Məhkəmə qərarları › İş №2(031)-126/2021

Şabran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(031)-126/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-126/2021 10.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı Əmlakın çıxarılması tələbi barədə mülki işə xx xxxxxx 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus olan əmlakın ona məxsus Şabran şəhəri, Bakıxanov (Xətai) küçəsində yerləşən 7 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, cavabdeh X2 onun gəlini olmuşdur. Günel onun evinə 195-ci ildə gəlin gəlmişdir. X4 birgə nikahlarından xx xxxxx 2006-cı ildə Məleykə və xx xxxxxxxx 2008-ci ildə Akif adlı uşaqları olmuşdur. Cavabdeh ilə onun oğlu X1 məhkəmənin qərarı ilə xx.xx.2020-ci ildə boşanmışlar. Uşaqlar həmin vaxtdan onun yanında yaşayırlar. Ayrıldıqdan sonra cavabdeh nə onlarla, nə də uşaqları ilə əlaqə saxlamamışdır. Cavabdehin harada yaşadığını bilmir. Lakin, cavabdehin əmlakı onların evindədir. Ona görə də cavabdehin əmlakının çıxarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Xahiş edir, Cavabdeh məxsus olan əmlakın ona məxsus Şabran şəhəri, Bakıxanov (Xətai) küçəsində yerləşən 7 saylı evdən çıxarılması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasına məlum olmayan səbəbdən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddiaçının etirazı olmadığından işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 330935 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X1 ilə Cavabdeh arasında bağlanmış rəsmi nikahları xx xxxxxx 2020-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Texniki inventarlaşdırma birosu tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Dəvəçi şəhəri, Xətai küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 84.4 kvm olan, 07 saylı yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş AZ-İİ seriyalı 287386 saylı və AZ-İ seriyalı 771500 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, X1 ilə Cavabdeh birgə nikahlarından xx xxxxx 2006-cı ildə Məleykə və xx xxxxxxxx 2008-ci ildə Akif adlı uşaqları olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki, mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sənərncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4. maddəsində qeyd edilmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilməsi imkanıdır. Yəni mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. «İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq MM-nin 152.4-cü maddəsində qeyd edilmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilməsi imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3. maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh məxsus olan əmlak İddiaçı məxsus Şabran şəhəri, Bakıxanov (Xətai) küçəsində yerləşən 7 saylı evdən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 238-244, 252,253cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus olan əmlak İddiaçı məxsus Şabran şəhəri, Bakıxanov (Xətai) küçəsində yerləşən 7 saylı evdən çıxarılsın. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Şabran rayon məhkəməsinə ərizə verə bilər. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar