Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-161/2021 04.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİACİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh onun ailə üzvləri ilə birlikdə atasından miras qalmış ünvan 1 mənzil 3 ünvanında yerləşən mənzildən yaşayış sahəsi 18.2 kvm olan otaqdan istifadə qaydasının müəyyən edilməsi və onların həmin mənzilə köçürülməyləri barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiacı İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, ünvan 1, mənzil 3 ünvanda yerləşən iki otaqla mənzil atasından miras qalmışdır. Cavabdeh onun qardaşıdır. O, da ailəsi ilə onun ailəsi ilə birlikdə həmin mənzildə yaşayırlar, onların davranışı onu çox narahat edir, kommunal xərcləri ödəməkdən yayınır, bütün ağırlıq onun üzərinə düşür. Onların onu narahat etməməli üçün dəfələrlə onlara təklif etmişdir ki, mənzili bölək onu narahat etməsinlər, lakin nəticəsi olmamışdır. Ona görə də məcbur olaraq onun və ailə üzvlərinin yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırır. Xahiş edir, cavabdeh onun ailə üzvləri ilə birlikdə atasından miras qalmış ünvan 1 mənzil 3 ünvanında yerləşən mənzildən yaşayış sahəsi 18.2 kvm olan otaqdan istifadə qaydasının müəyyən edilməsi və onların həmin mənzilə köçürülməyləri barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmədə iddianı qəbul edərək bildirdi ki, X3 onun qardaşıdır. ünvan 1, mənzil 3 ünvanda yerləşən iki otaqlı mənzil atasından onlara miras qalmışdır. İki qardaş ailələri ilə birlikdə həmin mənzildə birlikdə yaşayırlar. Onların arasında ev ilə bağlı mübahisələr və münaqişələr yaranmışdır. O, da atalarından miras qalmış ünvan 1, mənzil 3 ünvanda yerləşən iki otaqlı mənzilin iki qardaş arasında bölünməsini istəyir, iddiaçının iddiasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 78 saylı arayışdan görünür ki, İddiaçı Şabran şəhəri, T.Abbasov küçəsi 214 saylı binanın 3 saylı mənzilində yaşayır, mərhum atası X1 varisidir və onun mülkiyyətində daimi yaşayır. İşə əlavə edilmiş AZ-İ seriyalı 315049 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx xxxx 1999-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 3 mənzil 3 ünvanda yerləşən, iki yaşayış otaqlı, yaşayış sahəsi 30.1 kvm, ümumi sahəsi 50.1 kvm olan ev X1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.7-ci maddəsinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsində qeyd edilir ki, yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri, onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və ya valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də, icarədarın ailə üzvü hesab edilə bilər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqla davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da, malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İş materialları ilə müəyyən edilir ki, ünvan 1 mənzil 3 ünvanında yerləşən mənzil iddiaçının və cavabdehin atası X1 adına qeydə alınmışdır. Tərəflər həmin mənzildə doğulub boya başa çatmış, onlar ailəsi ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailə üzvləri ilə birlikdə atasından miras qalmış ünvan 1 mənzil 3 ünvanında yerləşən mənzildən yaşayış sahəsi 18.2 kvm olan otaqdan istifadə qaydası müəyyən edilməli və onlar həmin mənzilə köçürülməlidirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrin rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə atasından miras qalmış ünvan 1 mənzil 3 ünvanında yerləşən mənzildən yaşayış sahəsi 18.2 kvm olan otaqdan istifadə qaydası müəyyən edilsin və onlar həmin mənzilə köçürülsünlər. Məhkəmə qətnaməsi qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-161/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-161/2021
04.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver