Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-155/2021 17.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı Uşağın alınması və nikahın pozulması tələbi barədə iddiası, Cavabdeh İddiaçı qarşı uşaq və aliment tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 07 dekabr 2020-ci il tarixdə məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq onun Cavabdeh ilə birgə nikahlarından doğulmuş 22.06.2011-ci il təvəllüdlü X2 Cavabdeh alınıb ona verilməsi, Cavabdeh hər uşaq üçün ayda 170 manat sabit pul məbləğində alimentin alınaraq 22.06.2011-ci ildə doğulmuş X2 və 03.12.2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı «aliment və uşağın alınması» tələbinə dair iddiasının rədd edilməsi, təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əbülfərz oğlunun ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşaq tələbi barədə iddiasının təmin edilməsi, 03 dekabr 2013-cü il tarixdə doğulmuş X3 İddiaçı alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddi üzrə cavabdeh X1 hər ayda 22 iyun 2011-ci il tarixdə doğulmuş X2, 03 dekabr 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ayda hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 03 fevral 2021-ci il tarixdə məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh Əbülfərz oğlu ilə aralarında olan 18 noyabr 2014-cü il tarixli, 343 saylı nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran rayon məhkəməsinin 16 may 2021-ci il tarixli 2(031)-218/2021 saylı qərardadına əsasən Şabran rayon məhkəməsinin icraatında olan 2(031)-155/2021 və 2(031)-218/2021 nömrəli mülki işlər birlikdə baxılmaları üçün 2(031)-155/2021 nömrə altında bir icraata birləşdirilmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək, onun Cavabdeh ilə aralarında olan 18.11.2014-cü il tarixli 343 saylı nikahlarının pozulmas və birgə nikahlarından doğulmuş 22.06.2011-ci il təvəllüdlü Muradın cavabdehdən alınıb ona verilməsi və 03.12.2013-cü ildə doğulmuş Rəvanın onun yanında qalması barədə qətnamə çıxarılsın. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, o, Cavabdeh ilə əvvəlcə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını 18.11.2014-cü ildə rəsmiləşdirmişlər. Ərarvad münasibətindən 22.06.2011-ci ildə Murad və 03.12.2013-cü ildə Rəvan adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Uşaqlarından 22.06.2011-ci il təvəllüdlü X6 cavabdehdə qalmışdır və ona verməkdən imtina edir, digər uşaq isə onunladır. Bundan sonra onların barışıb yaşamaqları qeyri mümkündür. Boşanmaq qərarına gəlmişdir. Onun daimi iş yeri yoxdur. Lakin evdə şirniyyat, çörək bişirib dükanlara verməklə pul qazanır. Uşaqlar onun yanında qaldığı zaman cavabdehdən aliment tələb etmir. Xahiş edir, onun Cavabdeh ilə aralarında olan 18.11.2014-cü il tarixli 343 saylı nikahlarının pozulmas və birgə nikahlarından doğulmuş 22.06.2011-ci il təvəllüdlü Muradın cavabdehdən alınıb ona verilməsi və 03.12.2013-cü ildə doğulmuş Rəvanın onun yanında qalması barədə qətnamə çıxarılsın. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, o, İddiaçı məhkəmədə ona qarşı qaldırdığı iddia tələbindən nikahın pozulması tələbini qəbul edir, boşanmağa razıdır, lakin uşağın ondan alınması tələbini qəbul etmir. O, İddiaçı ilə əvvəlcə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını 18.11.2014-cü ildə rəsmiləşdirmişlər. Ər-arvad münasibətindən 22.06.2011-ci ildə Murad və 03.12.2013-cü ildə Rəvan adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə Elnarə ilə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur. Elnarə hər dəfə evdə münaqişə saldıqdan sonra evdə olan pul ehtiyatlarını ondan xəbərsiz, icazəsiz götürərək valideynlərinin evinə çıxıb gedib. Hazırda ayrılmışlar, 22 iyun 2011-ci il təvəllüdlü Murad onun yanında qalmışdır. O, oğlu Muradı anasına vermək istəmir. Belə ki, Elnarə atasının evində uşaqla bir yerdə olan vaxtı qardaşının uşağının üstündə Elnarə maşanı odun üstündə qızdırıb oğlumuzun belinə böyük bir damğa vurmuşdur. Damğanın yeri bu gün də uşağın belində qalmışdır. O, bu səbəbdən ikinci oğlu 03 dekabr 2013-cü il təvəllüdlü Rəvanın da anasından alınıb ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. Onun daimi iş yeri yoxdur. Fərdi əməklə məşğuldur. Dam örtüyü ustasıdır, həmçinin təmir işləri ilə də məşğuldur. Elnarə onun ikinci həyat yoldaşıdır. Birinci ailəsindən 12 yaşlı bir uşağı var, həmin uşağın saxlanılması üçün hər ay 120 manat aliment ödəyir. Xahiş edir, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı «aliment və uşağın alınması» tələbinə dair iddiasının rədd edilməsi, təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əbülfərz oğlunun ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşaq tələbi barədə iddiasının təmin edilməsi, 03 dekabr 2013-cü il tarixdə doğulmuş X3 İddiaçı alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddi üzrə cavabdeh X1 hər ayda 22 iyun 2011-ci il tarixdə doğulmuş X2, 03 dekabr 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ayda hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 983706 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 18 noyabr 2014-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İİİ seriyalı 380601 saylı və AZ-İİİ seriyalı 380602 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından 22.06.2011-ci ildə Murad və 03.12.2013-cü ildə Rəvan adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Dəvəçi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2020-ci il tarixli 438 saylı arayışdan görünür ki, Cavabdeh Şabran rayonu Mollakamallı kəndində yaşayır. İşə əlavə edilmiş Şabran rayon «Yaşıllıq və Təmizlik» İdarəsi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli 88 saylı arayışdan görünür ki, Cavabdeh Şabran rayon «Yaşıllıq və Təmizlik» İdarəsində bağ fəhləsi işləyir. Aylıq əmək haqqı fondu 250 manatdır. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin 04 may 2020-ci il tarixli 2(031)-315 saylı qətnamədən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-957/2017 saylı, 20.12.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh 18.08.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Şabran rayon İcra Hakimiyyətinin Övladlıq, Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli rəydən görünür ki, komissiya mülki işdə olan materialları, toplanmış sənədləri, Cavabdeh və İddiaçı həyat şəraitlərini, 22.06.2011-ci il təvəllüdlü X2 yazılı izahatını və 03.12.2013-cü il təvəllüdlü X3 şifahi izahatlarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, X2 atası Cavabdeh, X3 isə anası İddiaçı yanında qalması barədə rəy verilməsi məqsədəmüvafiqdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, tərəflər əvvəlcə qeyrirəsmi ailə qurmuşlar. Nikahlarını 18.11.2014-cü ildə rəsmiləşdirmişlər. Ər-arvad münasibətindən 22.06.2011-ci ildə Murad və 03.12.2013-cü ildə Rəvan adlı uşaqları olmuşdur. Tərəflər arasında mübahisə və münaqişələr olmuş, xasiyyətləri uyğun gəlməmişdir. Bu səbəbdən də ayrılmışlar. Ər-arvad münasibətləri kəsilmişdir. Ayrıldıqdan sonra uşaqlardan 22 iyun 2011-ci il təvəllüdlü Murad atasının yanında, 03 dekabr 2013-cü il təvəllüdlü Rəvan isə anasının yanında qalmışdır. Bundan sonra tərəflərin ailələrinin qorunub saxlanması qeyri-mümkündür. İddiaçı boşanmaqda təkidlidir, aliment istəmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1. maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan uşaqları olduqda və ya ər (arvad) nigahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1. maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 179-cu maddəsinə əsasən məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1. maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1. maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2. maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, həmin Məcəllənin 58.4. maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4. maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçı İddiaçı ilə Cavabdeh arasında 18 noyabr 2014-cü il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 343 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahlarından olan uşaqların ana himayəsində olmaqla bir yerdə yaşmalarının onların hərtərəfli inkişafına, hüquq və qanuni mənafelərinə müsbət təsir etməsi nəzərə alınmaqla, 22 iyun 2011-ci il təvəllüdlü X6 Cavabdeh alınıb İddiaçı verilməli və 03 dekabr 2013-cü il təvəllüdlü X7 anası İddiaçı yanında qalmalı, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 18 noyabr 2014-cü il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 343 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Boşanma şəhadətnaməsi verilərkən 15 (on beş) manat dövlət rüsumu İddiaçı alınsın və Cavabdeh həmin rüsumdan azad edilsin. 22 iyun 2011-ci il təvəllüdlü X6 Cavabdeh alınıb İddiaçı verilsin və 03 dekabr 2013cü il təvəllüdlü X7 anası İddiaçı yanında qalsın. Cavabdeh İddiaçı qarşı uşaq və aliment tələbi barədə qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-155/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-155/2021
17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver