Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1010/2025 06.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1rşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1rşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran rayon məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin 4 saylı X12 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 124/K nömrəli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzinin Şabran meşəbəylikləri üzrə Pirəbədil meşəbəyliyinə meşə gözətçisi vəzifəsinə işə bərpa olunması barədə, əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdən Şabran RMTM-nin Şabran meşəbəylikləri üzrə Pirəbədil meşəbəyliyinə meşə gözətçisi təyin edilmişdir. Şabran X12 Mərkəzi sonradan "4 saylı X12 Mərkəzi" adlandırılmışdır. O, meşə gözətçisi olaraq işinin öhdəsindən daim müvəffəqiyyətlə gəlmiş və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X13 Mərkəzinin xx.xx.2025-d il tarixli, 124/K nömrəli əmrinə əsasən onun ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 31 iyul 2025-ci il tarixdən xitam verilmişdir. Həmin əmrdə qeyd olunur ki, 4 saylı X13 Mərkəzinin Pirəbədil meşəbəyliyinin 7 saylı meşə dolayında Azneft tB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən meşə fondu torpağı kürünərək diametrli ağac və kol cinsləri məhv edilmiş 1.3 ha ərazidə torpağın üst münbit qatı korlanmışdır. Nəticədə X21 277572,13 manat zərər hesablanmışdır. Göründüyü kimi Pirəbədil meşəbəyliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı vəzifə təlimatı üzrə müəyyən olunmuş vəzifələrini, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş, nəticədə dövlətin qanunla qorunan mənafelərinə 277572,13 manat məbləğində ziyan dəymişdir. Məsələ ilə bağlı xx.xx.2025- ci il tarixdə 4 saylı X12 X2 Komitəsinin iclası keçirilmiş və Pirəbədil meşəbəyliyinin 7 saylı dolay meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bildirir ki, işlədiyi dövrdə Pirəbədil meşəbəyliyinin meşə gözətçisi olaraq 7 saylı dolayın 3 kvartalında əmək funksiyalarını həyata keçirmişdir. Hər bir kvartal təxminən 200 hektar ərazini əhatə edirdi. Bir gün ərzində isə bütün kvartalların hamısını gəzmək qeyri-mümkündür. 2025-ci ilin 15-16 iyun tarixlərində o, 7 saylı dolayın 13 və 7-ci kvartallarını gəzmiş, 8-ci kvartalda olmamışdır. Belə ki, Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən qanunsuz olaraq tikinti-quraşdırma işləri həmin 8-ci kvartal ərazisində, 2025-ci ilin 15-16 iyun tarixlərində baş vermişdir. Üstəlik 2025-ci ilin 15-16 iyun tarixləri qeyri-iş günləri olmuşdur. Bundan əlavə 2025-ci ilin iyun ayının 5-i anası rəhmətə getdiyindən yas mərasimi ilə əlaqədar həmin ərəfələr başı çox qarışıq olmuşdur. 2025-ci ilin iyun ayının 17-si axşam 8 saylı kvartalda olarkən Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən qanunsuz olaraq tikinti-quraşdırma işlərinin aparıldığını, ərazidə kol-kosların qırıldığını görmüşdür. Belə ki, Şabran rayonu, Pirəbədil kəndi ərazisində yerləşən "Şabran" otelin ərazisindən işıq dirəklərinin çıxardılaraq Pirəbədil meşəbəyliyinin 7 saylı dolayının ərazisində basdırıldığı ona məlum olmuşdur. O, Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin əməkdaşlarına etirazını bildirmiş və ona görülən işlərin yuxarı səviyyədə razılaşdırıldığı bildirilmişdir. Buna baxmayaraq, o, bu barədə 7 saylı dolayın meşəbəyisinə həmin gün dərhal şifahi formada məlumat vermişdir. 2025-ci ilin iyun ayının 18-i səhər meşəbəyi və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin əraziyə gəldilər. Yerində baxış keçirilərək müvafiq inzibati xəta haqqında protokol tərtib edildi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Meşələrin İnkişafı Xidmətinə bu barədə məlumat verildi. Sonradan həmin faktlara hüquqi qiymət verilməsi üçün materiallar Baş Prokurorluğa göndərildi. Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin və "Şabran" otelin əməkdaşları işdən azad olunmaq yerinə heç bir əsas olmadan o, işdən azad olundu. Göründüyü kimi o, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi şəkildə yerinə yetirmiş, üzərinə düşən əmək vəzifələrini pozmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 124/K nömrəli əmri əsassız və qanunsuzdur. Həmin qanunsuz və əsassız əmr əsasında o işindən məhrum olmuşdur. Bundan sonra o, işin mediasiya vasitəsi ilə həll olunması məqsədi ilə əmək mübahisəsi, işə bərpa tələbləri ilə xx.xx.2025-ci il tarixdə Quba 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Qarşı tərəfin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmək üçün gəlməmiş, nəticədə ona Quba 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 124/K nömrəli əmri ləğv edilməli, o, 4 saylı X12 Mərkəzində əvvəlki vəzifəsinə işə bərpa olunmalıdır və əmək müqaviləmə xitam verildiyi tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzinin xx.xx.2025-d il tarixli, 124/K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 31 iyul 2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan İddiaçı əmək kitabçasından görünür ki, o, xx.xx.2018-ci il tarixdə Şabran RMTM-nin Şabran meşəbəylikləri üzrə Pirəbədil meşəbəyliyinə meşə gözətçisi təyin edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Quba 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, sessiyada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzinin nümayəndəsi iştirak etməmişdir. İş materialarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Quba 1 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində rüsum ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidməti tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi cənab Elnur Musayevə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şabran rayonunun inzibati ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Pirəbədil bələdiyyəsinin ərazisində diametrləri 16,20 və 32 sm-lik 3 ədəd palıd və 1260 ədəd qaratikan kolunun, 4 saylı X12 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartalı ərazisində isə diametrləri 8-80 sm-lik 2398 ədəd meşə cinsli (qoz, fıstıq, vələs, palıd və s.) ağacın və 142 ədəd yemişan kolunun “Azneft” İB-yə məxsus 35 KV-lik “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin yerinin dəyişdirilməsi məqsədilə İB-yə məxsus ağır texnika vasitəsilə məhv edilməsi, eyni zamanda meşə fonduna aid torpağın üst münbit qatının qanunsuz götürülməsi və yerində elektrik dirəklərinin basdırılması faktının aşkar olunduğu bildirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən təbiətə dəymiş ziyanın məbləği (ümumilikdə 480432,13 manat) cinayət tərkibi yaratdığını nəzərə alaraq iş üzrə materialların təqdim edilərək məsələyə hüquqi qiymət və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Şabran X12 Mərkəzi tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 13 nömrəli əmrdən görünür ki, İddiaçı Şabran RMTM-nin Şabran meşəbəylikləri üzrə Pirəbədil meşəbəyliyinə meşə gözətçisi təyin edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilən xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, o, Şabran meşəbəyinin Pirəbədil meşə sahəsinə meşə gözətçisi işinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 8 nömrəli əmək müqaviləsindən görünür ki, müqavilə Şabran RMTM-nin Şabran meşəbəylikləri üzrə Pirəbədil meşəbəyliyinin direktoru B.Allahyarov və İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan 4 saylı X12 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartallarında “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin qanunsuz köçürülməsi ilə əlaqədar götürülmüş ağacların həcm-qiymət cədvəllərinə əsasən vurulmuş ziyanın yekun məbləği hesablanmışdır. İş materiallarında olan 4 saylı X12 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartalı tərəfindən Pirəbədil meşəbəyiliyinin meşəbəyisi Saleh Həmidov və Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Meşələrin İnkişafı Xidmətinə daxil olmuş şifahi məlumata əsasən 4 saylı X12 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8-ci kvartalın bir hissəsində 13 ha sahə ağır texnika vasitəsilə kürünmüş ərazidəki ağac və kollar əsasən torpağın altında qalmışdır. Ərazidə 7 ədəd yüksək gərginlik hava elektrik verilişi xətlərinin çəkilməsi məqsədilə dəmir dayaqla basıdırlmışdır. Bu işlər heç bir icazə sənədi olmadan , Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin köçürülməsi nəticəsində olmuşdur. Həmin ərazidə olan müxtəlif diametrlərdə palıd cinsindən 820 ədəd, göyrüş cinsindən 284 ədəd, qarağac 153 ədəd, ağcaqayın 85 ədəd, fıstıq 22 ədəd, vələs 450 ədəd, yemişan 571 ədəd, qoz cinsindən 1 ədəd, cır alma 12 ədəd olmaqla, cəmi 2398 ədəd ağac, heyva cinsindən 10 ədəd, fındıq cinsindən 85 ədəd, alça cinsindən 47 ədəd olmaqla, cəmi 142 ədəd kol, ümumilikdə 2540 ədəd yaşıllıq, o cümlədən cücərti və yeniyetmələri kürünərək məhv edilmiş və torpağın üst münbit qatı götürülmüşdür. İş materiallarında olan 4 saylı X12 Mərkəzinin Pirəbədil meşəbəyiliyinin xidməti ərazilərindən keçən "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin qanunsuz köçürülməsi barədə məlumatdan görünür ki, ümumilikdə köçürülmə zamanı X21 dəymiş zərərin məbləği 277572,13 manat təşkil etmişdir. İş materiallarında olan 4 saylı X12 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, sözügedən ərazinin qanunsuz olaraq kürünməsi və elektrik dirəklərinin basdırılması barədə şifahi məlumat verdiyini bildirmişdir. İş materiallarında olan 4 saylı X12 Mərkəzinin meşəbəyisi X8 tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinin “Zağlı-Zeyvə” hava elektrik verilişi xətlərinin qanunsuz köçürülməsi ilə əlaqədar meşəbəyi və ya meşə gözətçisi tərəfindən mərkəzə rəsmi və ya şifahi məlumat daxil olmadığını bildirmişdir. İş materiallarında olan 4 saylı X12 Mərkəzinin direktoru X11 tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, 4 saylı X12 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartalında görülən işlərlə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona məlumat vermiş, həmən yerə gedərək ərazinin qanunsuz olaraq kürünməsi və elektrik dirəklərinin basdırılmasını görmüşdür. İş materiallarında olan 4 saylı X12 Mərkəzinin Pirəbədil meşəbəyiliyinin meşəbəyisi Saleh Həmidov tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə 7 saylı dolayının meşə gözətçisi İddiaçı telefon vasitəsilə axşam çağı sözügedən pozuntu barədə ona məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə o, həmin əraziyə getmiş, ərazinin kürünüb dəmir dirəklə basdırıldığını görmüşdür. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 4 saylı X12 X2 Komitəsinin xx.xx.2025-ci il tarixli iclas protokolundan görünür ki, Pirəbədil meşəbəyiliyinin meşəbəyisi X15 və həmin meşəbəyliyin 7 saylı dolayının meşə gözətçisi İddiaçı əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə 4 saylı X12 X2 Komitəsi tərəfindən razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilib-verilməməsi məsələsinin xx.xx.2025-ci il tarixdə, saat 14:00-da 4 saylı X12 Mərkəzinin binasında 4 saylı X12 X2 Komitəsi tərəfindən müzakirə olunacağı barədə məlumat verilmiş, iclasda iştirak etməsi təklif edilmişdir. İş materiallarında olan 4 saylı X12 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, 7 saylı dolayının 8 nömrəli kvartalında elektrik xətlərinin yerinin dəyişdirilməsi barədə xx.xx.2025-ci il tarixdə Saleh Həmidova zəng vasitəsilə məlumat verdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən qeyd edilən qanunvericilik aktı və vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə 4 saylı X12 X2 Komitəsi tərəfindən razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 297/ü nömrəli əmrdən görünür ki, mühafizəsinə məsul olduğu dolayda “Azneft” İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən 10-15 gün müddətində qanunsuz aparılmış tikintiquraşdırma işlərinə maneə olmayaraq vəzifə təlimatı və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə 4 saylı X12 Mərkəzinin Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 124/k nömrəli əmrdən görünür ki, mühafizəsinə məsul olduğu dolayda “Azneft” İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən 10-15 gün müddətində qanunsuz aparılmış tikintiquraşdırma işlərinə maneə olmayaraq vəzifə təlimatı və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə 4 saylı X12 Mərkəzinin Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş meşə gözətçisin vəzifə təlimatından görünür ki, meşə gözətçisi dolayın ərazisində özbaşına qırıntılara və meşə qanunvericiliyinin digər pozulmalarına dair yazılı məlumatı meşəbəyliyə və ya mərkəzə təqdim edir, meşə istifadəçiləri və meşə ərazisinə daxil olan digər şəxslər tərəfindən yanğın təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsini yoxlayır, meşədə yanğın təhlükəsizlik qaydalarına nəzarət edir, yanğın baş verdikdə onun söndürülməsi üçün tədbirlər görür, yanğın haqqında meşəbəyliyə, mərkəzə və digər aidiyyəti qurumlara xəbər verir. Dolayın ərazisində meşələrin qorunub mühafizə olunmasına bilavasitə məsuliyyət daşıyır. Xidməti ərazisi daxilində (dolay) meşə mühafizə və nəzarət tədbirlərini lazımi şəkildə və ya müddətdə təşkil etmədiyindən təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində meşə qanunvericiliyinin pozulması halları ilə bağlı müvafiq qanunvericiliklə məsuliyyət daşıyır. Bundan əlavə vəzifə təlimatı ilə tanış olduğunu İddiaçı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 014/K nömrəli əmrdən görünür ki, əmək funksiyası üzrə öhdəliyini tələb edilən qaydada yerinə yetirmədiyinə görə Pirəbədil meşəbəyiliyinin 7 saylı dolay meşə gözətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilməsi əmr edilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, 4 saylı X12 Mərkəzinin direktor müavini X10 daxil olmuş DX-001 nömrəli, 11 yanvar 2024-cü il tarixli təqdimata əsasən Pirəbədil meşəbəyliyinin 7 saylı dolayın 8-ci kvartalında aparılan qəfləti yoxlama zamanı aşkar olunmuş ərazidə müxtəlif diametrli müxtəlif cinsli 13 ədəd kök üstə yaş ağacların kəsilərək aparılması faktı aşkar olunmuşdur. İş materiallarında olan 4 saylı X12 X2 Komitəsinin xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının meşə gözətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilməsinin mərkəzin direktoru Elbrus Əliyevdən xahiş edilməsi qərara alınmışdır. Babayev X7 iştirak etdiyini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 4 saylı X12 Mərkəzinin direktoru Elbrus Əliyevə mərkəzin direktoru müavini X5 tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, tərəfindən Pirəbədil meşəbəyliyinin 7 saylı dolayın 8-ci kvartalında aparılan qəfləti yoxlama zamanı aşkar olunmuş ərazidə müxtəlif diametrli müxtəlif cinsli 13 ədəd kök üstə yaş ağacların kəsilərək aparılması faktı aşkar olunmuşdur. X17 və meşə gözətçisi İddiaçı əraziyə dəvət olunmuş və onlarda bu qırıntı ilə bağlı məlumatlarının olub-olmaması ilə bağlı izahat alınsa da, onlar öz növbələrində bundan məlumatsız olmaları barədə izahatlarında qeyd etmişdirlər. Qanunsuz ağac kəsilməsi zamanı təbiətə 629,07 manat məbləğində ziyan dəymişdir. Qeyd olunanları nəzərə alaraq dəymiş ziyanın ödənilməsi və səhlənkarlıq göstərmiş cavabdeh əməkdaşların məsuliyyət dərəcəsinə uyğun olaraq qanuna müvafiq tədbir görülməsinə dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X12 Mərkəzi tərəfindən tərtib edilən xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə tərtib edilmiş 58462 nömrəli aktdan görünür ki, Pirəbədil meşəbəyliyinin 7 saylı dolayında 13 ədəd kök üstə yaş vəziyyətdə olmuş ağacların qanunsuz olaraq kəsilməsi faktı aşkar olunmuşdur. Pirəbədil meşəbəyliyinin meşə gözətçisi ağacların kim və ya kimlər tərəfindən kəsilməsini bilmədiyi barədə yazılı izahat vermişdir. İş materiallarında olan Pirəbədil meşəbəyliyinin meşəbəyisi Saleh Həmidov və Pirəbədil meşəbəyliyinin meşə gözətçisi İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli izahatardan görünür ki, Pirəbədil meşəbəyliyinin 7 saylı dolayında 13 ədəd kök üstə yaş vəziyyətdə olmuş ağacların qanunsuz olaraq kəsilməsi hadisəsi barədə məlumatlarının olmadığını bildirmişdirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 4 saylı X12 Mərkəzinin Pirəbədil meşəbəyliyinin 7 saylı dolayının 8 saylı kvartalında aparılmış qanunsuz qırıntının çöl hesabatından görünür ki, cəmi 13 ədəd yaş kök üstə ağaclar kəsilərək yerindən aparılmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Pirəbədil meşəbəyliyinin 7 saylı dolayında olan ağaclar kəsilmişdir. İş materiallarında olan 4 saylı X12 Mərkəzinin (RMTM) Pirəbədil meşəbəyiliyinin 7 saylı dolayının 8 nömrəli kvartallarında xx.xx.2024-cü il tarixdə aparılmış qəfləti yoxlama zamanı aşkar edilmiş təqsirkarı məlum olmayan qanunsuz qırıntının həcm-qiymət cədvəllərindən görünür ki, vurulmuş ziyan hesablanmış və yekun ödəniləcək məbləğ 629,07 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, 1582 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən ziyanın dəyəri olan 629,07 manat ödənilmişdir. Göründüyü kimi İddiaçı iddia ərizəsində və iş materiallarında olan izahatında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzinin Pirəbədil meşəbəyiliyinin 7 saylı meşə dolayısında Azneft İB "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən meşə fondu torpağının kürünərək diametrli ağac və kol cinsləri məhv edildiyi, 1.3 ha ərazidə torpağın üst münbit qatı korlandığı barədə 7 saylı dolayın meşəbəyisinə şifahi formada məlumat verdiyini qeyd etmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş meşə gözətçisin vəzifə təlimatından görünür ki, meşə gözətçisi dolayın ərazisində özbaşına qırıntılara və meşə qanunvericiliyinin digər pozulmalarına dair yazılı məlumatı meşəbəyliyə və ya mərkəzə təqdim etməlidir. Bundan əlavə dolayın ərazisində meşələrin qorunub mühafizə olunmasına və meşə mühafizə və nəzarət tədbirlərini lazımi şəkildə və ya müddətdə təşkil etmədiyindən təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində meşə qanunvericiliyinin pozulması halları ilə bağlı müvafiq qanunvericiliklə məsuliyyət daşıyır. Bu səbəbdən İddiaçı əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi müəyyən olunmuş və qanunvericiliyə əsasən vəzifəsindən azad edilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X12 Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 014/K nömrəli əmrinə əsasən Pirəbədil meşəbəyiliyinin 7 saylı dolay meşə gözətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. Bu isə onu göstərir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə töhmət verilməsinə baxmayaraq, onun məsuliyyətsizliyi, öhdəliklərini yerinə yetirməməsi və ya laqeyd davranması yenidən mənfi nəticələrə, yəni meşə qanunvericiliyinin pozulmasına gətirib çıxarmışdır, hansı ki, sözügedən pozuntu ilə bağlı İddiaçı məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” xx.xx.2019-cu il tarixli, 1555-VQ nömrəli Qanununun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1rşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-1010/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1010/2025
06.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver