Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-135/2020 27.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı Maraqlı şəxs: Şabran rayonu, Rəhimli kənd bələdiyyəsi Maraqlı şəxs: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X10 Torpaqdan istifadəyə maneənin aradan götürülməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq mülkiyyətində olan torpaqda Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni tikilmiş bütün tiklilərin öz hesabına sökülərək torpağın əvvəlki vəziyyətinə qaytarılması və onun həmin torpaqdan istifadə etməyinə cavabdehlər tərəfindən yaranmış maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, o, xx.xx.2019-cu il tarixində Quba regional Asan xidmət mərkəzində 4Ə-1090 reyestrlə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Şabran rayonu, Rəhimli kəndində yerləşən 0.05 ha torpaq sahəsini Şabran rayonu, Rəhimli kənd bələdiyyəsindən almışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən adına reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almışdır. Torpağı aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin Şabran rayon Şöbəsinə torpağın ölçülərək dəqiq ölçülərinin göstərilməsi üçün müraciət etmişdir. Lakin həmin torpağın qonşu Cavabdeh1 və onun atası Cavabdeh2 tərəfindən zəbt olunaraq öz torpağı ilə birlikdə hasarlandığından xx.xx.2019-cu il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şabran rayon şöbəsinin əməkdaşı ilə birlikdə həmin əraziyə gedərkən Cavabdeh1 və onun atası Cavabdeh2 ilə aralarında münaqişə yaranmış, cavabdehlər tərəfindən həm o və oğlu X6, həm də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şabran rayon şöbəsinin əməkdaşı, təhqir, təhdid və nəlayiq söyüşlərə məruz qalmışlar. Xahiş edir, mülkiyyətində olan torpaqda Cavabdeh1 və Cavabdeh2 tərəifndən qeyri-qanuni tikilmiş bütün tiklilərin öz hesabına sökülərək torpağın əvvəlki vəziyyətinə qaytarılması və onun həmin torpaqdan istifadə etməyinə cavabdehlər tərəfindən yaranmış maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh1 məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, Şabran rayonu Rəhimli kəndi ərazisində 0.23 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 2 otaqlı, 33.0 kvm yaşayış, 61.5 kvm köməkçi sahədən idarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına qeydə alınmışdır. Şabran rayonu Rəhimli bələdiyyəsi tərəfindən digər ailə üzvlərinin mülkiyyətinə torpaq sahələri satılmışdır. Onlar bütünlükdə həmin ərazini almışlar. Sonradan onlara məlum olmuşdur ki, Şabran rayonu Rəhimli Bələdiyyəsi həmin torpaq sahəsinin bir hissəsini İddiaçı satmışdır. O, iddianı qəbul etmir, həmin torpaq sahəsi onlara bələdiyyə tərəfindən satılmışdır. Bu səbəbdən də, iddianın təmin edilməməsini xahiş edir. Cavabdeh2 da məhkəmə iclasında oğlu Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Maraqlı şəxslər Şabran rayonu, Rəhimli kənd bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X7 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdirlər. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 124 saylı MKİS tərəfindən verilmiş verilmiş xx xxxxxx 2019-cu il tarixli 291 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 5B saylı evin 34 saylı mənzilində qeydiyyatsız yaşayır. İşə əlavə edilmiş AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Şabran rayonu X4 rayonu Rəhimli kənd ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə İddiaçı satmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********99 saylı çıxarışdan görünür ki, Şabran rayonu Rəhimli kəndində yerləşən 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Rəhimli İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 508 sylı arayışdan görünür ki, Cavabdeh1 Şabran rayonu Rəhimli kəndində yaşayır və qeydiyyatdadır. İşə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seiyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Rəhimli kəndi ərazisində 0.23 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 2 otaqlı, 33.0 kvm yaşayış, 61.5 kvm köməkçi sahədən idarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. İşə əlavə edilmiş reyestr nömrəsi:**********47-10301 olan Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Şabran rayonu Rəhimli kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. İşə əlavə edilmiş AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Şabran rayonu X4 rayonu Rəhimli kəndi ünvanında yerləşən ümumi sahəsi 0.059 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə X1. İşə əlavə edilmiş Şabran rayonu Rəhimli Bələdiyyəsinin xx xxxxxxx 2017-ci il tarixli 10 saylı qərarından görünür ki, Şabran rayonu Rəhimli kəndi ərazisindən 0.059 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X3 verilmişdir. İşə əlavə edilmiş Dəvəçi rayonu Rəhimli bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 07 saylı qərarına əsasən X2 fərdi-mənzil tikintisi məqsədi ilə bələdiyyənin alqı-satqı predmeti olan Rəhimli kəndinin yaşayış məntəqəsinin torpaq fondundan 0,07 ha torpaq sahəs satılmışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 4607 saylı ekspert rəyindən görünür ki, Şabran rayonu, Rəhimli kəndi ərazisində yerləşən xx xxx 2019-cu il qeydiyyat tarixli, ********** saylı qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan torpaq sahəsi mişar daşı ilə hasara alındığı və onun mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi bütövlükdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacıbaba oğlunun faktiki istifadəsində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.5. maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyətinin orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tiklilər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir X8 Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. ... Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.» Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə tərəfindən tərəflərə məhkəməyə əlavə sübutlar təqdim edilməsi barədə təklif olunmasına baxmayaraq tərəflər məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Şabran rayonu, Rəhimli kəndi ərazisində yerləşən xx xxx 2019-cu il qeydiyyat tarixli, ********** saylı qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsi mişar daşı ilə hasara alınmış və həmin torpaq sahəsi bütövlükdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacıbaba oğlu tərəfindən istifadə olunur, ona görə də, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni tikilmiş bütün tiklilər öz hesablarına sökülərək torpaq əvvəlki vəziyyətinə qaytarılmalı və İddiaçı həmin torpaqdan istifadə etməyinə cavabdehlər tərəfindən yaranmış maneələr qadağan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni tikilmiş bütün tiklilər öz hesablarına sökülərək torpaq əvvəlki vəziyyətinə qaytarılsın və İddiaçı həmin torpaqdan istifadə etməyinə cavabdehlər tərəfindən yaranmış maneələr qadağan edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat ekspertiza xərci alınıb kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** olan hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-135/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-135/2020
27.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver