Məhkəmə qərarları › İş №2(030)-9/2025

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-9/2025

06.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-9/2025 06.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 qarşıtorpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 tərəfindən zəbt edilmiş torpaq sahəsindən çıxarılması, qanunsuz inşa edilmiş tor hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh tərəfindən iddiaçıya həmin torpaq sahəsindən istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli, obyektiv tədqiq edib sübutlara hüquqi qiymət verib, hesab edir ki, mülki iş baxılmamış saxlanılmaslıdır. Belə ki, işə əlavə edilmiş 30 iyun 2023-cü il tarixli 7E-14914 reyest nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən verilən səlahiyyətlər; həmin etibarnamə DƏDRX-nin ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli, 24 fevral 2017-ci il tarixli çıxarışa əsasən ona məxsus olan ünvan 1 kəndi ünvanında yerləşən 0,12 ha torpaq sahəsisərəncam verməyə, torpaq sahəsinə dair sənədləşmə işlərini aparmağı, texniki pasportu, bütün növ arayışları və digər sənədləri almağı, bununla əlaqədar sənədləri toplamağı, təqdim etməyi, istənilən növ ərizə yazmağı, göstərilən torpağın istənilən qiymət və şərtlərlə satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya qoymağı bununla əlaqədar bütün növ müqavilələri və digər sənədləri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Nümayəndə etibar etmişdir. Etibarnamənin məzmunundan göründüyü kimi məhkəmədə iddia qaldırmaq üçün iddia ərizəsini imzamaq hüququnun olması göstərilməmişdir. Belə olan vəziyyətdə iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış sayılır. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-ci maddəsinə görə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə 10 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu Nümayəndə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı Nümayəndə qaytarılsın. Qərardaddan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar