Məhkəmə qərarları › İş №2(031)-1271/2025

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-1271/2025

29.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-1271/2025 29.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı Müseib oğlunun, Cavabdeh Azərbaycan Avtomobil X5 "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Müseib oğlunun cavabdeh Azərbaycan Avtomobil X5 "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Müseib oğlu cavabdeh Azərbaycan Avtomobil X5 "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Avtomobil X5 "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 11-1/3-1-282/2025 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunmasını və əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli barışıq sazişindən görünür ki, İddiaçı Müseib oğlu və Azərbaycan Avtomobil X5 "xxxx" MMC-nin nümayəndəsi X3 aşağıdakı məzmunda razılığa gəlmişdirlər. İddiaçı Müseib oğlu əvvəlki vəzifəsinə işə bərpa olunması və əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqısının hesablanaraq ona ödənilməsi barədə olan iddiasından imtina etmişdir. Azərbaycan Avtomobil X5 "xxxx" MMC-nin nümayəndəsi X1 Ramin Müseib oğlunun Azərbaycan Avtomobil X5 "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli, 11-1/3-1-282/2025 nömrəli əmrin ləğv edilməsi barədə iddiasının təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Barışıq sazişi İddiaçı Müseib oğlu və Azərbaycan Avtomobil X5 "xxxx" MMC-nin nümayəndəsi X3 tərəfindən imzalanmışdır. Göründüyü kimi hazırkı mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2026-cı il tarixli barışıq sazişinə əsasən mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədənkənar qaydada həll edərək müvafiq saziş bağlamışdırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədənkənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək mübahisənin məhkəmədənkənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər biri göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilməsini xahiş etdiklərindən işə mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Mülki Prossesual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Müseib oğlu və cavabdeh Azərbaycan Avtomobil X5 "xxxx" MMC-nin nümayəndəsi X3 arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin: Barışığın şərtləri: İddiaçı Müseib oğlu əvvəlki vəzifəsinə işə bərpa olunması və əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqısının hesablanaraq ona ödənilməsi barədə olan iddiasından imtina edir. Azərbaycan Avtomobil X5 "xxxx" MMC-nin nümayəndəsi X1 Ramin Müseib oğlunun Azərbaycan Avtomobil X5 "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 11-1/3-1-282/2025 nömrəli əmrin ləğv edilməsi barədə iddiasının təmin edilməsinə etirazının olmadığını bildirir. İddiaçı Müseib oğlunun cavabdeh Azərbaycan Avtomobil X5 "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair 2(031)-1271/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar