Məhkəmə qərarları › İş №2(031)-172/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-172/2025

06.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-172/2025 06.05.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı Şabran rayon Şabran Bələdiyyəsinin nümayəndəsi X3, Cavabdeh, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı Şabran rayon Şabran Bələdiyyəsinin Cavabdeh qarşı üçüncü şəxs X8 olmaqda “torpaq sahəsinin boşaldılması, özbaşına tikilinin sökülməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şabran rayon Şabran Bələdiyyəsi məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən Şabran şəhərinin 26-ci məhəlləsində X7 Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli 02 saylı qərarı ilə fərdi mənzil tikmək üçün satılmış 500-kv/m həyətyanı torpaq sahəsinin zəbt etdiyi 68-kv/m torpaq sahəsində qanunsuz, özbaşına tikilmiş tövlənin sökülməsi, torpaq sahəsinin boşaldılması və Şabran bələdiyyəsi tərəfindən ödənilmiş dövlət rüsumunun Şabran bələdiyyəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran bələdiyyəsinin 24 iyun 2013-cü il tarixli 06 saylı qərarı ilə, Cavabdeh Şabran bələdiyyəsinə məxsus yaşayış məntəqələrinin kateqoriyalarına aid olan, fərdi mənzil tikintisi məqsədilə ayrılması nəzərdə tutulan ərazidən Şabran şəhərinin 27-ci məhəlləsində 500 kv/m torpaq sahəsi satılmışdır. Cavabdeh torpaq sahəsinin təyinatının tələblərini pozub, ekoloji, gigiyena-epidemiologiya, arxitektura və şəhərsalma qaydalarının tələblərini, yanğından mühafizə qaydalarını, dövlət orqanlarından tikintiyə razılıq aktı və rəy almadan orada özbaşına tövlə tikib kəndtəsərrüfatı ilə məşqul olur Şabran şəhəri daxilində 100-baş qoyun, 20 baş iribuynuzlu mal saxlayır. Nəticədə qonşusu olan X6 Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli 02 saylı qərarı ilə Şabran şəhərinin 26-cı məhəlləsində fərdi mənzil tikmək üçün satılmış 500 kv/m həyətyanı torpaq sahəsinin 68 kv/m zəbt edib orada özbaşına tövlə tikmişdir və Şabran bələdiyyəsinə məxsus əlan ərazidən əlavə torpaq sahəsini zəbt etmişdir. Elə üsulla zəbt etmişdir ki, sonradan indi olduqu kimi ondan başqa heç kim həmin ərazidən istifadə edə bilməsin, özü qanunsuz olaraq zəbt edib istifadə etsin. 2019-cu ilin iyul, avqust aylarında X2 Rayon Məhkəməsində Cavabdeh qarşı «Torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi» barədə iddia qaldırsada torpaq sahəsi DƏDRX-də qeydiyyatdan keçmədiyinə görə X5 adma DƏDRX-dən Çıxarış verilmədiyinə görə Şabran Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(031)-565/2019 saylı qətnaməsi ilə iddiası rədd edilmişdir, təmin edilmişdir. X2 Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(031)-565/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə «Tikinti-texniki obyektlərin tədqiqi» ekspertizası təyin edilmişdir. Ekspertiza nəticəsində müəyyən edilmişdir ki X5 istifadəsində faktiki olaraq 432-kv/m torpaq sahəsi mövcuddur. Ekspert rəyində Cavabdeh istifadəsində faktiki olaraq 452 kv/m toıpaq sahəsi qeyd edilsədə bu vəziyyət 500 kv/m torpaq sahəsinin sərhədlərində nəzərdə tutulub. Lakin cavabdehin istifadəsində 700 kv/m vaxm Sabran bələdiyyəsinə məxsus torpaq sahəsi vardır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(105)- 9/2023 saylı qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(031)-565/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2023-cü ilin yanvar ayında X8 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərzi İdarəsinə torpaq sahəsinə dair Çıxarışın alınması üçün müraciət etsədə göstərilən torpaq sahəsi üzərində Şabran bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadığına görə ərizənin icra olunması və Çıxarışın verilməsi imtina olunmuşdur. Cavabdeh barəsində Şabran bələdiyyəsi tərəfindən qanuni şəkildə ölçülər götürülməsi və torpaq sahəsində özbaşına tikilmiş tövlənin sökülməsi, torpaq sahəsinin boşaldılması məqsədilə aidiyyatı Dövlət orqanlarına müraciətlər olunmuşdur. Cavabdeh barəsində inzibati qaydasında tədbirlər görülsədə bu günə kimi özbaşına tikilmiş tövlə sökülməmişdir, toıpaq sahəsi boşaldılmamışdır. Şabran bələdiyyəsi torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərzi İdarəsindən Çıxarış ala bilmir, X8 ilə ona satılmış toıpaq sahəsinin rəsmiləşdirməsi işlərini başa çatdıra bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında dindirilən iddiaçı Şabran rayon Şabran Bələdiyyəsinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, torpaq sahəsinin koordinatları olmadığından müəyyən olunması mümkün deyildir. Xahiş edir, tərəflər onlara bir müddət vaxt versinlər. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, X5 torpaq sahəsini zəbt etməmişdir. Bu barədə ekspert rəyi də vardır. Xahiş edir, iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilən X8 bildirdi ki, o, yaşadığı ev və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət sənədi almaq istəyir, bələdiyyədən tələb edir ki, onun torpaq sahəsini gəlib ölçüb versinlər. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(031)-565/2019 saylı qətnaməsinə əsasən iddiaçı X5 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli 2(105)-9/2023 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(031)-565/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli, 02 saylı qərarından görünür ki, Şabran şəhər sakini X7 şəhərin 26-cı məhəlləsində hər 1 kvm görə Şabran bələdiyyəsinin hesabına 1 manat pul vəsaiti ödəmək şərti ilə fərdi mənzil tikintisi üçün 500 kvm torpaq sahəsi satılmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şabran rayon şöbəsinin 22 fevral 2013-cü il tarixli, 56 saylı rəyindən görünür ki, X1 0.05 ha torpaq sahəsi Şabran Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmeti olmaqla, uqodiyası İ keyfiyyət qrupuna aid olmaqla, 100 ballı torpaq sahəsidir. İşə əlavə edilmiş Şabran rayonu İH-nin Tikinti və Memarlıq Şöbəsi tərəfindən verilmiş 05 fevral 2013-cü il tarixli, 12 saylı rəydən görünür ki, Şabran rayon İH-nin Tikinti və Memarlıq şöbəsində Şabran şəhər sakini X7 Şabran bələdiyyəsinə məxsus torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sixeminə uyğun satılan 500 kvm torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İşdə olan Şabran Bələdiyyəsinin 12 sentyabr 2018-ci il tarixli, 194 saylı arayışından görünür ki, həqiqətən də şəhərin 26-cı məhəlləsində X7 məxsus torpaq sahəsi vardır, həmin torpaq sahəsində sonuncu mənzil inşa etmiş və hal-hazırda həmin mənzildə yaşayır. İşdə olan Şabran bələdiyyəsinin 24 iyun 2013-cü il tarixli, 06 saylı qərarından görünür ki, Şabran şəhər sakini Cavabdeh şəhərin 27-ci məhəlləsində hər 1 kvm görə Şabran bələdiyyəsinin hesabına 1 manat pul vəsaiti ödəmək şərti ilə fərdi mənzil tikintisi üçün 500 kvm torpaq sahəsi satılmışdır. İşə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şabran rayon şöbəsinin 18 iyun 2013-cü il tarixli, 188 saylı rəyindən görünür ki, Cavabdeh satılmış 500 kvm torpaq sahəsi Şabran Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmeti olmaqla, uqodiyası İ keyfiyyət qrupuna aid olmaqla, 100 ballı torpaq sahəsidir. İşə əlavə edilmiş Şabran rayonu İH-nin Tikinti və Memarlıq Şöbəsi tərəfindən verilmiş 29 may 2013-cü il tarixli, 89 saylı rəydən görünür ki, Şabran rayon İH-nin Tikinti və Memarlıq şöbəsində Şabran şəhər sakini Cavabdeh Şabran bələdiyyəsinə məxsus torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sixeminə uyğun satılan 500 kvm torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5778 saylı ekspert rəyində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli, 02 saylı qərarı ilə iddiaçı X1 Şabran şəhərinin 26-cı məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmamışdır, iddiaçı X5 istifadəsində faktiki olaraq 432 kv.metr torpaq sahəsi mövcuddur, Şabran bələdiyyəsinin 24 iyun 2013-cü il tarixli, 06 saylı qərarı ilə Cavabdeh satılmış Şabran şəhərinin 27-ci məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsinin sənədlərində torpaq sahəsinin döngə nöqtələri və yerləşdiyi yerin mövqeyi bəlli olmadığndan torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmamışdır, Cavabdeh istifadəsində faktiki olaraq 452 kv.metr torpaq sahəsi mövcuddur, Şabran bələdiyyəsinin 28 fevral 2013cü il tarixli, 02 saylı qərarı ilə iddiaçı X1 Şabran şəhərinin 26-cı məhəlləsində yerləşən 500 kv.metr yerin mövqeyi bəlli olmadığından Cavabdeh Şabran bələdiyyəsinin 28 fevral 2013cü il tarixli, 02 saylı qərarı ilə iddiaçı X1 Şabran şəhərinin 26-cı məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edib etməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(031)-565/2019 saylı qətnaməsinə əsasən iddiaçı X5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş üzrə iddiaçı X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli 2(105)-9/2023 saylı qətnaməsindənə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(031)- 565/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5778 saylı ekspert rəyində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli, 02 saylı qərarı ilə iddiaçı X1 Şabran şəhərinin 26-cı məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmamışdır, iddiaçı X5 istifadəsində faktiki olaraq 432 kv.metr torpaq sahəsi mövcuddur, Şabran bələdiyyəsinin 24 iyun 2013cü il tarixli, 06 saylı qərarı ilə Cavabdeh satılmış Şabran şəhərinin 27-ci məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsinin sənədlərində torpaq sahəsinin döngə nöqtələri və yerləşdiyi yerin mövqeyi bəlli olmadığndan torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmamışdır, Cavabdeh istifadəsində faktiki olaraq 452 kv.metr torpaq sahəsi mövcuddur, Şabran bələdiyyəsinin 28 fevral 2013- cü il tarixli, 02 saylı qərarı ilə iddiaçı X1 Şabran şəhərinin 26-cı məhəlləsində yerləşən 500 kv.metr yerin mövqeyi bəlli olmadığından Cavabdeh Şabran bələdiyyəsinin 28 fevral 2013- cü il tarixli, 02 saylı qərarı ilə iddiaçı X1 Şabran şəhərinin 26-cı məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edib etməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisələndirilən məsələyə Şabran Rayon Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində baxılaraq qətnamələr çıxarılmışdır, həmin qətnamələr qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cu maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı Şabran rayon Şabran Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, özbaşına tikilinin sökülməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Şabran rayon Şabran Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, özbaşına tikilinin sökülməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar