Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1278/2025 02.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi; İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şabran Rayon Notariat Kontoru və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X41 5 Saylı Xaçmaz Ərazi İdarəsinə qarşı və X15, X29, X30, X20, X22 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildikləri “miras əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şabran Rayon Notariat Kontoru və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X41 5 Saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzrə payların müəyyən edilməsi və torpaq sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********88; qeydiyyat nömrəsi **********) üzrə müəyyən edilmiş X11 3/36 hissəsinin 1/6 payı və X2 3/36 hissəsinin 1/6 payı hər bir iddiaçı üçün müəyyən edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 ha torpaq sahəsinin (daşınmaz əmlakın reyestr nömrəsi **********88; qeydiyyat nömrəsi **********) üzrə naturada paylarının ayrılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq, iddiaçılara ödənilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********88; qeydiyyat nömrəsi **********) xx.xx.2025-ci İl tarixində Azərbaycan Respublikasının Əmlak Məsələlər Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən hüquq sahiblərinin hüquqları qeydiyyata alınaraq payları aşağıdakı kimi müəyyən edilmişdir: 1. Cavabdeh4 6/36 hissə; 2.X26-6/36 hissə; 3.Cavabdeh3-6/36 hissə; 4.X31İu-6/36 hissə; 5.İddiaçı3-2/36 hissə; 6.İddiaçı1-2/36 hissə; 7.İddiaçı2-2/36 hissə; 8. X23-3/36 hissə; 9.X12-3/36 hissə. Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestı nömrəsi **********88;qeydiyyat nömrəsi **********) xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən hüquq sahiblərinin hüquqları qeydiyyata alınmış X12 xx.xx.2006-ci il tarixində, X23 isə xx.xx.2013-cü il tarixində vəfat etmişdir. Onların vəfat etməsi ilə əlaqadar Şabran rayon Notariat Ofisinə müraciət edilərək Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 hektar torpaq sahəsinin (daşınmaz əmlakın reyestr nömrəsi **********88) miras payları müəyyənləşdirilmişdir (hər birindən hər bir iddiaçıya 1/6 pay müəyyən edilmişdir). Lakin cavabdehlər Cavabdeh4, X26, Cavabdeh3 ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında paylı mülkiyyətdə Şabran rayon Padar kənd ərazisində yerləşən 1,9814 hektar torpaq sahəsinin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilmədiyindən, iddiaçılar öz paylarının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bununla yanaşı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın əsasını və ya predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X12 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 miras qalmış Şabran rayonunun Padar kənd ərazisində yerləşən 1,9814 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********88; qeydiyyat nömrəsi **********), 1,0317 hektar (daşınmaz əmlakın reyestr nömrəsi **********86; qeydiyyat nömrəsi **********) və 0,084 hektar (daşınmaz əmlakın reyestr nömrəsi **********87; qeydiyyat nömrəsi **********) üzrə müəyyən edilmiş X11 3/36 hissəsinin 1/6 payı və X2 3/36 hissəsinin 1/6 payı hər bir iddiaçı üçün müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 (İddiaçı3 həmçinin AR- İİİ seriyalı, 504528 saylı etibarnamə əsasında İddiaçı2 nümayəndəsidir) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi və xx.xx.2006-cı il tarixdə vəfat etmiş xx.xx.1927-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş xx.xx.1933-cü il təvəllüdlü X8 miras qalmış əmlakın vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iddia tələbinin təmin edilərək xx.xx.2006-cı il tarixdə vəfat etmiş xx.xx.1927-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş xx.xx.1933-cü il təvəllüdlü X8 miras qalmış əmlak üzrə payların məhkəmə tərəfindən müəyyən edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və AR-İ seriyalı, 824878 saylı etibarnamə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20, X24, X29 və X13 nümayəndəsi X30 hazırki iş üzrə iddia tələbinin təmin edilməsinə və xx.xx.2006-cı il tarixdə vəfat etmiş xx.xx.1927-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş xx.xx.1933-cü il təvəllüdlü X8 miras qalmış əmlak üzrə payların məhkəmə tərəfindən müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Şabran Rayon Notariat Kontoru və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X41 5 Saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə məhkəmə bildiriş göndərilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməmələri barədə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 və cavabdehlər Şabran Rayon Notariat Kontoru və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X41 5 Saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4 və 185.5-ci maddələrinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şabran Rayon Notariat Kontoru və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X41 5 Saylı Xaçmaz Ərazi İdarəsinə qarşı və X15, X29, X30, X20, X22 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildikləri torpaq sahəsi üzrə payların müəyyən edilməsi və torpaq sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-215/2024 saylı arayışdan görünür ki, X23 rəhmətə gedəndən sonra ailə üzvləri – X16, X15, X14, İddiaçı2, X25 və İddiaçı3 qalmışdır. - Şabran Rayon Məhkəməsinin 2(031)-47/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, X8 və X1 qalmış mirasın İddiaçı2, İddiaçı3, X14 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilmişdir. - xx.xx.2025-ci il tarixli reyestrdə 2V-374 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X11 vərəsələri: İddiaçı2 və İddiaçı3 miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X17 verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.9814 hektar olan torpaq sahəsinin X17 məxsus hissəsindən ibarətdir. Eldarova (Mirzəyeva) Nərgiz Sədrəddin qızı, Eldarova (Bayramova) Şəfiqə Sədrəddin qızı və X18 çatası paylar açıq saxlanılmışdır. - xx.xx.2025-ci il tarixli reyestrdə 2V-375 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X11 vərəsəsi vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçı1 miras qalmış əmlakdan vəfat etmiş X5 çatası 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X17 verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.9814 hektar olan torpaq sahəsinin X17 məxsus hissəsindən ibarətdir. Eldarova (Mirzəyeva) Nərgiz Sədrəddin qızı, Eldarova (Bayramova) Şəfiqə Sədrəddin qızı və X18 çatası paylar açıq saxlanılmışdır. - xx.xx.2025-ci il tarixli reyestrdə 2V-376 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 vərəsələri: vərəsəliyi qəbul etmiş lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2013-cü il tarixdə vəfat etmiş X11 vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3 miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X17 verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.9814 hektar olan torpaq sahəsinin X6 məxsus hissəsindən ibarətdir. Eldarova (Mirzəyeva) Nərgiz Sədrəddin qızı, Eldarova (Bayramova) Şəfiqə Sədrəddin qızı və X18 çatası paylar açıq saxlanılmışdır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (**********86 reyestr nömrəli daşınmaz əmlak) görünür ki, Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, X12, X25 və X11 ümumi birgə mülkiyyətindədir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (**********87 reyestr nömrəli daşınmaz əmlak) görünür ki, Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, X25, X23 və X2 ümumi birgə mülkiyyətindədir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (**********88 reyestr nömrəli daşınmaz əmlak) görünür ki, Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 6/36 hissədə Cavabdeh4, 6/36 hissədə Cavabdeh2, 6/36 hissədə Cavabdeh3, 6/36 hissədə X25, 2/36 hissdə İddiaçı3, 2/36 hissədə İddiaçı1, 2/36 hissədə İddiaçı2, 3/36 hissədə X23, 3/36 hissədə isə X2 mülkiyyətindədir. - Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsi ilə X21 AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1933-cü il təvəllüdlü X23 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. - Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsi ilə X21 AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1927-ci il təvəllüdlü X12 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. - xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, hazırki iş üzrə məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının "Notariat haqqında” xx.xx.1999-cu il tarixli, 762-İQ nömrəli Qanununun: 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Beləliklə, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.2006-cı il tarixdə vəfat etmiş xx.xx.1927-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş xx.xx.1933-cü il təvəllüdlü X8 miras əmlak olaraq hər birinə ayrı-ayrılıqda ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (**********88 reyestr nömrəli daşınmaz əmlakın) 3/36 hissəsi; ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (**********86 reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi; ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (**********87 reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsindən ibarətdir və hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın əsasını və ya predmetinin dəyişdirərək həmin miras əmlakdan onlara çatası payın məhkəmə qaydasında müəyyən edilməsini tələb edirlər. Bu səbəbdən də onların tələbləri həmin hissədə təmin edilməli və xx.xx.2006-cı il tarixdə vəfat etmiş xx.xx.1927-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş xx.xx.1933-cü il təvəllüdlü X8 miras qalmış əmlaklar üzrə vərəsələrin payları məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı xx.xx.2006-cı il tarixdə vəfat etmiş xx.xx.1927-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş xx.xx.1933-cü il təvəllüdlü X8 vərəsələrinin onların uşaqları: 1 - İddiaçı2, 2 - İddiaçı3, 3 - X25, 4 - X15, 5 - X16 və 6 - X14 olduğu, həmin vərəsələrdən ikisinin, yəni 1 - X16 və 2 - X3 hazırda vəfat etdiyi, X7 vərəsələrinin 1 - X29, 2 X30, 3 X20, 4 X22 və 5 X24 olduğu, X3 vərəsəsinin isə İddiaçı1 olduğu müəyyən edilmişdir. Bu səbəbdən də xx.xx.2006-cı il tarixdə vəfat etmiş xx.xx.1927-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş xx.xx.1933-cü il təvəllüdlü X8 miras qalmış əmlak altı övlad arasında bərabər bölünərək hər birinə 1/6 hissə pay düşməli, həmçinin İddiaçı2, İddiaçı3, X25 və X4 hər biri 1/6 hissədə pay almalı, vəfat etmiş övladlara münasibətdə X3 vərəsəsi kimi İddiaçı1 1/6 hissədə, vəfat etmiş X7 vərəsələri kimi X29, X30, X20, X22 və X10 hər biri 1/30 hissədə pay almalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən hazırki iş üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməli və iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi:
1. İddia təmin edilsin.
2. X8 miras qalmış: - ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (**********88 reyestr nömrəli daşınmaz əmlakın) 3/36 hissəsi; - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (**********86 reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi; - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (**********87 reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi üzrə onun vərəsələri İddiaçı2, İddiaçı3, X25 və X15 hər biri 1/6 hissədə, vəfat etmiş övladlara münasibətdə X3 vərəsəsi kimi İddiaçı1 1/6 hissədə vəfat etmiş X7 vərəsələri kimi X29, X30, X20, X22 və X10 hər biri 1/30 hissədə pay alsın.
3. X1 miras qalmış: - ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,9814 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (**********88 reyestr nömrəli daşınmaz əmlakın) 3/36 hissəsi; - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 1,0317 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (**********86 reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi; - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Şabran rayonunun Padar kəndi ərazisində yerləşən 0,0840 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (**********87 reyestr nömrəli daşınmaz əmlakın) 1/6 hissəsi üzrə onun vərəsələri İddiaçı2, İddiaçı3, X25 və X15 hər biri 1/6 hissədə, vəfat etmiş övladlara münasibətdə X3 vərəsəsi kimi İddiaçı1 1/6 hissədə vəfat etmiş X7 vərəsələri kimi X29, X30, X20, X22 və X10 hər biri 1/30 hissədə pay alsın.
4. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
5. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ayaz Məmmədov