Məhkəmə qərarları › İş №2(031)-126/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-126/2024

19.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-126/2024 19.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 24 saylı notariat ofisi və Maraqlı şəxs2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 24 saylı notariat ofisi və Maraqlı şəxs2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixdə vəfat etmiş əri X1 miras qalmış **-XU-*** dövlət qeydiyyat nişanlı Bogdan 211040-82 minik markalı nəqliyyat vasitəsinin miras olaraq onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X4 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və ondan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhər 24 saylı notariat ofisinə müraciət etmişdir. Lakin müddət ötürüldüyünə görə ona şəhadətnamə verilməsindən imtina edilmişdir. Əri ilə birgə nikahda olarkən əldə etdikləri **-XU-*** dövlət qeydiyyat nişanlı Bogdan 211040-82 minik markalı nəqliyyat vasitəsi hazırda onun istifadəsi və sahibliyindədir. Faktiki olaraq həmin əmlakı qəbul etmiş və sürür. Digər Maraqlı şəxs2 də onun qızı olmaqla həmin əmlakın onun tərəfindən qəbul edilməsini bildirir. Ona görə də mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Bakı şəhəri 24 saylı notariat ofisinin nümayəndəsi və Maraqlı şəxs2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı qızıdır. Onun əri Sərdar İskəndərov xx.xx.2015-ci il tarixdə vəfat etmiş və ondan **-XU-*** dövlət qeydiyyat nişanlı Bogdan 211040-82 minik markalı nəqliyyat vasitəsi miras qalmışdır. Həmin avtomaşın hazırda ərizəçinin sahibliyi və istifadəsindədir. İş materiallarında olan AZ-İ seriyalı 036282 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X3 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İ seriyalı 529056 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 xx.xx.2004-cü il tarixdə doğulmuş, atası X4, anası Ərizəçidır. İş materiallarında olan AZ-İ seriyalı 755097 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AB seriyalı 386516 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-XU-*** dövlət qeydiyyat nişanlı Bogdan 211040-82 minik markalı nəqliyyat vasitəsi 2010-cu il buraxılışlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. İş materiallarında olan Maraqlı şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, atasından miras qalmış **-XU-*** dövlət qeydiyyat nişanlı Bogdan 211040-82 minik markalı nəqliyyat vasitəsinin ona çatası hissəsindən anası Ərizəçi xeyrinə imtina etmişdir. İş materiallarında olan Bakı şəhəri 24 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mirasın qəbulu müddəti keçdiyi üçün xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 miras qalmış **-XU-*** dövlət qeydiyyat nişanlı Bogdan 211040-82 minik markalı nəqliyyat vasitəsinə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 miras qalmış **-XU- *** dövlət qeydiyyat nişanlı Bogdan 211040-82 minik markalı nəqliyyat vasitəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən verilmiş məktubun surətindən müəyyən olunur ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddəti keçdiyinə görə notariat orqanından vərəsəlik şəhadətnaməsinin alınması mümkün olmamışdır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 miras qalmış **-XU-*** dövlət qeydiyyat nişanlı Bogdan 211040-82 minik markalı nəqliyyat vasitəsindən ibarət olan miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 miras qalmış **-XU-*** dövlət qeydiyyat nişanlı Bogdan 211040-82 minik markalı nəqliyyat vasitəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar