Məhkəmə qərarları › İş №2(031)-15/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-15/2021

10.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-15/2021 10.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: X2 qarşı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə X2 qarşı iddia qaldıraraq Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2060A KOD 30401004 saylı Şəhadətnaməyə əsasən onun mülkiyyətində olan torpaq sahəsindən cavabdeh X1 çıxarılması və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddianı müdafiə edərək göstərdi ki, onun mülkiyyətinə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2060A KOD 30401004 saylı Şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyytində olan torpaq sahəsinə dair reyestr çıxarışı və torpaq sahəsinin planı və ölçüsünə dair sənəd verilməsindən ötrü dövlət qeydiyyatına alınmasından ötrü DƏDRX-nin 5 saylı X9 müraciət etmiş, lakin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi üçün onun müayinəsi baş tutmamışdır. Cavabdehə ona məxsus torpaq sahəsindən çıxması barədə müraciət etmiş, lakin cavabdeh müraciətə əməl etməmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Uzun müddətdir ki, məhkəməyə ərizə vermişdir. Ekspertlər iş üzrə konkret rəy vermədiyindən yekun qərar qəbul edilmir. Xahiş edir, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2060A KOD 30401004 saylı Şəhadətnaməyə əsasən onun mülkiyyətində olan torpaq sahəsindən cavabdeh X1 çıxarılması və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılsın. Cavabdeh X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, 2008-ci ildə X6 və Qafarova Rənadan 0.05 ha, 0.05 ha olmaqla, yan-yana 3 torpaq sahəsi və həmin torpaq sahəsində 1999-cu ildə tikilmiş evi almışdır. Hazırda o, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Onun aldığı torpaq sahəsi İddiaçı Ağakərim oğlunun adına olmuşdur. O, 2011-ci ildə evə dair sənədləri düzəltmək istdikdə, Reyestr Xədmətinin işçiləri ona bildirmişdilər ki, İddiaçı Ağakərim oğlu adında adam yoxdur, lakin İddiaçı adlı adam vardır. O, İddiaçı tapmış, ondan soruşduqda bildirmişdir ki, onun torpaq sahəsi başqa yerdədir. Həmin söhbətin üstündən 8 il keçəndən sonra Pənah onu məhkəməyə verdi ki, onun torpağını zəbt etmişdir. Onun yaşadığı ev və torpaq sahəsi İddiaçı deyil, İddiaçı Ağakərim oğlunun adına olmuş torpaq sahəsidir. Hazırda ona məlum olmuşdur ki, onun yaşadığı evin bir hissəsi Pənahın mülkiyyətində olan torpaq sahəsindədir. Lakin o, iddiaçının məhkəmədə ona qarşı qaldırdığı iddianı qəbul etmir. Çünki, o, özü Pənaha məxsus torpaq sahəsini zəbt etməmişdir. Lakin etiraf edir ki, yaşadıqları evin bir hissəsi Pənaha məxsus torpaq sahəsinə düşür. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(031)-427/2018 saylı qətnamədən görünür ki,JN-2060A KOD30401004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə səhvən yazılmış İddiaçı Ağakərim oğlu ilə Hüseynov Pənah Mirabdulla oğlunun eyni şəxs olması faktı müəyyən edilmişdir. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2060A KOD 30401004 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X3 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı Ağakərim oğlunun mülkiyyətinə 0.05 ha həyətyanı Torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən torpaq sahəsi üzərində qonşular arasında sərhəd mübahisəsi yarandığından torpaq sahəsinin döngə nöqtələrini təyin etmək mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mümkün olmamışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəifndən verilmiş xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2060A KOD 30401004 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə vahid elektron baza məlumatları arasında kəskin fərq olduğundan işin araşdırılması mümkün olmamışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 3248 saylı ekspert rəyindən görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2060A KOD 30401004 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə vahid elektron baza məlumatları arasında kəskin fərq olduğundan bu sualın cavablandırılması mümkün olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəifndən verilmiş xx xxx 2019-cu il tarixli A-87 saylı və xx xxxx 2019-cu il tarixli A-122 saylı arayışlardan görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-20xx xxx 30401004 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin sərhədlərinin yerində göstərilməsi mümkün deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1. maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların s ökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və y a onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh X4 2008-ci ildə X7 və X5 şifahi alqı-satqı yolu ilə onlardan torpaq sahəsi almışdır. Torpağı alarkən orada tikili ev də olmuşdur. Hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Torpaq sahəsini alarkən onda olan mülkiyyət şəhadətnaməsinə əsasən aldığı torpaq sahəsi İddiaçı Ağakərim oğlunun mülkiyyətində olduğu göstərilmişdir. Sonradan həmin daşınmaz əmlakı mülkiyyət hüququ əsasında öz adına sənədləşdirmək istəyərkən məlum olmuşdur ki, İddiaçı Ağakərim oğlu adlı adam yoxdur. Onun aldığı torpaq sahəsi İddiaçı torpaq sahəsinə düşür. Hətta, yaşadığı dörd otaqlı evin bir hissəsi də İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ərazisindədir. İş üzrə mütəxəssis (evspert) tərəfindən konkret rəy verilməsə də, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh X4 iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə onun mülkiyyətlə qorunan hüquqlarını pozmuşdur. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2060A KOD 30401004 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdeh X4 çıxarılmalı və torpaq sahəsi boşaldılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 2060A KOD 30401004 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdeh X4 çıxarılsın və torpaq sahəsi boşaldılsın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar