Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-1290/2024 18.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 Yasəf oğluna, Şabran bələdiyyəsinə, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Cavabdeh8 Tikinti və Memarlıq Şöbəsinə qarşı “bələdiyyənin və özgənin sahibliyində olan sahədən zəruri yolun açılması, işıq, su və kanalizasiyanın çəkilməsi, Çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Yasəf oğluna, Şabran bələdiyyəsinə, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Cavabdeh8 Tikinti və Memarlıq Şöbəsinə qarşı “bələdiyyənin və özgənin sahibliyində olan sahədən zəruri yolun açılması, işıq, su və kanalizasiyanın çəkilməsi, Çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, MPM-nin 149.2-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin iddiaçı məhkəməyə müraciət edərkən MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmiş, yəni iddia ərizəsində cavabdehlərə qarşı yönələn tələb ərizədə qeyd edilməmişdir. Eyni zamanda, İddiaçı iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürmüşdür. Həmçinin, iddiaçı iddia ərizəsində Şabran Bələdiyyəsini cavabdeh qismində göstərmişdir. Şabran Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il taixli 2(031)-723/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Şabran şəhər Bələdiyyəsinə qarşı ona mülkiyyətində olan torpaq sahəsindən ictimai yola eni 4 metr uzunluğu 15 metr olmaqla zəruri yol və keçid verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən verilən iddia ərizəsində cavabdehlərə yönələn tələb ayrı-ayrılıqda göstərilmədiyindən, İddiaçı iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürdüyündən, eyni zamanda, iddiaçı məhkəməyə Şabran Bələdiyyəsinnə qarşı eyni əsaslarla təkrarən iddia verdiyindən, hazırki iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-1290/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-1290/2024
18.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver