Məhkəmə qərarları › İş №2(031)-160/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-160/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-160/2021 16.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Evin boşaldılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus torpağın üzərində olan tikili evin əşyaları evdə qalmaq şərti ilə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun qardaşının həyat yoldaşı olmuşdur. Cavabdeh ilə qardaşı Əliyev Elman Nöhəddin oğlu faktiki olaraq el adəti ilə 2003-cü ildə ailə quraraq atasının evində yaşamışlar. Cavabdeh hazırda zəbt etdiyi yaşayış evini atası və qardaşı tikmişdir. Onların ata evi xx xxxxxx 2009cu ildə içindəki əşyalarla birlikdə yanmışdır. Cavabdehin cehiz əmlakı da həmin evin içərsində olmuşdur. Bu səbəbdən də valideynləri onun adına aldıqları torpaq sahəsində ev tikərək həmin evə köçürmüşlər. Bundan sonra anası qatıq satmaqla əldə etdiyi pulla cavabdeh üçün mebel almışdır. Yanan evi bərpa etmişlər, anası hazırda həmin evdə yaşayır. Cavabdeh bir müddət həmin evdə qardaşı ilə birlikdə yaşadıqdan sonra ayrılaraq atası evinə getmişdir, həmin vaxtdan 11 ay sonra qardaşı rəhmətə getmişdir. Cavabdeh evin açarını onlardan geyim paltarlarını götürmək üçün almış, bu məqamdan istifadə edərək evin açarlarını dəyişdirmişdir. Bu barədə PŞ-də araşdırma da aparılmışdır. Hazırda həmin evə mülkiyyət sənədi almaq istəyir. Günelin uşaqları ona doğmadır. Günelin gəlin köçdüyü evdə gəlib yaşamasına etiraz etmir. Xahiş edir, ona məxsus torpağın üzərində olan tikili evin əşyaları evdə qalmaq şərti ilə boşaldılması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçının qardaşı Əliyev Elman Nöhəddin oğlu ilə faktiki olaraq 2003-cü ildə ailə qurmuşlar, el adəti ilə toyları olmuş, qaynatasının evinə (Şabran şəhəri İ.Qayıbov küçəsi) gəlin köçmüşdür. Nikahları xx xxxxxx 2011-ci ildə rəsmiləşdirilmişdir. Birgə yaşadıqları müddətdə xx.xx.2004-cü ildə Nuray, xx.xx.2009-cu ildə Pünhan və xx.xx.2012-ci ildə Reyhan adlı uşaqları olmuşdur. 2008-ci ilə kimi qaynatasının evində yaşamış, sonra mübahisəli evə köçmüşlər. Həmin evdə həyat yoldaşı ilə ikisi yaşamışlar. Mübahisəli evin mülkiyyət sənədi yoxdur. Onun bütün cehiz əmlakı da həmin evdədir. Həyat yoldaşı Elman Əliyev 2019-cu ildə rəhmətə getmişdir. Həmin tarixdən təxminən 6 ay qabaq (ölməmişdən qabaq) Elmanla aralarında mübahisə yaranmış, o uşaqlarını da götürüb atası evinə köçmüşdür. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra 40 gün keçmədən qaynı İddiaçı onlara məxsus mənzilin yerləşdiyi torpaq sahəsini öz adına rəsmiləşdirərək, onun və üç övladının bu mənzildən çıxmasını tələb etmişdir. İddiaçının məhkəmədə göstərdiklərinin hamısı yalandır. Onun başqa yaşayış yeri yoxdur. Bu səbəbdən də, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassızdır, təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(031)-236/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdehlər İddiaçı və X1, Şabran rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı X2rşı əqdin etibarsız hesab edilməsi, torpaq sahəsinə və mənzilə mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Şabran rayon məhkəməsinin 2(031)-236/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin olunmamışdır. İşə əlavə edilmiş Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı Ömər Rzayevin xx xxxxxx 2019-cu il tarixli «cinayət təqibinin başlanmasının rədd olunması haqqında) qərardan görünür ki, vət. Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət təqibinin başlanması rədd edilmidir. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarından 0.05 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 180.1-ci madədsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılması və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə mücburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüququ mbvqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər:öz hərəkətlərinə hüququ ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subeyktiv hüququn ikinci və üçüncü elementləri birinci elementin möcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektik hüquqa malik deyil. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarından 0.05 ha torpaq sahəsi verilmişdir. Lakin iddianın predmeti olan mübahisəli yaşayış evinə dair mülkiyyəti təsdiq edən sənəd yoxdur, həmin tikili özbaşına tikintidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evin boşaldılması tələbi barədə iddiası əsassızdır, ona görə də təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı evin boşaldılması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar