Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-18/2024 21.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X3 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X3 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-90/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş cavabdeh X1 hüquq varisi müəyyən edilənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə mülki işi və ona əlavə edilmiş sənədləri araşdıraraq iş üzrə icraatın dayandırılması üçün əsas olan hal aradan qalxdığından Şabran Rayon Məhkəməsinin 2(031)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmiş və məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 12:15-ə təyin edilmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək X3 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X3 və Cavabdeh1 qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılsın. xx.xx.2018-ci il tarixli (ödəniş tapşırığın nömrəsi: FT182823NB0H) qəbz (Büdcə təsnifat kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE**********00********) üzrə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Şabran Rayon Maliyyə İdarəsi tərəfindən AccesBank" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-18/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-18/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver