Məhkəmə qərarları › İş №2(031)-11/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-11/2021

15.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-11/2021 15.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbi barədə ilk iddia, Cavabdeh İddiaçı qarşı «torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxardılma tələbi barədə qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, JN:031A kod 30406048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, orada tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı JN-031 A Kod 30406048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, orada tikilmiş tiklinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə iddia tələbinin əsassız olduqundan təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması barədə qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, onun və ailə üzvlərinin mülkiyyətində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şabran rayon Ləcədi kəndində 0.15 ha həyətyanı torpaq sahəsi var. Cavabdehin də onun torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi vardır. Cavabdeh onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək həmin zəbt edilmiş torpaq sahəsində qanunsuz tikili işləri aparıb tövlə tikmişdir. Cavabdehə ona məxsus torpaq sahəsindən çıxması və qanunsuz tiklinin sökülməsi barədə müraciət etmiş, lakin cavabdeh müraciətə əməl etməmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Göründüyü kimi JN:031A kod 30406048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qeyd olunan torpaq sahəsinə onun mülkiyyət hüququ qanunla nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmışdır. 2016-cı ildə məhkəməyə ərizə vermişdir. İş üzrə ekspert rəy verə bilmədiyindən qərar qəbul edilməmişdir. Nə vaxta kimi gözləməlidir? Xahiş edir, işə baxılsın və JN:031A kod 30406048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, orada tikilmiş tiklinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılsın. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh İddiaçı ilkin iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, hal-hazırda yaşadığı Ləcədi kəndində onun istifadəsində 0.50 ha həyətyanı torpaq sahəsi olmalı olduğu halda onun istifadəsində 0.32 ha torpaq sahəsi vardır. X2 xx xxxx 1985-ci il tarixdə vəfat edəndən sonra və anası X10 xx xxxxxx 1999-cu il tarixdə vəfat edəndən sonra onlardan miras qalmış 1937-ci il tarixdə inşa edilmiş yaşayış evini və 0.18 ha həyətyanı torpaq sahəsini miras kimi faktiki olaraq qəbul etmiş və bu günə kimi idarə edir. Dəvəçi rayonu X12 xx xxxxxxxx 1997-ci il tarixli, 09 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş J-026F, KOD 30406048 Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmiş 0.15 ha torpaq sahəsində fərdi yaşayış evi tikib ailə üzvləri ilə birlikdə yaşayır. X1 Dəvəçi rayonu X12 xx xxxxxxxx 1997-ci il tarixli, 09 saylı qərarına əsasən mülkiyyətinə verilmiş JN-027 F, KOD 30406048 Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsini bacısı xx xxxx 2002-ci il tarixdə həyat yoldaşı vəfat edəndən sonra miras kimi faktiki olaraq qəbul etmiş və hal-hazırda idarə edir. Qeyd etdiyi torpaq sahələri cəmi 0.50 ha təşkil edir və bir-biri ilə qonşudur, bir yerdə yerləşməlidir. Cavabdeh 0.50 ha torpaq sahəsindən 0.18 ha zəbt etdiyinə görə faktiki olaraq onun istifadəsində 0.32 ha torpaq sahəsi qalmışdır. Cavabdeh torpaq sahəsinə dair verilmiş şəhadətnaməyə istinad edir. Lakin şəhadətnamədə göstərilən torpaq sahəsi ona düzgün yerdə ölçülüb verilməmişdir. Bu səbəbdən də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Uzun müddətdir gəlib-gedir, mütəxəssislər rəy verə bilmədiyindən işə baxılmır, artıq gəlib-getmək istəmir. Xahiş edir, işə baxılsın və ilk iddia üzrə İddiaçı ona qarşı JN-031 A Kod 30406048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən onun çıxarılması, orada tikilmiş tiklinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə iddia tələbinin əsassız olduqundan təmin edilməməsi, onun cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması barədə qarşılıqlı iddiasının təmin edilməsi bardə qətnamə çıxarılsın. Məhkəmə tərəfləri və şahidi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirdi ki, o, 2003-cü ildən Şabran rayonu Dəvəçi bələdiyyəsinin sədri işləyir. Hər iki tərəfi də tanıyır. O, həmin torpaq sahəsinə 2016-2017-ci illərdə baxış keçirərək ölçü aparmışdır. Onların torpaq sahələrinin koordinatlarının müəyyənləşdirilməsi mümkün deyil, çünki həmin xəritələr əllə işlənmişdir. 2019-cu ilin yay ayında təzə xəritə işlənmiş, o, da faktiki nə var, onu işləmişlər. İddiaçı torpaq sahəsindən istifadə etmədiyi üçün həmin sahə açıq sahə kimi qalmışdır. 2016-cı ildə gəlib ki, torpaq sahəsindən istifadə etsin, bu zaman torpaq sahəsində çatışmamazlıq olduğu aşkar olunmuşdur. İddiaçı torpaq sahəsindən təxminən 3 sot torpaq sahəsi çatmır. Cavabdeh isə torpaq sahəsini adına keçirtdiyi andan istifadə edir. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-031A KOD 30406048 saylı Şəhadətnaməyə əsasən İddiaçı torpaq sahəsinə Cavabdeh torpaq sahəsi bitişikdir. Yəni, Təvəkkülün qonşuluğunda ancaq Abdulladır, digər tərəfi isə bələdiyyə mülkiyyətidir. Bələdiyyə Təvəkkülün torpaq sahəsinə girməmişdir. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-031A KOD 30406048 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X12 xx xxxxxxxx 1997-ci il tarixli 09 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-026F KOD 30406048 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X12 xx xxxxxxxx 1997-ci il tarixli 09 saylı qərarına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-027F KOD 30406048 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X12 xx xxxxxxxx 1997-ci il tarixli 09 saylı qərarına əsasən X3 və ailə üzvlərinin mülkiyyətinə 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 08 saylı arxiv çıxarışından və arxiv çıxarışından görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon Kuybışev kənd XDS İK-nin Ləcədi üzrə 1983-1985-ci illərdə tərtib edilmiş 7№-li təsərrüfatbaşına kitabının 19-cu səhifəsində mərhum X5 306 saylı təsərrüfatı qeydə alınmışdır. Həmin təsərrüfatda 1937-ci ildə inşa edilmiş yaşayış evi və 0.18 ha həyətyanı torpaq sahəsi göstərilmişdir. Şabran rayon İHB-nın Təzəkənd İƏD-nin 1996-2000-ci illərdə Ləcədi kənd üzrə tərtib edilmiş 8 saylı təsərrüfatbaşına kitabın 11-ci səhifəsində mərhum X6 516 saylı təsərrüfatı qeydə alınmışdır. Həmin təsərrüfatda 1937-ci ildə inşa edilmiş yaşayış evi və 0.18 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, xx xxxxxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixli arayışlardan görünür ki, X8 xx xxxx 1985-ci ildə, X10 xx xxxxxx 1999-cu ildə və X7 xx xxxx 2020-ci ildə ölmüşlər. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Dəvəçi İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 08 saylı arayışdan görünür ki, X10 həqiqətən vəfat edən günə kimi xx xxxxxx 1999-cu il tarixədək Şabran rayonun Ləcədi kəndində yaşamış və orada xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Vəfatından sonra ailə üzvləri Cavabdeh və X11 qalmışdır. Ölümündən sonra evi və təsərrüfatı mərhumun oğlu Cavabdeh idarə edir. İşə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli aktdan görünür ki, Şabran rayonu Ləcədi kəndində Cavabdeh yaşadığı evin həyətyanı sahəsində, evin şimal-cənub tərəfində Cavabdeh tərəfindən 1958-ci il tarixdə eni 4 metrə, uzunu 10 metrə olan mal-qara saxlaması üçün tövlə tikilmişdir. Cavabdeh yaşadığı evi 1991-ci ildə inşa etmişdir. Halhazırda 3 nəfər ailə üzvləri ilə orada yaşayır. Tövlə inşa edilmiş torpaq sahəsindən 1991-ci ildə məqsədyönlü istifadə edir. Aktın doğruluğunu T.Talıbov, T.Hüseynov, C.Osmanov və T.Babayeva öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Dəvəçi İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 58 saylı çıxarışdan görünür ki, Cavabdeh atası X9 İƏ Nümayəndəliyinin Ləcədi kəndində 1938-ci ildə tikilmiş 3 yaşayış otaqdan ibarət, ümumi sahəsi 60 kvm, yaşayış sahəsi 40 kvm, köməkçi sahəsi 20 kvm olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.18 ha həyətyanı torpaq sahəsi vardır və 09 nömrəli təsərrüfat başına kitabın 583 saylı şəxsi hesabında qeydə alınmışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2016cı il tarixli 27506 saylı ekspert rəyindən görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-031A, KOD 30406048 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi Torpağın Mülkiyyətə JN-026F, kod 30406048 saylı şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini və İddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh və ya qeyriləri tərəfindən tiklilərin inşa olunub-olunmamasının müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün deyildir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəifndən verilmiş xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mülki işin kameral şəraitdə araşdırılması zamanı müəyyən olunmuşdur ki, vahid elektron baza məlumatları ilə mübahisə tərəflərinin istifadə etdikləri həyətyanı torpaq sahələrinin naturadakı faktiki sərhədləri arasında kəskin uyğunsuzluq vardır. Bu səbəbdən tərəflərindən mülki işin araşdırılması mümkün olmamışdır. İşə əlavə edilmiş Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MM-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 03 may və xx xxxx 2019-cu il tarixli arayışlardan görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-031A kod 30406048 saylı Şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin yerində göstərilməsi mümkün deyildir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışdan görünür ki, Şabran rayonu Ləcədi kəndində yerləşən 0.17 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş xx xxxx 2017-ci il tarixli 05/1127 saylı arayışdan görünür ki, Şabran rayonu, Ləcədi kəndində yerləşən 0.17 ha torpaq sahəsinin xx xxxxx 2017-ci il tarixinə bazar dəyəri 6200 manat təşkil edir. İşə əlavə edilmiş Cavabdeh Notariat Kontoruna ünvanladığı ərizədən görünür ki, Şabran rayonu, Ləcədi kəndində yaşamış və xx.xx.1985-ci ildə vəfat etmiş atası – X4 qalmış miras əmlakı qəbul edir. Miras əmlak Şabran rayonu, Ləcədi kəndində yerləşən evdən və 0.18 ha torpaq sahəsinin mərhuma düşən hissəsindən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X16 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.7. maddəsinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. maddəsinə əsasən mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 1-ci bəndinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin Məcəllənin 5.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökül məsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onları n hesabına həyata keçirilir. Həmin Məcəllənin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə ilk İddiaçı və ailə üzvlərinin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.15 ha torpaq sahəsi verilmişdir. Eləcə də, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh və ailə üzvlərinin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.15 ha torpaq sahəsi verilmişdir. Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsündən görünür ki, Cavabdeh məxsus torpaq sahəsi İddiaçı məxsus torpaq sahəsi ilə qonşudur. İddiaçı digər tərəfi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh torpaq sahəsindən həmişə istifadə etmiş, lakin İddiaçı öz torpaq sahəsindən istifadə etməmiş, torpaq sahəsini hasara almamış, ətrafları açıq olmuşdur. 2016-cı ildə blədiyyənin iştirakı ilə torpaq sahəsi ölçülərkən müəyyən olunmuşdur ki, İddiaçı və onun ailə üzvlərinin torpaq sahəsində çatışmamazlıq vardır. İddiaçı qonşuluğunda ancaq Cavabdehdir. İş üzrə mütəxəssis (ekspert) tərəfindən konkret rəy verilməsə də, məhkəmə işin faktiki hallarına, tədqiq olunan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, torpağın mülkiyyətə verilməsinə dair JN:031A kod 30406048 saylı şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək istifadə olunur, zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikililər tikilmişdir. Odur ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN:031A kod 30406048 saylı şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılmalı, orada tikilmiş tikililər cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılmalıdır. Cavabdeh İddiaçı qarşı «torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxardılma tələbi barədə qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN:031A kod 30406048 saylı şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılsın, orada tikilmiş tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılsın. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh İddiaçı qarşı «torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxardılma tələbi barədə qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Cavabdeh 60 (altımış) manat ekspertiza xərci tutularaq Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, mühbir hesab: AZ37NABZ********************, Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC, hesab: AZ23AİİB********************, VÖEN********** hesaba ödənilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar