Məhkəmə qərarları › İş №2(031)-1136/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1136/2024

05.12.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1136/2024 05.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbi barədə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixində Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuş X5 12 dekabr 2015-ci il tarixində İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı X11 xx.xx.1988-ci il tarixində Dəvəçi (indiki Şabran) şəhərində anadan olmuşdur. X11 2014-cü ildə ailəsi ilə birlikdə Suriya Ərəb Respublikasına getmiş, eyni ildə Suriyadan İraq Respublikasına keçmişdir. Ondan sonra Tehran Umayev Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır. X5 2015-ci ilin dekabr ayının 12-si öldürüldüyü bildirilir. Belə ki, sübut kimi məhkəməyə təqdim etdiyi, X5 həyat yoldaşı X3 ərizəsində qeyd edilir ki, X11 2015-ci ilin dekabrın on ikisində axşam radələrində bazardan evə öz maşını ilə qayıdarkən təyyarə bombası ilə öldürülmüş, onun cəsədini o və uşaqları görmüş, X18 Təlafər qəbiristanlığında dəfn edilmişdir. X1 cəsədinin fotoşəklini də sübut kimi iddia ərizəsinə əlavə edir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2468/2018 saylı qətnaməsinə əsasən X5 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2468/2018 saylı qətnaməsində də qeyd olunur ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan aydın olur ki, X11 xx.xx.2014- cü il tarixində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır. X5 həyat yoldaşı X9 ilə birgə nikahlarından xx.xx.2010cu il tarixində övladları X12 və xx.xx.2013-cü il tarixində övladları X7 anadan olmuşlar. X5 öldüyünü güman edən kifayət qədər əsaslar olduğundan və onun həyat yoldaşı X9 həbs olunduğundan müraciəti əsasında Şabran rayon İcra Hakimiyyəti Başçısının 13 dekabr 2019-cu il tarixli, 131 nömrəli sərəncamına əsasən o, nəvələri X12 və X2 üzərində qəyyum təyin edilmişdir. Həmin sərəncamda qeyd olunur ki, X20 Respublikasının Təlafər şəhərində həlak olduğundan, Elmira Umayeva həbs olunduğuna görə onların azyaşlı övladları faktiki olaraq valideyn himayəsindən məhrum olmuşlar. Göründüyü kimi X5 öldüyünü güman etməyə kifayət qədər əsaslar vardır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-2468/2018 saylı qətnaməsindən görünür ki, maraqlı şəxs X5 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon İcra Hakimiyyəti Başçısının 13 dekabr 2019-cu il tarixli, 131 nömrəli sərəncamından görünür ki, Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X2 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanan 22 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, X5 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 596107 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X10 19 iyul 2010-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X11 ilə X4 birgə nikahlarından xx.xx.2010-cu ildə Ayşə və xx.xx.2013-cü ildə Muhəmməd adlı uşaqları olmuşdur. İş materiallarında olan Xİİİ-JQ seriyalı 358109 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1988-ci il tarixində Dəvəçi şəhərində anadan olmuşdur. Azarbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin 445.0.1-ci maddasinə asasan barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxa bilər. Göründüyü kimi, ölmüş elan edilməsi üçün, müvafiq şəxsin Azərbaycan Respublikası vətəndaşlığına malik olması vacibdir, lakin təqdim edilən sənədlərdən aydın olur ki, Tehran Umayev Azərbaycan Respublikası vətəndaşlığını itirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi oğlu X5 2014-cü ildə ailəsi ilə birlikdə Suriya Ərəb Respublikasına getməsi, eyni ildə Suriyadan İraq Respublikasına keçməsi, eyni zamanda, X5 2015-ci ilin dekabr ayının 12-si öldürülməsi barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbi barədə ərizəsi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar