Məhkəmə qərarları › İş №2(030)-9/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-9/2023

26.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-9/2023 26.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh X4 iştirakı ilə, İddiaçı X3 cavabdeh X5 qarşı Daşkəsən rayonu Gurbulaq kəndində yerləşən evinin 6 kv.metr torpaq sahəsinin cavabdeh X4 qanunsuz hərəkətlərinin qarşısı alınmaqla gedişgəliş yolunun zəbtdən azad edilməsi, cavabdehin bələdiyyə mülkiyyəti (ictimai yol) olan torpaq sahəsinə qoyduğu çəpərin götürülməsi və bağlanmış yolun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X8 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Gurbulaq kəndində yerləşən evinin 6 kv.metr torpaq sahəsinin cavabdeh X4 qanunsuz hərəkətlərinin qarşısı alınmaqla gediş-gəliş yolunun zəbtdən azad edilməsi, cavabdehin bələdiyyə mülkiyyəti (ictimai yol) olan torpaq sahəsinə qoyduğu çəpərin götürülməsi və bağlanmış yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, hal-hazırda Daşkəsən rayonu Gurbulaq kəndində yaşayır. Gurbulaq kəndində ona və ailə üzvülərinə məxsus fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşkəsən rayonu Gurbulaq kəndində yerləşən 1 mərtəbəli , ümumi sahəsi 60,7 kv.metr, yaşayış sahəsi 46,1 kv.m, yardımçı sahəsi 14,6kv.metr olan 2 otaqlı, 38, 7 kv.metr tövlə və 30 kv.metr tövlədən ibraət olan “A”, “B”, “İ” tikintialtı sahələr bütövlüklə, 0,05 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə onun, 0,05 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X17, X12 və X9 adına qeydiyyata alınmışdır. Torpaq sahəsi və evə dair 05 avqust 2014-cü il tarixli **********94- 10301 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarış və 04 avqust 2014-cü il tarixli 3597 inventar nömrəli “Fərdi yaşayış evinin Texniki Pasport”u verilmişdir. Onun özünə məxsus şəxsi təsərrüfatı vardır. Təsərrüfatında mal-qara, qoyun-quzu və digər ev heyvnaları saxlayır. Cavabdeh X5 məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsi qonşuluqda yerləşir. Hər ikisinin də evi ictimai nəqliyyat yolunun üst tərəfindən yerləşir. Yol ilə evləri arasında yerləşən torpaq sahəsi isə Bələdiyyə mülkiyyətinə aiddir. O, özünə məxsus mal-qaranı həmin torpaq sahəsi ilə cavabdehin evinin aşağı hissəsindən kənd caamatının istifadəsində olan örüş-otlaq sahəsinə aparıb gətirir. Uzun illərdir ki, həmin yoldan mal-qaranın gediş-gəlişi üçün istifadə edir. Bu yaxınlarda cavabdeh Bələdiyyə sədrinin icazəsi və xəbəri olamadan özü evindən birbaşa ictimai yola gediş-gəliş yolu açaraq örüş-otlaq sahəsinə gediş-gəlişi tamamilə bağlamışdır. Yolun bağlanması ilə əlaqədar olaraq Bələdiyyə sədrinə məlumat verdikdə, bələdiyyə sədri cavabdehin özbaşına bələdiyyə fonduna aid torpaq sahəsini və yolu zəbt etdiyini bildirərək cavabdeh xəbərdarlıq edilsə də, cavabdeh heç kimə əhəmiyyət verməyərək yolu açmaqdan imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Gəncə “ASAN xidmət” mərkəzi Dövlət Notariat Kontorunun 16 yanvar 2020-ci il tarixli AN-İ 063636 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7, X6, X13, X14 və X11 ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş 01 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Gurbulaq kəndində yerləşən 0,17 torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 62,3 kv.metr fərdi yaşayış evini ona satmışlar. Həmin torpaq sahəsinə dair öz adına Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 yanvar 2020-ci il tarixli ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli Çıxarış almışdır. İddiaçı ilə qonşudurlar. Hər ikisinin torpaq sahəsi ictimai kənd yolunun üst tərəfindən yerləşir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsinin əvvəllər sənəd olmamışdır. Sonradan həmin torpaq sahəsi alqı-satqı ilə almışdır. İddiaçı onun torpaq sahəsindən keçib getməklə mal-qarasını örüş-otlaq sahəsinə aparıb-gətirmək istəyir. O, iddiaçının yolunu bağlamamışdır. Mübahisəni həll etmək üçün yerində baxış keçirilərək koordinatların və sərhədlərin müəyyən olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömərli, RX Seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Gurbulaq kəndində yerləşən “A”, “B”, “İ” tikilialtı sahə bütövlüklə və 0,05 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, 0,05 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X17, X12 və X9 adına Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsinin 04 avqust 2014-cü il tarixli, **********94-10301 reyestr nömərli “Fərdi yaşayış evinin texniki Pasport”unun surətindən görünür ki, Daşkəsən rayonu Gurbulaq kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı qzının adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayon Gurbulaq kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 62,3 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 31 yanvar 2020-ci il tarixli **********56-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasportu”nun surətindən görünür ki, Daşkəsən rayonu Gurbulaq kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmışdır. Əsas: Bakı şəhəri 32 saylı NO-nin xx.xx.2020-ci il tarixli 4Ə-71 reyestr saylı alqı-satqı müqaviləsi. 0,13 ha torpaq sahəsi zəbtdir. İşə əlavə edilmiş Daşkəsən rayonu Gurbulaq Bələdiyyəsinin 26 iyul 2022-ci il tarixli 27 saylı arayışından görünür ki, X4 bələdiyyə ərazisində istifadə və mülkiyyətində 0,30 ha həyətyanı torpaq sahəsi mövcuddur. Həmin sahənin 0,17 ha hissəsu Daşkəsən AİV-nin 08 iyul 1998-ci il tarfixli 10 saylı qərarı ilə Şəhanə Alıyevanın mülkiyyətinə verilmiş, 0,13 ha isə zəbt kimi istifadəsindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 08 may 2023-cü il tarixli 3-21-3-33/2-4050/2023 saylı mütəxəssis rəyindən görünür ki, Seriyalı RX ******* nömrəli Çıxarışa əsasən, İddiaçı, X17, X12 və X9 xüsusi mülkiyyətində olan,, Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi ilə ********** qeydiyyat nömrəli, **********56- 10301 reyestr nömrəli Çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndində yerləşən 62,3 kv.metr fərdi yaşayış evinin yerləşdiyi 0,17 ha torpaq sahəsi üst-üstə düşmür. Seriyalı RX ******* nömrəli Çıxarışa əsasən, İddiaçı, X17, X12 və X9 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 6,0 (altı) kv.m hissəsi Cavabdeh tərəfindən faktiki polaraq istifadə edilir. Seriyalı RX ******* nömrəli Çıxarışa əsasən, İddiaçı, X17, X12 və X9 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Texniki Pasportunda həmin həyətyanı torpaq sahəsinə girişçıxış hissə qeyd olunmamışdır. İddiaçının həyətyanı torpaq sahəsinə faktiki giriş-çıxış hissəyə gedən yol faktiki olaraq açıqdır və cavabdeh tərəfindən müdaxilə halı mövcud deyildir. Qeydi edilir ki, əraziyə baxış keçirilərkən, iddiaçının həyətyanı torpaq sahəsinə əlavə gediş-gəliş yolu kimi istifadə etmək üçün iddia etdiyi sahə fakitki olaraq cavabdehin istifadəsində olmaqla, Bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə baxışında işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömərli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Gurbulaq kəndində yerləşən “A”, “B”, “İ” tikilialtı sahə bütövlüklə və 0,05 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, 0,05 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X17, X12 və X9 adına Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayon Gurbulaq kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 62,3 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mütəxəssis tərəfindən Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən mübahisəli 0,05 ha torpaq sahəsi naturada müəyyən edilmiş, Seriyalı RX ******* nömrəli Çıxarışa əsasən, İddiaçı, X17, X12 və X9 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi ilə, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli Çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndində yerləşən 62,3 kv.metr fərdi yaşayış evinin yerləşdiyi 0,17 ha torpaq sahəsi üst-üstə düşmədiyi, Seriyalı RX ******* nömrəli Çıxarışa əsasən, İddiaçı, X17, X12 və X9 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 6,0 (altı) kv.m hissəsinin caavbdeh Cavabdeh tərəfindən faktiki olaraq istifadə edildiyi, Seriyalı RX ******* nömrəli Çıxarışa əsasən, İddiaçı, X17, X12 və X9 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Texniki Pasportunda həmin həyətyanı torpaq sahəsinə giriş-çıxış hissə qeyd olunmadığı, iddiaçının həyətyanı torpaq sahəsinə faktiki giriş-çıxış hissəyə gedən yol faktiki olaraq açıq olduğu və cavabdeh tərəfindən müdaxilə halı mövcud olmadığı, əraziyə baxış keçirilərkən, iddiaçının həyətyanı torpaq sahəsinə əlavə gediş-gəliş yolu kimi istifadə etmək üçün iddia etdiyi sahə fakitki olaraq cavabdehin istifadəsində olmaqla, Bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İş üzrə göründüy kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömərli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı, X17, X12 və X9 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin 6,0 (altı) kv.m hissəsinin caavbdeh Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömərli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı, X17, X12 və X9 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Texniki Pasportunda həmin həyətyanı torpaq sahəsinə giriş-çıxış hissə qeyd olunmamış, iddiaçının həyətyanı torpaq sahəsinin giriş-çıxış hissəsinə gedən yol faktiki olaraq açıqdır və cavabdeh tərəfindən müdaxilə halı mövcud deyildir. İddiaçının həyətyanı torpaq sahəsinə əlavə gediş-gəliş yolu kimi istifadə etmək üçün iddia etdiyi sahəsi isə fakitki olaraq cavabdehin istifadəsində olmaqla, Bələdiyyə mülkiyyətinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ъи маддясинdя эюстярилир ки, мцлкиййят щцгугу вя дашынмаз ямлака диэяр щцгуглар, бу щцгугларын мящдудлашдырылмасы, ямяля эялмяси, башгасына кечмяси вя хитамы дювлят гейдиййатына алынмалыдыр. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Odur ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömərli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı, X17, X12 və X9 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 6,0 (altı) kv.m hissəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ekspertizasının xərci olaraq 95 (doxsan beş) manat məbləğində pul vəsaitinin 42,50 manatı ikddiaçı X1, 42,50 manatı isə cavabdeh X2 tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK RHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi, “Kapital Bank” Gəncə filialı Kodu: 200275, VOEN **********, Müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X, Alan müştəri: DƏDKR RHŞ-nin 3 saylı Gəncə Əİ VOEN: **********, H/h AZ73AİİB******************** nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömərli, RX Seriyalı ******* nömrəli Çıxarışa əsasən, İddiaçı, X17, X12 və X9 xüsusi mülkiyyətində olan, Daşkəsən rayonu Gurbulaq kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 6,0 (altı) kv.m hissəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Məhkəmə ekspertizasının xərci olaraq 95 (doxsan beş) manat məbləğində pul vəsaitinin 42 (qırx iki) manat 50 (əlli) qəpiyi İddiaçı, 42 (qırx iki) manat 50 (əlli) qəpiyi isə cavabdeh X2 tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK RHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi, “Kapital Bank” Gəncə filialı Kodu: 200275, VOEN **********, Müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X, Alan müştəri: DƏDKR RHŞ-nin 3 saylı Gəncə Əİ VOEN: **********, H/h AZ73AİİB******************** nömrəli hesaba keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar