Məhkəmə qərarları › İş №2(030)-97/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-97/2023

01.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-97/2023 01.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlnun Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 30 saylı mənzildən çıxarılması, onu övladları X8, X7 və X6 ilə birlikdə Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 30 saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh ilə 2007-ci ildə ailə qurmuşlar. Aralarındakı nikahı 26 noyabr 2008-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 157 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 25 noyabr 2011-ci ildə Zaur, 04 dekabr 2014-cü ildə Lala və 05 yanvar 2019-cu ildə Aygün adlı üç uşaqları anadan olmuşdur. 17 il Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxanada yaşamışlar. Cavabdeh spirtli içki qəbul edərək əsassız yerə dava-dalaş salır. Xasiyyətləri uyğun gəlmədiyi üçün nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. 2022-ci ilin ortalarından faktiki olaraq ayrı yaşayırlar. Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatının 15 noyabr 2022-ci il tarixli 24 nömrəli orderə əsasən Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 30 saylı 1 otaqlı mənzili onun və azyaşlı övladları X8, X7 və X6 istifadəsinə verilmişdir. Cavabdeh onu və azyaşlı uşaqlarını mənzildən məcburi çıxartmışdır. Hal-hazırda cavabdeh qeyd edilən mənzildə, o, isə ata evində yaşayır. X12 cavabdehlə bir yerdə qalır. Cavabdehin həmin mənzilə heç bir hüququ yoxdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ailəsinin dağılmasını və uşaqlarında ayrı yaşamaq istəmir. Gəncə şəhərində torpaq sahəsi olsa da, maddi imkansılıqdan ev tikdirə bilmir. 2007-ci ildə ailə qurandan sonra ailəsi ilə birlikdə Daşkəsən şəhəri S.Vurğun küçəsi 7 saylı yataqxanada yaşamışlar. İddiaçı 2-3 ay müddətində qeyd edilən ünvana qeydiyyata düşmüşdür. Hazırda uşağın ikisi onun, biri isə iddiaçının yanında yaşayır. Mənzildən çıxarılacağı təqdirdə uşaqları ilə birlikdə gedəcək başqa yaşayış sahəsi yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 25 noyabr 2011-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 21 dekabr 2011-ci ildə 460 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 05 yanvar 2019-cu ildə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 17 yanvar 2019-cu ildə 09 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının 15 noyabr 2022-ci il tarixli 24 nömrəli orderinin təsdiq edilmiş surətindən görünür ki, Daşkəsən şəhəri S.Vurğun küçəsi 7 saylı yataqxananın giriş 1, mərtəbə 1, 16,9 kv.metr-lik 30 saylı 1 otaqlı mənzili İddiaçı, 25 noyabr 2011-ci il təvəllüdlü X8, 04 dekabr 2014-cü il təvəllüdlü X7 və 05 yanvar 2019-cu il təvəllüdlü X3 istifadəsinə verilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının 01 mart 2023-cü il tarixli 32 nömrəli məktubundan görünür ki, İddiaçı 2009-cu ildən Daşkəsən şəhəri S.Vurğun küçəsi 7 saylı yataqxananın 30 saylı mənzilində yaşayır. İddiaçı adı çəkilən ünvana qeydiyyata düşməsi barədə Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına müraciət etmiş, onun müraciəti əsasında İddiaçı, X8, X7 və X1 Rayon Polis Şöbəsinin pasport qeydiyyat şöbəsində Daşkəsən şəhəri S.Vurğun küçəsi 7 saylı yataqxananın 30 saylı mənzilinə qeydiyya alınmış və 15 noyabr 2022-ci il tarixli 24 nömrəli Order verilmişdir. İşə əlavə olunmuş Gəncə 1 saylı Mediasiya təşkilatının 06 dekabr 2022-ci il tarixli MŞG/1-06203 nömrəli arayışından görünür ki, İddiaçı “mənzildən çıxarılma tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 06 dekabr 2022-ci il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya zamanı 50 manat məbləğində mediasiya xərci tam ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktik halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 2007-ci ildə ailə qurmuşlar. Aralarındakı nikahı 26 noyabr 2008-ci ildə Daşkəsən rayon Qeydiyyat şöbəsində 157 saylı akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 25 noyabr 2011-ci ildə X8, 04 dekabr 2014-cü ildə X7 və 05 yanvar 2019-cu ildə X6 anadan olmuşdur. 2022-ci ilin ortalarından faktiki olaraq İddiaçı Cavabdeh ayrılmışdır. İddiaçı 2009-cu ildən Daşkəsən şəhəri S.Vurğun küçəsi 7 saylı yataqxananın 30 saylı mənzilində yaşamış, qeyd edilən ünvana qeydiyyata düşməsi üçün ərizə ilə Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına müraciət etmiş, onun müraciəti əsasında İddiaçı, X8, X7 və X1 Rayon Qeydiyyat və X4 tərəfindən Daşkəsən şəhəri S.Vurğun küçəsi 7 saylı yataqxananın 30 saylı mənzilinə qeydiyyata alınmış və İddiaçı adına 15 noyabr 2022-ci il tarixli 24 nömrəli Order verilmişdir. Hazırda İddiaçı Rəfail qızı Cavabdeh Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 30 saylı mənzildən çıxarılması, onu övladları X8, X7 və X6 ilə birlikdə Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 30 saylı mənzilinə köçülmələrini xahiş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-cü maddəsinə görə, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, əri Cavabdeh, övladları X8, X7 və X6 ilə birlikdə 2009-cu ildən Daşkəsən Rayon Qeydiyyat və X2 Daşkəsən şəhəri S.Vurğun küçəsi 7 saylı yataqxananın 30 saylı mənzilinə qeydiyyata alınmışlar. Tərəflər faktiki olaraq 2022-ci ilin ortalarında ayrı yaşayırlar. İddiaçı qeyd edilən ünvana qeydiyyata düşməsi barədə Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına müraciət etmiş və 15 noyabr 2022-ci il tarixli 24 nömrəli orderlə Daşkəsən şəhəri S.Vurğun küçəsi 7 saylı yataqxananın giriş 1, mərtəbə 1, 16,9 kv.metr-lik 30 saylı 1 otaqlı mənzili İddiaçı, 25 noyabr 2011-ci il təvəllüdlü X8, 04 dekabr 2014-cü il təvəllüdlü X7 və 05 yanvar 2019-cu il təvəllüdlü X3 istifadəsinə verilmişdir. Mübahisəli mənzilə dair İddiaçı sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirmək səlahiyyətinə malikdir. Cavabdeh qeyd edilən mənzilə yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməmişdir. İş materialları müəyyən edilir ki, iddiaçı və cavabdeh xeyli müddətdir ki, ayrı yaşayırlar və iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. İddiaçı ilə cavabdeh ayrı yaşadıqlarından, cavabdeh Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən kirayəçi olan iddiaçının ailə üzvlərinə daxil deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh oğlnun Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 30 saylı mənzildən çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüququ verib belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlnun Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 30 saylı mənzildən çıxarılmalı, İddiaçı övladları X8, X7 və X6 ilə birlikdə Azərbaycan Respublikası Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının 15 noyabr 2022-ci il tarixli 24 nömrəli orderinə əsasən istifadəsinə verilmiş Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 30 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, ilkin mediasiya sessiyasında ödənilmiş məbləğə münasibətdə qeyd edir ki, Cavabdeh mübahisə üzrə 06 dekabr 2022-ci il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci və 50 manat mıəbləğində dövlət rüsumu ödəmişdir. Ona görə də, ilkin mediasiya xərci 50 manat və ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 30 saylı mənzildən çıxarılsın. İddiaçı övladları - X8, X7 və X6 ilə birlikdə Azərbaycan Respublikası Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının 15 noyabr 2022-ci il tarixli 24 nömrəli orderinə əsasən istifadəsinə verilmiş Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 7 saylı yataqxananın 1-ci mərtəbəsində yerləşən 30 saylı mənzilə köçürülsün. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiya xərci və və ödənilmiş 50 əlli) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar