsinə əsas olan 4N-129 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının, torpaqların elektron kadastr uçotu informasiya sistemina (TEKUİS və AZCAD məlumatları) istinadən naturada yerləşmə vəziyyətinə əsasən, həmin torpaq sahəsinin müəyyən hissəsinin cavabdehlərin faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İddiaçı və X1 Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən ümumi brgə mülkiyyətlərində olan 0.4863 ha torpaq sahəsinə dair, **********86 reyestr nomrəli Çıxarışı və həmin Çıxarışın verilməsinə əsas olan JN-129 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının, torpaqların elektron kadastr uçotu mformasiya sisteminə (TEKUİS və AZCAD məlumatları) istinadən naturada yerləşmə vəziyyətinə əsasən, həmin torpaq sahəsinn cavabdehlərin faktiki istifadə sahəsi ilə üstüstə düşmə halı aşkarlanmamışdır. İddiaçı və X1 Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0.432 ha torpaq sahəsinə dair, **********89 reyestr nömrəli Çıxarışı və həmin Çıxarışın verilməsinə əsas olan (N-129 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna” dair dövlət aktının, torpaqların elektron kadastr uçotu informasiya Sisteminə (TEKUİS və AZCAD məlumatları) istinadən naturada yerləşmə vəziyyətinə əsasən, həmin torpaq sahəsini , 0.26 ha hissəsinin cavabdehlərin faktiki istifadə sahəsi ilə üşt-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetinə aid torpaq sahələri bütünlüklə iddiaçının mülkiyyətinə daxil deyildir. İddia tələbində qeyd edilən həmin torpaq sahələri X2 və X3 ümumi birgə mülkiyyəti olmaqla, mülkiyyətçilər arasında naturada paylara bölünməmişdir. Digər mülkiyyətçi isə hazırkı iş üzrə birgə iddiaçı kimi çıxış etmir. Qeyd olunanlardan göründüyü kimi iddia tələbində göstərilən torpaq sahələrinin konkret olaraq hansı hissəsinin iddiaçının mülkiyyətinə aid olması məlum deyildir. Odur ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İnsan huquqları uzrə Avropa Məhkəməsi ≪Brumaresku Rumıniyaya qarşı≫ iş uzrə 28 oktyabr 1999-cu il tarixli qərarında gostərmişdir ki, huququn aliliyinin əsas aspektlərindən biri olan huquqi muəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş uzrə qəbul olunan yekun qərar şubhə doğurmamalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub Büdcə təsnifat kodu: 1542595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, Adı: Dövlət xəzinadarlığı Sagentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəai, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məjəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub Büdcə təsnifat kodu: 1542595, Büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, Adı: Dövlət xəzinadarlığı Sagentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəai, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar